Dünya Messidən danışır:
"MƏNİ ÖLDÜRMƏK İSTƏDİ"
Hazırda "Paris Saint-Germain"də Lionel Messi ilə oynayan Leandro Paredes, 2021-ci ildə "Barselona"ya 4-1 hesabı ilə qalib gəldikləri oyunda onunla argentinalı ulduz arasında baş verən təəccüblü insidentdən danışıb.
Globall.az xəbər verir ki, Paredes hadisənin baş vermə səbəbini açıqlayıb: "Matçda komanda yoldaşım Caja Negraya bir söz dedim. Messi bunu eşitdi. O, həqiqətən əsəbiləşdi və məni məhv etmək istədi. Çox pis oldu. Məni öldürmək istədi. Mən o anda sadəcə evə getmək istədim".
"İndi söz düşəndə bu haqda danışıb gülürük. Aramızda heç bir problem qalmayıb", - Paredes deyib.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: