Ölüm-qalım savaşı başlayır - Rusiyanın yeni hücum PLANI: Ukrayna üçün SON ŞANS
"Danışıqlar prosesi ilə bağlı səmimi deyəcəyəm, qeyd-şərtsiz inandığım yeganə mesaj tərəflərin razılığa gəlməməsidir. Ona görə ki, tərəflər sülh bir yana dursun, hətta atəşkəs haqqında da razılığa gələ bilmirlər. Obyektiv olaraq, bu gün atəşkəs hər iki tərəf üçün faydalı ola bilər".
Globall.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
Gürcü siyasi analtik bildirib ki, Rusiya ordusu Ukraynanın cənub-şərqində yeni hücuma hazırlaşır: "Rusiya yenidən bütün dünyaya təhlükə yaratmayan sağlam düşüncəli bir ölkə imicini sırımağa, Ukraynadakı hücum və hərbi cinayətlərin unudulmalı olan uğursuz bir anlaşılmazlıq olduğunu sübut etməyə çalışacaq. Hər iki tərəfin danışıqlar prosesindən müəyyən nikbinlik üçün kifayət qədər əsasları var.
Rusiya üçün bu, son otuz ildə tarixin bütün gedişatını dəyişmək üçün böyük fürsətdir. Nəhayət, dünya SSRİ-nin dağılmasından sonra Rusiyanın rəsmi sənədləşdirilmiş cinayətlərini - çeçenlərin məhv edilməsini, Gürcüstana təcavüzünü, Krım repressiyalarını, 2014-2022-ci illərdə Ukraynaya qarşı hibrid müharibəsini belə unudub və bağışlaya bilər. Lakin dünya sadəcə çiyinlərini çəkdi və Rusiyanın ipə-sapa yatmaq fikrində olmadığına əminliyini bir daha bildirdi. İnsan Mariupolun və Ukraynanın digər şəhərlərinin kadrlarına baxanda yenidən Rusiyanın nə qədər təhlükəli olduğunu başa düşür.
Bir də ki, onlar təkcə çeçenləri, gürcüləri, ukraynalıları və ətrafındakı bütün xalqları deyil, qalanları da "isladacaqlar". Bu gün bunkerlərdəki dinc sakinlərin danışıqlara ümidi çox böyükdür. Amma bunun üçün yaxşı danışıq mövqeləri lazımdır və yaxşı danışıq mövqeləri üçün Rusiya daha çox ukraynalı uşaqları öldürməlidir. Məntiq aydındır.
Ukraynalılara hələ də aydın deyil ki, onların seçimləri məhduddur. Bu gün ruslara edilən hər hansı güzəşt onlara şans verir ki, sabah bu gündən daha rahat şəkildə sivil insanları qətlə yetirsinlər.
Ukraynanın Qərbin maliyyə və hərbi yardımına böyük ehtiyac var. Ona görə də ümid etmək qalır ki, azad dünyanın siyasi elitaları fahişə ola bilər, amma hamısı axmaq deyil.
Bu gün rus ordusu Ukraynanın cənub-şərqində yeni hücuma hazırlaşır. Görünür bu, Rusiyanın son və həlledici döyüşüdür. Allahın köməkliyi ilə Ukrayna Silahlı Qüvvələri, sıralarında müdafiəsinə qalxan əli silahlı hər kəs və Ukrayna vətəndaşları bunu özlərinin zəfərlə yekunlaşdıracaqları son döyüşünə çevirəcəklər".