Dünyada koronavirusa yoluxanların sayı 200 mini keçdi
Dünyada koronavirusa yoluxanların sayı 200000-dən çoxdur.
ÜST-ün məlumatına görə, dünyada 200 min 97 nəfər koronavirusa yoluxub.
Çində təxminən 81000, İtaliyada 31000-dən çox, İranda 17361, İspaniyada təxminən 12000 və Almaniyada təxminən 10000 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Bunlar xəstəliyin ən çox rast gəlindiyi ölkələrdir.
8010 nəfər koronavirusdan ölüb, virusa yoluxan 80 mindən çox xəstə isə sağalıb.
***12:44
Ötən gün ərzində dünyada 11526 yeni növ koronavirusa yoluxma faktı aşkar edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı yeni hesabatda belə deyilir.
Bununla da, hazırda dünyada həmin virusa yoluxanların ümumi sayı 179 min 112 nəfərə çatıb.
Hesabatda bildirilir ki, ötən gün dünyada 475 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 7426-ya yüksəlib.
Qeyd olunur ki, ötən gün ərzində virus səkkiz yeni ölkədə aşkarlanıb.