AVRO-2020 təxirə salına bilər
AVRO-2020 koronavirus (COVİD-19) epidemiyası səbəbindən təxirə salına bilər.
Bu iddia ilə Fransanın “Ekip” nəşri çıxış edib. Bildirilir ki, nəşrin əməkdaşları UEFA-nın planlarını əldə ediblər.
Məlumata görə, detalları martın 17-də elan olunacaq həmin plana əsasən, çempionat bir il sonraya keçirilə bilər.
Amma bu qərarın verilməsi üçün FİFA-nın da razılığı olmalıdır. Belə ki, 2021-ci ilin yayında ilk dəfə yeni formatda keçiriləcək klublararası dünya çempionatı da nəzərdə tutulub.
Qeyd edək ki, 4 oyunu Bakıda keçiriləcək AVRO-2020-nin iyunun 12-dən iyulun 12-dək olan müddətdə təşkil olunması planlaşdırılırdı.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: