“Azovstal” tam ələ keçirilib - Şoyqu Putinə MƏRUZƏ ETDİ
Ukraynanın Mariupol şəhərində yerləşən “Azovstal” poladəritmə zavodunun ərazisi tamamilə rusların əlinə keçib.
Globall.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Azovstal”dakı əməliyyatın başa çatması və Mariupolun Ukrayna qoşunlarından təmizlənməsi barədə Prezident Vladimir Putinə məruzə edib.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: