Dünyada koronaya yoluxanların sayı 10 milyonu ötdü
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötüb.
Bu barədə “Vorldometers” saytı məlumat yayıb.
Məlumata görə, hazırda dünyada 10 milyon 453 nəfər koronaya yoluxub və 498 min 952 nəfər ölüb. Bu günə qədər isə virusa yoluxan 5 milyon 414 min 648 nəfər sağalıb.
Yoluxma sayın görə isə siyahıda hazırda 2 milyon 577 min 924 nəfərlə ABŞ liderlik edir. Növbəti sıraları isə 1 milyon 284 min 214 nəfərlə Braziliya və 627 min 646 nəfərlə Rusiya tutur.
Oxunub: 1 557
Xəbəri paylaş
Paylaş: