Dünyada koronavirus təhlükəsi artır:
yoluxanların sayı 28 940 223 nəfərə çatıb -harda, nə qədər...
Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə təhlükəli infeksiya daşıyıcılarının sayı 6 676 601 nəfərə çatıb. Eyni zamanda virusdan ölənlərin sayı da artaraq 198 128 nəfər təşkil edir.
İnfeksiyaya yoluxma baxımından təhlükəli ölkələrdən birinə çevrilmiş Peru isə 722 832 nəfərdə təhlükəli virusun aşkarlandığını bildirib. Bu ölkənin həkimləri 30 593 nəfəri virusun pəncəsindən xilas edə bilməyiblər.
Koronavirus infeksiyasına yoluxma halları Cənubi Afrikada (648 214), İspaniyada (596 697), Argentinada (546 481), Çilidə (432 666), İranda (399 940), eləcə də, Fransada, Ukraynada, Banqladeşdə, Səudiyyə Ərəbistanında, Pakistanda, Türkiyədə və digər ölkələrdə kütləviliyi ilə seçilir. Təbii ki, bu və digər ölkələrdə COVID-19-a yoluxma hallarının sayı artdığı kimi, virusdan ölənlərin də sayı artaraq pandemiyanın hələ də dünya üçün təhlükə kəsb etdiyini göstərir.