ABŞ-a köçmək istəyənlərin NƏZƏRİNƏ: “Greencard” qalibləri AÇIQLANIR
Bu gün Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” lotereyasının nəticələrini açıqlayacaq.
Globall.az oxu.az-a istinadla xəbər verir ki, cavablar bu gün günortadan başlayaraq elan ediləcək.
dünya üzrə “Greencard” üçün müraciət edənlər arasında ABŞ-a köçüb yaşamaq və işləmək istəyən Azərbaycan vətəndaşları da az deyil. Qeyd edək ki, lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə girib çıxmaq hüququ əldə edirlər. Lotoreyaya qeydiyyat 6 oktyabr - 9 noyabr 2021-ci il tarixində aparılıb.
Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır.
Xatırladaq ki, iştirakçılar təsdiq nömrəsini ən azı 30 sentyabr 2023-cü ilə qədər saxlamalıdırlar.