Manşet - Press-fakt.az ictimai-siyasi onlayn qəzet

TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI -
Əgər, Kreml Türkiyənin geopolitik şərtlərini qəbul etməsə, onda Rusiya həm enerji bazarında, həm savaş meydanında, həm də siyasi-diplomatik müstəvidə daha sərt təcrid dövrünə daxil olacaq...

ABŞ prezidenti Donald Trampın nüvə sınaqları ilə bağlı açıqlamalarından sonra Ağ Ev-Kreml xəttində gərginlik hazırda pik həddə çatıb. Kreml sözçüsü Dmitri Peskovun “telefon danışığı tez bir zamanda təşkil oluna bilər” mesajı isə prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampla yeni bir dialoqa can atdığını göstərir. Və bu, artıq Kremlin klassik taktikasına çevrilməyə başlayıb, yəni, Rusiya hər dəfə strateji dalana dirəndikdə, Kreml dərhal ABŞ ilə yüksək səviyyəli təmas qurmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, hazırda həmin növbəti dalan məhz Rusiyanın Ukrayna savaş poliqonunda maksimal səviyyədə sıxışması hesab oluna bilər. Çünki son vaxtlar həm hərbi və maliyyə resurslarının çatışmazlığı, həm də ABŞ və Qərbin hərbi-siyasi təzyiqləri Kremlin mövqelərini ciddi şəkildə zəiflədib. Belə bir vəziyyətdə Tramp administrasiyası ilə gizli və açıq dialoq kanalların yenidən işə salınması Kreml üçün önəmli variantlardan biri kimi görünür.

Ancaq bu dəfə vəziyyət kifayət qədər fərqlidir. Çünki Ukrayna savaşı ətrafında cərəyan edən proseslərə Kreml-Ağ Ev dialoqundan daha ciddi şəkildə təsir göstərmək imkanları olan yeni güclü bir geopolitik oyunçu - Türkiyə də xüsusi fəallıqla daxil olmağa başlayıb. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın “münaqişə tamamlanma mərhələsinə maksimum yaxınlaşıb” mesajı qətiyyən təsadüfi deyil. Bu, rəsmi Ankaranın artıq savaşın son fazasının arxitekturasını formalaşdıran əsas güclərdən birinə çevrildiyinin açıq siqnalıdır.

Məsələ ondadır ki, Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidanın verdiyi mesaj rəsmi Ankaranın son siyasi-diplomatik manevrlərinin yeni inkişaf xəritəsini ortaya qoyur. Son müşahidələr onu göstərir ki, Avropa liderləri də rəsmi Ankara ilə paralel mövqedədir. Hər halda, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts də rəsmi Ankaranın “savaşın son mərhələyə daxil olduğu” dəyərləndirməsini artıq təsdiqləyiblər. Və bu, NATO daxilində Ankara-London-Berlin xətti üzrə yeni siyasi konsensusun formalaşdığını göstərir.

Digər tərəfdən, ABŞ və Türkiyə hazırda faktiki olaraq, sülh prosesinin koordinasiyasını bölüşür. Tramp administrasiyası Ukrayna savaşını bitirmək üçün alternativ ssenariləri sülh masasına çıxararkən, bu planların heç biri Türkiyə olmadan reallaşa bilməz. Çünki Qara dəniz təhlükəsizlik arxitekturası, ərzaq dəhlizi, Rusiya ilə ən etibarlı dialoq kanalları və rəsmi Kiyev üzərində əsas təsir mexanizmləri məhz Türkiyənin əlində cəmləşib.

Təbii ki, bu önəmli faktorlar həm Tramp administrasiyası, həm Kreml, həm də Avropa ölkələri üçün Türkiyənin “strateji moderator” statusunu daha da gücləndirir. Rəsmi Ankaranın israrla gündəmə gətirdiyi “Savaş dayanmasa, Avropa çökməyə başlayacaq” məzmunlu əsas mesajı indi həlledici siyasi reallıq hesab olunur. Bu reallığın avropalı liderlər tərəfindən də etiraf olunması Ukrayna savaşının artıq yeni siyasi-psixoloji mərhələyə keçərək, yekun fazada olduğunu göstərir. Və ona görə də, indi bu prosesdə siyasi sonluq üçün geriyə yalnız həlledici danışıqların baş tutması qalıb.

Onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankaranın Kremllə yaxşı münasibətləri olsa da, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Türkiyənin Rusiyadan tədricən uzaqlaşmaqda olduğu müşahidə edilir. Buna paralel olaraq, Türkiyənin son vaxtlar ABŞ-la strateji yaxınlaşma prosesinin daha da dərinləşməsində maraqlı olduğu nəzərə çarpır. Ukrayna savaşının dayandırılması üçün Ankara-Vaşinqton xəttində koordinasiyanın güclənməsinin ən bariz indikatoru isə məhz Türkiyənin enerji bazarına münasibətdə mövqeyini kəskin şəkildə dəyişdirməyə başlamasıdır.

Məsələ ondadır ki, Qərb mətbuatının məlumatına görə, Türkiyə Rusiyadan aldığı neftin həcmini azaldır. Bu, strateji diversifikasiya deyil, açıq şəkildə geopolitik xəttin dəyişməsidir. Rəsmi Ankaranın bu addımı ABŞ üçün bu böyük əhəmiyyət daşıyır. Çünki Rusiya neftindən regional asılılığın azalması Kremlə qarşı Ankara-Ağ Ev təzyiq mexanizmini daha da gücləndirir.

Bütün bunlara paralel olaraq, rəsmi Ankara tərəfindən alternativ enerji qaynağı kimi məhz İraq və Qazaxıstanın seçilməsi də qətiyyən təsadüfi deyil. Çünki İraq ABŞ-ın təsir dairəsindədir, Qazaxıstan isə Rusiya təsirindən qurtulmaq üçün Qərb-Türkiyə əməkdaşlığına açıqdır. Və bu, Türkiyənin enerji resurslarına olan ehtiyaclarını təmin etmə prosesini həm geopolitik risklərdən qoruyur, həm də, Qərbin Rusiyaya qarşı sanksiya mexanizmlərinin effektini daha da artırır.

Maraqlıdır ki, bu üç paralel proses — Tramp-Putin xəttində mövcud gərginlik, rəsmi Ankaranın “son mərhələ” bəyanatı və Türkiyənin enerji ehtiyaclarının təmin olunması prosesinin Rusiya asılılığından çıxarılması, əslində, vahid geopolitik sistemin tərkib elementləridir. Belə anlaşılır ki, Türkiyə Ukrayna böhranının nizamlanmasında “açar güc” rolunu artıq rəsmən öz üzərinə götürür. Və indi rəsmi Ankara həm Rusiya ilə dialoqa malikdir, həm də NATO çərçivəsində Qərb üçün əvəzolunmaz hərbi-siyasi iradə mərkəzidir.

Məsələ ondadır ki, ABŞ-ın mövqeyinə diqqət etdikdə, Tramp administrasiyasının da Türkiyənin bu strateji missiyasını dəstəklədiyi müşahidə olunur. Çünki Ağ Evdə artıq anlayırlar ki, prezident Donald Trampın Ukrayna savaşını sürətli şəkildə bitirmək planlarının uğur qazanması Türkiyənin vasitəçilik resursları olmadan mümkün deyil. Və üstəlik, Rusiya da Qərblə yenidən təmas kanallarını yalnız məhz rəsmi Ankara üzərindən bərpa edə biləcəyini nəzərə almağa məcbur qalmış kimi görünür.

Əslində, Kremlin ABŞ və Qərb ilə siyasi-diplomatik təmas kanallarına indi həmişə olduğundan daha çox ehtiyacı var. Bunu prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampla yenə telefon danışığına can atması da sübut edir. Belə bir situasiyada Kremlin geopolitik zərbələrə məruz qalan mövqeləri Rusiyanı yenidən “Türkiyə kanalına” möhtac buraxır. Üstəlik, rəsmi Ankaranın yeni enerji qaynaqlarına keçidi Kremlə qarşı əlavə təzyiq mexanizmi yaradır. Və Türkiyənin Rusiyadan uzaqlaşması Kreml üçün maliyyə gəlirlərinin azalması, eləcə də, geopolitik təsir çərçivəsinin daralması baxımından ikiqat zərbə deməkdir.

Göründüyü kimi, Ukrayna savaşının gələcək taleyini müəyyən edə biləcək yeni qlobal balans mexanizmi Türkiyə-ABŞ xətti üzərində formalaşmağa başlayıb. Ona görə də, Ukrayna savaşının nizamlanma prosesinin son mərhələsinin mərkəzində Türkiyənin geopolitik iradəsinin dayana biləcəyi artıq qətiyyən istisna deyil. Və Türkiyə bu mərhələdə yalnız vasitəçi deyil, həm də bu sülh prosesinin siyasi, iqtisadi, eləcə də, strateji memarı kimi çıxış edir.

Əgər, Kreml Türkiyənin bu memarlıq rolunun geopolitik şərtlərini qəbul etməsə, onda Rusiya həm enerji bazarında, həm savaş meydanında, həm də siyasi-diplomatik müstəvidə daha sərt təcrid dövrünə daxil ola bilər. Bu baxımdan, hesab etmək olar ki, Ukrayna savaşının yekun raundu artıq başlayıb. Və bu raundun baş hakimi olaraq, ABŞ deyil, məhz Türkiyə ön plana çıxmağa başlayıb./yeni müsavat

Elçin XALİDBƏYLİ

“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”-
Elçin Rəşid: “Görünən məqsəd müəllimlərin vaxtını əlindən alıb onların başqa yerdə dərs deməsinə mane olmaqdır”

“Müəllimi yorub əldən salmaq ölkədə təhsilin kəmiyyətini də, keyfiyyətini də salacaq”

Tanınmış iqtisadçı Elçin Rəşid öz “Facebook” səhifəsində təhsil naziri Emin Əmrullayevin müəllimlərin iş saatları ilə bağlı irəli sürdüyü təklifə münasibət bildirərək kəskin tənqidlər səsləndirib.

İqtisadçı paylaşımına satirik bir misalla başlayıb: “Çoban oğlunu elm dalınca Bakıya göndərir, oğlan 20 ildən sonra qayıdıb atasına deyir ki, qoyunları saymağın yeni üsulunu kəşf edib: ayaqlarını sayıb 4-ə bölmək”.

E. Rəşidin sözlərinə görə, təhsil nazirinin də hazırkı yanaşması eyni şəkildə mahiyyətsiz və qeyri-rasionaldır:m“Nazir çarəsiz şəkildə bir işə əl atıb: əmək haqqını müəllimə dərs saatlarına görə deyil, məktəbin ərazisində göründüyü müddətə görə vermək istəyir”.

O bildirib ki, nazir bu təklifə “islahat” adı versə də, əslində nəyə nail olmaq istədiyini bilmir və bunu islahat proqramı kimi təqdim etməsi yalnız mərkəzi nazirliklərin zəif iqtisadi potensialından xəbər verir.

“Təəssüf ki, mərkəzi nazirliklərimizin də iqtisadi potensialı çox aşağıdır və bunu islahat proqramı adı altında “yeyirlər””, – deyə o vurğulayıb.

E. Rəşid qeyd edib ki, əgər bir nazir dəyişiklik təklif edirsə, ilk növbədə bunun təhsilin kəmiyyətinə və ya keyfiyyətinə hansı formada fayda verməsini əsaslandırmalıdır:

“1. Təhsilin kəmiyyətinə və ya keyfiyyətinə təsirini izah etməlidir;

2. Mümkün riskləri və zərərləri göstərməlidir: pilot mərhələləri keçirmək, riskləri praktikada öyrənmək, nəticələri bölüşmək və risklərə qarşı tədbirləri açıqlamaq lazımdır;

3. Təklifin sahənin strateji xətti ilə əlaqəsini nümayiş etdirməlidir (hazırkı vəziyyətdə belə əlaqə yoxdur);

4. Deməlidir ki, hansı parametrlər üzrə davamlı monitorinq və məsələn, 2 ildən və 5 ildən sonra qiymətləndirmə aparacaq. O qiymətləndirmə hansı suallara cavab verəcək;

5. Nəticəyönümlü maliyyələşməyə (NYM) töhfəsini qeyd etməlidir. Elm və Təhsil Nazirliyi (ETN) yeri gəlmişkən, NYM üçün pilot nazirlik seçilib;

6. Büdcəyə təsirini qeyd etməlidir: bu avantüra nə qədər pul “yeyəcək”?”.

İqtisadçı vurğulayıb ki, nazir bunların heç birini açıqlamır, çünki bilmir: “Yox, o bunları demir, çünki bilmir. ‘Təhsil onsuz da dibə gedir, bir eksperiment edək, nə olar-olar’ yanaşmasıdır. O isə heç bilmir ki, o qədər müəllim məktəbdə harada oturub gözləyəcək.”

E. Rəşidin sözlərinə görə, müəllimlərə əlavə öhdəlik qoymaq lazımdırsa, bunu dərs saatlarına proporsional şəkildə etmək və ödənişi də dərs saatları üzərindən aparmaq daha şəffafdır: “Bir saata verilən əmək haqqını artır. Qoyunların ayağını sayıb 4-ə bölmə...”

O bildirib ki, nazir müəllimin boş vaxtını məktəbdə necə keçirəcəyini də izah etmir: “Valideynlərlə söhbət edəcək, şagirdlərlə söhbət edəcək – bu nağıldır. Bu söhbətlərin qalan iş saatına uyğunluğu nə hesablanıb, nə izlənməsi mümkündür. Tamamilə qeyri-şəffafdır, korrupsiyogendir”.

İqtisadçı daha sonra təklifin real təsirlərini sadalayıb:

“1. Resursun buxovlanması səbəbindən kiçilən təhsil sektoru və azalan ÜDM;

2. Büdcəyə əlavə xərc;

3. Bu xərcin də görülən işə görə və verdiyi nəticəyə görə deyil, müəllimin keçirdiyi saata görə paylanması;

4. Təhsilə zərər: müəllim təhsildə resursdur. Onu məktəbdə boş saxlamaq, yorub əldən salmaq ölkədə təhsilin kəmiyyətini də, keyfiyyətini də salacaq;

Haşiyə:

Görünən odur ki, məqsəd də budur: müəllimlərin vaxtlarını əlindən alıb onların başqa yerdə təhsil vermələrinə əngəl yaratmaq.

Nazir özü deməsə də, ona yaxın media məqsədin bu olduğunu “ağzından qaçırır”. Yəni, dövlətdən əlavə pul alıb, onu təhsili və təhsil resursunu boğmağa xərcləyəcək.

“5. Biri çox işləyib az pul alacaq, digəri tərsinə. Motivasiya nəzəriyyələri ilə tanış olanlar bilir ki, bu, sistem daxilində motivasiyanı dağıdan ən güclü amildir. Yəni təhsilin keyfiyyəti bir də bundan zərər görəcək;

6. Korrupsiya: direktorlar nəzarət edəcək və müəllimin boş oturmasına görə dövlətdən alınan pulu müəllimlə böləcək;

7. Güc asimmetriyası – direktorun müəllimlər üzərində (təhsilin keyfiyyətinə aid olmayan) balanssız səlahiyyəti... Müəllim biləcək ki, o, gördüyü işin keyfiyyətinə görə deyil, direktorla nə dərəcədə əlbir olmasına görə qiymətləndirilir, əmək haqqı alır, boş vaxt qazanır və ümumiyyətlə iş yerini qoruya bilir. Bu özü təhsilin keyfiyyətinə ayrılıqda daha bir mənfi təsir edəcək;

8. Güc asimmetriyası – nazirin direktorlar üzərində... Bu da yuxarıda deyilənə uyğun olaraq, məktəbin (təhsilin) keyfiyyətini salacaq;

9. Nəticəyönümlü maliyyələşmə (NYM) prinsipinə xəyanət.

NYM tətbiq olunanda bütün şöbələr, işçilər buna səfərbər olunmalıdır və mümkün olduqca eyni prinsiplə çalışmalıdır”.

E. Rəşid NYM məsələsinə ayrıca toxunaraq xatırladıb ki, ETN bu sistem üçün seçilmiş 3 nazirlikdən biridir. Onun sözlərinə görə, 2020-ci ildə NYM planlaşdırılarkən Maliyyə Nazirliyi ilə keçirilən görüşdə ETN bir dənə də olsun düzgün nəticəyönümlü büdcə maddəsi təqdim edə bilməyib. Təqdim olunan yeganə “nəticə” – beynəlxalq tədbirdə 10 əməkdaşın iştirakı olub.

“Maliyyə Nazirliyi izah etməyə çalışsa da nəticə verməyib. 2023-cü ildə keçirilən növbəti görüşdə də bəlli olub ki, ETN hələ də nəticənin nə olduğunu anlamır və fəaliyyətlərini nəticə adı ilə təqdim edir”, - deyə o qeyd edib.

Rasim Əliyev

XRİSTİAN-YƏHUDİ VƏ XRİSTİAN-MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ -
Namiq Bilal

Başda ABŞ olmaqla Qərb sivilizasiyası böyük çöküşün astanasındadır. Əhali sürətlə azalır və qocalır, Qərb iqtisadiyyatı Asiyanın nəhəng texnoloji sıçrayışı önündə duruş gətirə bilmir. Qərb hegemoniyası bitir. Lakin yenidən toparlanmaq və üstünlüyü saxlamaq üçün var gücü ilə çarpışacaqlar. Cəmiyyətlərin toparlanması və yüksəlişi üçün çox möhtəşəm yeni ideoloji qalxınmaya ehtiyac var.

Qərbin yeni ideologiyası-unutdurulmuş xristian dəyərlərini yenidən aparıcı ideologiya halına gətirməkdir. Bu istiqamətdə ciddi addımlar atılır. Həmin addımlara sırası ilə nəzər salaq.

Birinci addım. ABŞ-nin vitse-prezidenti C.D.Vens geniş auditoriya qarşısında çıxış edərək həm yəhudiliyə, həm də islam dünyasına qarşı çağırış kimi görünən bəyanatlar verib.
O deyib: “Xristianlıqla yəhudilik arasında çox böyük teoloji konflikt var. Fələstində və Orta Şərqdə iki dövlətli çözüm deyil, üç dövlətli çözüm olmalıdır. Yerusəlimdə və Orta Şərqdə müsəlman və yəhudi dövlətləri ilə yanaşı, xristian dövləti də qurulmalıdır.”

Həm Fələstində, həm Livanda, həm də Misirdə çoxmilyonlu xristian kütləsi yaşayır. Siyasi qərar verilərsə, hər üç dinin təmsilçilərini biri-birinə qarşı qaldıraraq Orta Şərqi yenidən və daha güclü şəkildə alovlandırmaq xüsusi xidmətlər üçün o qədər də çətin məsələ olmazdı.

İkinci addım. Bir neçə gün öncə Donald Tramp belə bir bəyanat verdi: “Nigeriyada müsəlmanlar xristianları kütləvi şəkildə qətlə yetirir. Nigeriya xristiyanlarını müdafiə etmək üçün bu ölkəyə qoşun yeritməliyik.”

Nigeriyada çox böyük neft-qaz yataqları var. Heç şübhəsiz, Trampın əsas məqsədi bu təbii qaynaqlara çökməkdir. Lakin həmin qaynaqlara çökmək üçün istifadə olunan siyasi instrument xristian–müsəlman qarşıdurmasıdır.

Üçüncü addım. Roma Papası XIV Leo və ABŞ-nin vitse-prezidenti Cey Di Vens Türkiyənin İznik əyalətindəki qədim kilsəni ziyarət edəcəklər. Bu kilsədə eramızın 325-ci ilində xristian teologiyasının ana sütunlarını müəyyən edən və xristianlığın birinci ümumdünya şurası sayılan Nikea Məclisi keçirilib. Nikea Məclisi xristian dinini erkən xristianlıqdan rəsmi din statusuna daşıyan ən əhəmiyyətli tədbirdir.

Roma Papasının bu kilsəyə səfəri son bir neçə yüz ildə ilk dəfədir ki, baş tutacaq. Roma Papasının və ABŞ vitse-prezidentinin İznik səfəri xristianlığa ikinci nəfəs vermək amacı daşıyır.
Yada salaq ki, Roma Papası aylar öncə İsraili “uşaq qatili olan dövlət” adlandırmışdı. Eyni zamanda Almaniya, Fransa, İspaniya, İngiltərə, Slovakiya, Macarıstan kimi dövlətlərdəki ulusçu siyasi qurumlar xristian dəyərlərinə qayıtmağı Avropanın xilası olaraq görürlər. Belə görünür ki, Qərb sivilizasiyası yeni ideoloji tutalğaç kimi xristianlığa sarılır.

Bu “yenidən xristianlıq” ideyasının Qərb üçün əhəmiyyətli məqamlarına baxaq.

Xristianlığın yenidən ana ideologiyaya çevrilməsi ilk öncə ailə dəyərlərini bərpa etməklə cəmiyyətləri demoqrafik fəlakətdən xilas etmək cəhdidir. Üstəlik, xristianlığı dozalı şəkildə radikallaşdıraraq Qərbə müsəlman axınını dayandırmaq da görünən hədəflər arasındadır.
ABŞ, Çin, Rusiya, Almaniya, İngiltərə kimi ən böyük 40-a yaxın dövlətin mərkəzi bankları qlobalçı yəhudi ailələrinin nəzarətindədir. Xristianlığı yenidən alovlandırmaq və paralel şəkildə anti-İsrail, anti-yəhudi ovqatını körükləməklə Qərbin ulusçu liderləri qlobalçı ailələrin maliyyə buxovlarından qurtulmağa çalışırlar.

Xristianlığın yenidən alovlandırılması və anti-yəhudi, anti-müsəlman təbliğatının genişləndirilməsi başqa aspektdən də olduqca önəmlidir. XX əsrdə dünyanın ən böyük neft-qaz hövzəsi olan Böyük Orta Şərqi nəzarətdə saxlamaq üçün Qərb iki böyük konfliktdən — İran–İsrail və sünni–şiə konfliktlərindən yararlanıb. Bu gün hər iki konfliktin potensialı tükənib.

“Orta Şərqdə xristian dövləti qurulmalıdır” bəyanatını vermək, bölgədə daha böyük konfliktin fitilini yandırmaq deməkdir. Deməli, yeni formatda yeni konflikt alovlandıra bilsələr, qərblilər bölgəyə nəzarəti hələ uzun müddət öz əlində saxlaya bilərlər.

“Orta Şərqdə xristian dövləti qurulmalıdır” ideyası və “Xristianları müdafiə etmək üçün Nigeriyaya qoşun yeritməliyik” bəyanatı XXI əsrin yeni formatlı səlib yürüşüdür. Orta əsrlərdəki səlib yürüşlərinin qarşısını hər zaman türklər kəsib.

Maraqlıdır ki, bu günümüzün “yeni səlib yürüşünün” mayakı ola biləcək ikinci Nikea Məclisi məhz Türkiyədə toplanır. Böyük Orta Şərqin daha böyük qan gölünə çevrilməsi, başda Türkiyə olmaqla Misirin, İsrailin və Livanın milli maraqlarına ziddir. XXI əsrin yeni formatlı səlib yürüşü başlanacaqsa, bu yeni hərəkat da orta əsrlərdə olduğu kimi türklərin bölgədə qurduğu dəmir divara çırpılacaq. Türkiyə buna hazırlanır.

VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ” -
Dünyada yəqin ki, Azərbaycandakı qədər Vergi Məcəlləsinə tez-tez və çoxsaylı dəyişikliklər edən ölkələr barmaqla sayılacaq qədər azdır. Nədə geri qalsaq da, bunda ön sıralardayıq...

Təəsüf ki, bu dəyişikliklər əksər hallarda vətəndaşın, vergi ödəyicisinin xeyrinə deyil. Digər yandan, onların sayının çoxluğu vətəndaşın, sahibkarın, mühasibin, elə vergi orqanı işçisinin özünün həyatını və işini yüngülləşdirməkdən, asanlaşdırmaqdansa, daha da çətinləşdirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, "Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir”.

Məlum olduğu kimi, bu dəyişikliklərə fiziki şəxslərin gəlir vergisi də daxil olmaqla, vergi güzəştlərinin ləğvi və digər məsələlər daxildir ki, onların da böyük əksəriyyəti büdcəyə daha çox vəsait toplamağa yönəlib. Bunun ölkədə aparılan iqtisadi siyasətin qüsurlu olmasının növbəti göstəricisi olduğunu bir kənara qoyaq. Sırf texniki tərəfdən belə yanaşdıqda 145(!) dəyişiklik kifayət qədər yüksək rəqəmdir. Bir dəfəyə bu qədər dəyişikliyi mənimsəmək nə sahibkar, nə mühasib, nə də vergi işçilərinin özləri üçün əlbəttə ki, asan olmayacaq. Bunları öyrənib başa çıxana qədər, az qala il bitəcək və növbəti ildə növbəti yüzlərlə dəyişiklik ediləcək. Çünki çox vaxt məhz belə olur. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycanın Vergi Məcəlləsi hazırda ən qalın və mürəkkəb kitablardan biridir. Hələ onu demirik ki, az qala hər il yenilənən bu məcəllənin çapına böyük miqdarda vəsait xərclənir...

Vergi orqanının rəhbəri deyib ki, layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması(?), vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir. Onun dediyinə görə, dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını, o cümlədən yerli avtomobil istehsalını(?) stimullaşdırmalıdır.

Əvvəlcə qeyd edək ki, sadələşdirilmiş vergi həddinin illik 200 min manatdan 400 min manatadək artırılması istisna olmaqla, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına dair hər hansı dəyişiklik nəzərə çarpmır. Hansı ki, bu hədd əslində, devalvasiyalar və inflyasiya nəzərə alınmaqla ən azı 600 min manat götürülməli idi. Amma buna da şükür...

Yerli avtomobil istehsalının stimullaşdırılmasına gəlincə, vergi orqanının başçısı bir növ ondan öncə çıxış etmiş DGK sədri Şahin Bağırovun olduqca mübahisəli yanaşmasını təkrarlamış olub. Bağırov Milli Məclisdəki çıxışında elektromobillərə gömrük rüsumunun təbiqini “yerli avtomobil istehsalının stimullaşdırılması” ilə izah etmişdi. Hansı ki, Azərbaycanda nəinki elektrik avtomobili, heç elektrik çayniki də istehsal olunmur... Vergi daxilomalarının artırılması səylərinə gəlincə, hörmətli vergi orqanı yaxşı olardı ki, öz təkliflərində Azərbaycandakı varlı təbəqənin vergiyə cəlb olunması mexanizmlərini də irəli sürərdi. Əsl vergiyə cəlb ediləcək baza məhz oradadır.

Qiymətləri, rüsumları, vergiləri artırmaq, büdcəni doldurmaq üçün müxtəlif dolaşıq sxemlər, mexanizmlər, limitlər və s. tətbiq edənlər gözlərinin qarşısındakı iri, milyonluq malikanələri, obyektləri, bahalı maşınları və s. sanki görmürlər. Göründüyü kimi, 1000-1500 manat maaşla milyonluq villalarda yaşayanlara nə hökumətdəki müvafiq nəzarət strukturlarının, nə hüquq-mühafizə orqanlarının, nə məhkəmələrin, nə də vətəndaş cəmiyyətinin gücü çatmır. Belədə, bəlkə vergi orqanı qabağa dursun? Əslində, onları vergiyə cəlb etmək üçün daha sadə mexanizmlər və dünya təcrübəsi var.

Məsələn, Çində dəyəri 200.000 dollar və ya daha çox olan avtomobillər və ya dəyəri 50.000 dollar olan zərgərlik məmulatları əlavə 10% vergiyə cəlb olunur.

İspaniyada varidatı 750.000 dolları keçənlər illik vergi ödəməlidirlər. Bu vergi dərəcəsi sərvətin həcmindən asılı olaraq 3,45%-ə qədər arta bilir.

Norveçdə xalis sərvəti 1,79 milyon dollardan çox olanlara 1,1% əlavə sərvət vergisi tətbiq olunur. İsveçrədə 327.000 ABŞ dollarından çox sərvəti olanlar 1%-ə qədər əlavə vergi ödəyir. Fransadakıların sərvətlərinin dəyəri 1,3 milyon avro və ya daha çox olduqda, 1,5%-lik vergiyə cəlb olunurlar. Bir daha qeyd edək ki, bunlar hamısı adi əmlak vergisindən əlavə vergilərdir. Yəni, bu insanlar əmlak vergisi ilə bərabər bahalı malikanələrinə, avtomobillərinə, zinət əşyalarına, yaxtalarına və s. görə vergi ödəyirlər. İtaliya, Belçika və Hollandiya da sərvət vergiləri tətbiq edilir.

İsveçrə fərdi sərvət vergisindən hər il 10 milyard avroya yaxın vəsait toplayır. Bu da ümumi vergi gəlirlərinin 4,3%-ni təşkil edir. İspaniyada bu rəqəm 3,1 milyard avro və ya ümumi gəlirin 0,6%-ni təşkil edir. Norveç isə sərvət vergisindən 2,7 milyard avro və ya vergi gəlirlərinin 1,5%-ni əldə edir.

Siyahını uzatmaq da olar. Azərbaycanda da istəsələr bu təbəqədən bəlkə də yüz milyonlarla manatlıq sərvət vergisi toplamaq olar. Yuxarıda sadalanan ölkələrdə olan həmvətənlərimiz yaxşı bilir ki, Azərbaycandakı məmur-oliqarxların malikanələri nə sayına, nə qiymətinə, nə də bər-bəzəyinə görə həmin ölkələrdəki villalardan geri qalmır. Elə həyat tərzinə, bahalı avtomobilləri, zinət əşyaları və digər sərvətlərinə görə də həmçinin. Lakin orada belələri əlavə vergilərə cəlb olunaraq, büdcəyə gəlir qatarkən, bizdə tam əksi baş verir. Bunların çoxu büdcəyə vergi ödəməkdənsə, tutduqları vəzifələrdə büdcə talamaqla məşğuldurlar. Bunu icra başçılarından tuitmuş nazir və nazir müavinlərinin həbsinə qədər yaxın tariximizdə baş verən faktlar əyani şəkildə sübut edir.

Odur ki, hörmətli vergi orqanımız bu il yəqin ki, keçdi, heç olmasa gələn il varlı təbəqənin, məmur-oliqarxların sərvət vergisinə cəlb olunması mexanizmi üzərində düşünsə, pis olmaz. Əlbəttə ki, əgər buna marağı və həvəsi olarsa...

Cəlal Məmmədli

“PUTİN VARSA, RUSİYA VAR”MI?-
Faşist Almaniyasının məşhur bir şüarı olub: “Bir xalq, bir dövlət, bir fürer”. Putin Rusiyasında hakim siyasi qüvvənin qulluğunda duran qatı şovinist-millətçi LDPR başçısı Leonid Slutskinin Putinlə bağlı şüarında da təxminən eyni şey deyilir: “Bir ölkə, bir prezident, bir qələbə...”

Kimsə bu cür paralelləri doğru saymaya bilər. Amma Putinin Taker Karlsona müsahibəsində açıq şəkildə Hitlerin Polşanı işğalına haqq qazandırmasını xatırlamaq kifayətdir: “Dansiq koridorunu vermədiklərinə görə polyaklar Hitleri məcbur etdilər ki, Polşada İkinci Dünya müharibəsinə başlasın”. Putin Ukraynaya qarşı işğalçılıq müharibəsi barədə danışarkən də eyni şeyi deyir. Deyir ki, onu bu savaşa başlamağa məcbur etdilər. Yəni, digər ölkənin, xalqın suverenliyinə, dövlətçiliyinə baxış və işğalçılığa haqq qazandırmaq üslubu, prinsipi və bəhanəsi Hitlerinkindən qətiyyən fərqlənmir...

Əslində, slavyanlar başa düşsə, Hitlerdən sonrakı son 100 ilə yaxın müddətdə slavyan xalqlarını böyük həvəslə qırğına verən, onların şəhərlərini, kəndlərini yer üzündən silən, viran qoyan, milyonlarla insanını didərgin salan ikinci lider məhz Putindir...

Bu, ukraynalılar qədər rusların və bütünlükdə slavyan xalqlarının faciəsidir. Bu faciənin adı nə NATO, nə Avropa İttifaqı, nə də bütünlükdə Qərbdir. Bu faciənin adı Putin və onun Rusiyanın mənəvi zibilliyindən tapıb çıxardığı, eləcə də Piterin tin-bucağından yığıb başına topladığı talançı dəstədir. Məhz Putin və ətrafı rus xalqının içindəki olan-qalan mərhəmətini, sülh istəyini, elmə, yaradıcılığa, mədəniyyətə, ədəbiyyata həvəsini, istedadını və digər işıqlı məqamları bir kənara ataraq, onun içindəki iblisi - şovinizmi, imperiyaçılığı, qatı millətçiliyi, irqçiliyi, saxta böyüklük ədasını, ətrafdakılara yuxarıdan aşağı baxmaq mərəzini, diktatura, təcavüz, savaş həvəsini körüklədi və alovlandırdı...

Bütün bunların nəticəsidir ki, indi Putinin ən böyük silahı “Burevestnik”, “Paseydon”, “İskəndər” və s. yox, məhz rusların “çar sevgisi” və öz taleyinə biganəliyidir. Məhz bunun sayəsində Putin hər gün minlərlə rusiyalını Ukrayna çöllərində ölümə göndərir. Hər gün Rusiyaya Ukraynadan yüzlərlə meyit, bundan iki-üç dəfə artıq yaralı gətirilir və bu xalq hələ də Putinin onun genefonduna vurduğu sarsıdıcı zərbəni hiss və dərk edə bilmir. Əvəzində, axşam ucuz araqdan içən ruslar səhər “paxmel” vəziyyətdə “voenkomat”a gələrək, pul müqabilində ordu ilə müqavilə bağlayır, nə vaxtsa “qardaş” adlandırdığı ukraynalıları öldürməyə yollanır. İki-üç həftədən sonra isə sınıq-salxalq evdə bomj həyatı yaşayan ailəsinə ya meyiti, ya da qolu-qıçı yox vəziyyətdə özü qayıdır... Ancaq bütün bunların fonunda, sadəcə, öz hikkəsinə və fantaziyalarına milyonlarla rusiyalı və ukraynalının həyatını qurban verən Putinin 73 yaşı münasibətilə Nijni Novqorodda 73 hamilə qadın havaya 73 şar buraxaraq, “çar”ın ad gününü təbrik edir. Yəqin ki, bu qədər miskin, primitiv və eybəcər şəxsiyyətə pərəstiş səhnəsi Şimali Koreya liderinin və onun nökərlərinin belə ağlına gəlməzdi...

Hələ 2007-ci il Münhen nitqi Putinin və ətrafının seçim anı və nöqtəsi idi. Amma Qərbdəki merkellər, buşlar, obamalar, sarkozilər və s. bunu anlayacaq və bunun qarşısını vaxtında alacaq çapda və ağılda deyildilər. Məhz onların yarıtmaz və yaramaz siyasətinin altını hazırda Ukrayna, Avropa və bütün dünya çəkməkdədir. Məhz bunun nəticəsidir ki, Putin və onun ətrafındakı medvedevlər, solovyovlar, mardanlar kimi məsuliyyətsiz, küçə əxlaqlı, mədəniyyətli, təfəkkürlü əyyaşlar o qədər “şişdilər” ki, hazırda dünyanı nüvə kollapsı ilə təhdid edirlər. Hələ 2014-cü ildə Duma sədri Vyaçeslav Volodin “Putin yoxdursa, Rusiya da yoxdur, Putin var, Rusiya da var” deyəndə və rus cəmiyyəti bu şüarı həzm edəndə, Rusiyanı qarşıda nələrin gözlədiyini anlamaq çətin deyildi. Tolstoyun, Çexovun, Mendeleyevin, yaxud Pyotrun, Qroznının, Stalinin və s. ağlına belə gələrdimi ki, bir gün onların əsəri olan Rusiyanın mövcudluğu incidilmiş uşaq travmaları ilə yaşayan, fiziki və mənəvi göstəriciləri, bilikləri böyük şübhə doğuran, özünü olduğundan daha yüksəklərdə görən və göstərən, eyni zamanda, ətrafını Rusiyanı talayan, oğru, yırtıcı, saxtakar dostları ilə dolduran, boyu metr yarımdan bir qədər artıq hansısa təsadüfi, sıradan bir boz KQB əməkdaşının var olub olmamasından asılı olacaq? Rusiya öz zəngin tarixi, dahi yazıçıları, alimləri, rəssamları, musiqiçiləri, tarixi şəxsiyyətləri və s. ilə əsrlər boyu bunun üçünmü çalışıb?

Özünü I Pyotr və Stalinlə bir səviyyədə görmək istəyən Putinin bu adamlardan fərqli olaraq heç bir ideologiyası, prinsipi, gələcəyə strateji baxışı və düşüncəsi olmayıb və yoxdur. O, müharibə başlayanda bəri 27 generalını həbs etdirib. Ancaq bu həbslər hansısa hərbi, ideoloji motivli, yaxud onların tabeçiliyindəki hərbçilərə qarşı haqsızlıqlarla deyil, “rəhbərdən xəbərsiz” oğurluqlarla və talançılıqlarla bağlıdır. Əvəzində, rus ordusunda rusların bir-birini qətlə yetirməsi, yaxud komandirlərin öz əsgərlərini “sıfırlamasına” dair təkcə rəsmi statistikaya görə, istintaq orqanlarında 12 mindən artıq cinayət işi var. Və bu cinayət işləri real hadisələrin heç yüzdə birini belə əhatə etmir...

Finlandiya Prezidenti Aleksandr Stubb Putini “strateji axmaq” adlandırıb. Doğrudan da, Rusiya öz imperiya tarixi ərzində bu gün Çinin qucağında oturduğu, ondan asılı olduğu qədər heç vaxt başqa dövlətdən, özü də onun torpaqlarına, sərvətlərinə göz dikən dövlətdən asılı olmayıb. Yaxud, NATO heç vaxt Finlandiya və İsveçin timsalında indiki qədər Rusiya sərhədlərinə yaxın, hətta onun “burnunun dibində” olmaylıb. Baxmayaraq ki, Putinin müharibəyə başlama bəhanələrindən biri, bəlkə də birincisi elə NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması idi. Əslində isə Putinin Ukraynaya qarşı işğala başlamaqda əsas məqsədi 2014-cü il Krım ilhaqına bənzər bir qısa əməliyyat keçirib, uzun illərdir “qaza gətirilən” rus cəmiyyətinin gözündə öz hakimiyyətinin reytinqini qaldırmaq, ömrünü uzatmaq, özünü daha qüdrətli və rahat hiss etmək idi. Məqsəd həm də Ukrayna ram ediləndən, onun şərqi tamamilə Rusiyanın sərhədlərinə daxil ediləndən və qalan hissəsi də Belarus kimi İttifaq Dövlətinə birləşdiriləndən sonra bütün digər keçmiş SSRİ respublikalarını da bu ittifaqa cəlb etmək, yeni SSRİ yaratmaq və tarixə düşmək idi. Ancaq alınmadı və alına da bilməzdi. Stubb həm də buna görə Putini strateji axmaq adlandırır...

Bütün bu uzun-uzadı yazdıqlarımız ilk növbədə Azərbaycan və Azərbaycanda Rusiya, hətta SSRİ eşqi ilə yaşayanlar, eyni zamanda, ermənilərin Azərbaycana qarşı soyqırımlarının, qətliamlarının arxasında hər zaman Rusiyanın dayandığını anlamayanlar, yaxud anlamaq istəməyənlər üçündür. Unutmasınlar ki, 30 ilə yaxın davam edən erməni işğalının 20 ili Putin dövrünə aiddir və bu işğal onun ermənilərə dəstəyi üzərində dayanırdı. Bərdənin, Gəncənin digər şəhərlərimizin bombalanması, dinc sakinlərimizin qətliamı da Putinin və Rusiyanın birbaşa dəstəyilə həyata keçirilib. Sülhməramlı adı altında Qarabağa soxulan da Putin və onun qoşunu olub. Rusiyada azərbaycanlıları aşağılayan, təhqir edən “hüquq-mühafizə orqanları” da, Ukraynadakı Azərbaycanın enerji obyektlərini bombalayan hərbçilər də Putinin əmri ilə hərəkət edir və sair. Amma bizdə hələ də onu dəstəkləyənlər, məsələn, İlham Rəhimovun adını belə çəkmək istəmədiyimiz “cib politoloqu” da daxil olmaqla, saysız-hesabsız nüfuz agentləri var. Həmçinin, Azərbaycanda Putini dəstəkləyən İran aşiqləri - “müsəlmanlar” da var. Ancaq bunlar unudur ki, zamanında Çeçenistandakı din qardaşlarını kütləvi şəkildə qıran, Suriyada dinc müsəlmanların başına bombalar yağdıran və açıq qətliam törədən də Putinin əmri ilə hərəkət edənlər olub...

Bu gün az-çox başını və ağlını itirməyən az sayda da olsa rusiyalı anlayır ki, Volodinin şüarının əksinə olaraq, nə qədər ki, Putin var, normal Rusiya yoxdur və olmayacaq. Əvəzində, gələcəyi əlindən alınmış, talan edilmiş, bugünü, hətta keçmişi də lənətlənən, “izqoy” halına salınmış Rusiya var. Nə qədər ki, Putin var, hakimiyyətdədir və nə qədər ki, rus cəmiyyətinin məhz belə liderlərə tələbatı olacaq, sivil dünyanın görmək istədiyi və əksər rusiyalının özünün yaşamaq istədiyi normal, inkişaf etmiş, sülh və əminamanlıq dolu Rusiya olmayacaq.

Tanınmış rusiyalı yazıçı, hazırda mühacirətdə yaşayan Boris Akuninin dediyi kimi, Rusiyanın ən böyük bəlası və faciəsi əsrlər boyu imperiya olması və hazırda da imperiya olmaq istəməsidir. Akunin hazırkı Rusiyanı başı kəsilmiş və həyətdə qaçaraq ətrafa qanını sıçradan toyuğa bənzədir. Onun da dediyi kimi, bu toyuq artıq ölümə məhkumdur və ondan qartal düzəltmək cəhdlərinin heç bir mənası yoxdur, hər nə qədər Putin kimilər bunun üçün çalışsalar belə...

Cəlal Məmmədli

“KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI?-
Balakənin icra başçısı İslam Rzayevin saxlanılmasından sonra Azərbaycanın şəhər və rayon rəhbərliklərindəki “köhnə” icra başçılarının siyahısı bir qədər də seyrəldi. 5-6 il əvvəl bu “seyrəltmə işləri” intensiv xarakter alsa da, son illər bir qədər zəifləmişdi…

Buna baxmayaraq, 20 ilə yaxındır icra başçısı vəzifəsi daşıyan şəxslərin sayı hələ də kifayət qədər çoxdur. Onların arasında hətta 30 ildir müxtəlif rayonlara başçılıq edənlər də var.

Press-fakt hələ də vəzifədə olan “qocaman” icra başçılarının siyahısını "azpolitika"ya istinadla təqdim edir:

Taleh Qaraşov –2012-ci ildən Lənkəranın icra başçısıdır. Ümumilikdə Qaraşovun başçı karyerası olduqca zəngin və uzunmüddətlidir. O, 2002-ci ildən başlayaraq, Kürdəmir, Cəlilabad, Neftçala və Astara rayonlarının icra başçısı olub. Yəni, üst-üstə 23 ildir icra başçısı işləyir.

Şəkinin icra başçısı Elxan Usubov. 2011-ci ildən Şəkiyə başçılıq edir. Bundan əvvəl 2007-2011-ci illərdə Ağstafanın başçısı olub.

Zakir Fərəcov. 2015-ci ildən Sumqayıtın başçısıdır. Buna qədər 10 il Abşeronun icra başçısı olub.

Şirvanın icra başçısı İlqar Abbasov. 2004-cü ildən 2005-ci ilə qədər Nərimanov, 2005-2019-cu illərdə isə Suraxanı icra başçısı olub. 2019-cu ildən Şirvanın başçısıdır.

Süleyman Mikayılov 2010-cu ildən Qaradağın icra başçısıdır. Bundan əvvəl 5 il Yardımlı və Lənkəranda başçı olub.

Sabunçunun icra başçısı Adil Vəliyev 2012-ci ildən bu vəzifədədir.

Füzulinin icra başçısı Alı Alıyev 2011-ci ildən bəri rayonun başçısıdır.

Xızının icra başçısı Xəzər Aslanov 2012-ci ildən rayona rəhbərlik edir. Bundan əvvəl 6 il Yardımlının icra başçısı olub.

Qobustanın icra başçısı Adil Məmmədov 2011-ci ildən rayona rəhbərlik edir. O, hələ 1994-cü ildən 2002-ci ilə qədər Oğuzun, sonrakı illərdə isə Qəbələ və Biləsuvarın başçısı olub.

Siyəzənin icra başçısı Novruz Novruzov da 1990-cı illərdən qalan başçılardandır. O, 1995-ci ildən başlayaraq, Lerik, Goranboy və Şabranda başçı olub. 2019-cu ildən Siyəzənə başçılıq edir.

Bayram Səfərov 2009-cu ildən Şuşanın icra başçısıdır.

Mübariz Əhmədzadə 2009-cu ildən Zaqatalanın icra başçısı vəzifəsini daşıyır. Bundan əvvəl 2 il Qaxın başçısı olub.

Mərdan Camalov 2005-ci ildən icra başçısdır. 14 il Şirvana başçılıq edən Camalov 2019-cu ildən Zərdaba rəhbərlik edir.

Bu qeyd etdiklərimiz “qocaman başçıların” tam siyahısı deyil, buraya 20 ilə yaxındır başçı vəzifəsini daşıyan Əziz Əzizovu, Vidadi İsayevi, Şahmar Usubovu, Qəzənfər Ağayevi və digərlərini də aid etmək olar.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda icra hakimiyyəti idarəçilik institutunun özünü doğrultmadığı, korrupsiya və rüşvət üçün yol açdığı və bu idarəçilik sisteminin dəyişdirilməli olduğuna dair müxtəlif səviyyələrdə, siyasi dairələrdə, o cümlədən parlamentdə məsələ qaldırılır. Lakin hələlik bu məsələ tam həllini tapmayıb. Yalnız yaxın zamanlarda bu sahədə köklü dəyişikiyin gözlənildiyinə dair iddialardan başqa ortada heç nə yoxdur…

C.Məmmədli

"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI -
Dövlət Təhlükəsizliyi Xidmət (DTX) Balakən rayonunda əməliyyat keçirib.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə vəzifəli şəxs saxlanılıb. 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən İslam Rzayevin saxlanılması dəmir barmaqlıqlar arxasına düşən icra başçılarının sayını bir nəfər də artırıb.

Hazırda həbsdə olan icra başçıları aşağıdakılardır:

1. İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 5 may 2020-ci ildə DTX tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Ötən il Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb. Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.

2. Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb. Ötən il Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

3. Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il müddətində azadlıqdan məhrum edilib. 2024-cü ilin fevralında Ali Məhkəmədə keçirilən iclasda İsmayıl Vəliyevin cəzası 6 il 2 aya endirilib.

4. Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda Namiq Zeynalovun cəzası 11 il 9 aya endirilib.

5. Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.

6. Ağstafanın msabiq icra başçısı Nizaməddin Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev 2021-ci ilin sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.

7. Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay həbs cəzasına məhkum edilib. 2023-cü ilin yanvar ayında Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb.

8. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsi sabiq başçının cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. 2025-ci ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. Eks-icra başçısı azadlığa çıxıb.

9. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. İyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Oktyabr ayında Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimata baxılıb. Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb. Musa Şəkiliyev qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Press-fakt

“HARDA QIRILAR, QIRILAR” İQTİSADİYYATI...-
Təəssüf ki, uzun illərdir Azərbaycanda mövcud olan iqtisadi sistemi bazar iqtisadiyyatından başqa hər cür adlandırmaq olar – “resurs iqtisadiyyatı”, “cərimə iqtisadiyyatı”, “məmur-oliqarx iqtisadiyyatı”, yaxud “başlı başısını saxlasın iqtisadiyyatı”, “harda qırılar-qırılar iqtisadiyyatı” və sair.

Son günlər ən çox müzakirə olunan mövzular fiziki şəxslər üçün gəlir vergisi güzəştlərinin ləğvi, işləməyən vətəndaşların tibbi sığortadan məhrum edilməsi (yalnız 192 manat ödədikləri halda sığortalana biləcəklər), büdcədə cərimə proqnozlarının artırılması, mikrosahibkarların imtiyazlı vergi rejimindən, kiçik biznes subyektlərinin 5%-lik gəlir vergisi ödəmək imkanından məhrum edilməsi və bu qəbildən olan digər məsələlərdir ki, bunların da hamısı əhalinin sosial durumunda, gəlirlərində özünü mütləq mənfi mənada büruzə verəcək…

Gələn ilin büdcəsinin əhali üçün “kəmər sıxmaq” prinsipi üzərində qurulduğu barədə artıq çox deyilib. Lakin bir qədər də irəliyə baxanda, iqtisadiyyata baxışda ciddi, köklü dəyişikliklər edilməsə, bu prosesin sonrakı illərə də aid olacağı, vəziyyətin getdikcə pisləşəcəyi ehtimalı olduqca real görünür. Ölkəmizdə neft hasilatının, dünya bazarında isə neft qiymətlərinin düşməsilə gəlirlərimizin azalması indiyə qədər uzun illərdir aparılan sınıq-salxaq iqtisadi siyasətə yeni baxış - inhisarçılığı aradan qaldırmaq, daxili iqtisadi azadlıqları artırmaq, vergi güzəştlərilə, dövlət dəstəyilə kiçik biznes üçün şərait yaratmaq, yoxlamaları, cərimələri minimuma endirmək, bank vəsaitlərini və faiz dərəcələrini əlçatan etmək və sair bu kimi addımlar tələb edərkən, hökumətin şanlı iqtisadi komandası bütün bunların tam əksini etməklə məşğuldur.

Hökumətin iqtisadi blokunun apardığı siyasətin yarıtmazlığının ən aydın nümunələrindən biri kimi, Azərbaycanın uzun illər yaşadığı neft bumuna, böyük neft gəlirlərinə baxmayaraq, hələ də xaricə hazır neft məhsulları deyil, xam neft satmağımızdır. Avropaya xam neft ixrac edirik və elə həmin Avropadan da həmin neftin emalı nəticəsi olan məhsulları - yanacaq, sürtgü materialları, yağlar və s. xeyli baha qiymətə idxal edirik, alırıq.

Neft strategiyası xam neft ixracına deyil, bilavasitə neft emalına və bunun nəticəsi olaraq neft məhsullarının daxili ehtiyacların ödənilməsinə və ixracına yönləndirilməli olduğu halda, biz köhnə, kustar neft strategiyası aparırıq və sadəcə, xam neft satırıq. Hazırda dünyada istehlak edilən məhsulların böyük hissəsi sintetik məhsullar başda olmaqla, əsasən neft mənşəlidir. Ancaq bizdə neft emalı hələ də axsadığı üçün böyük potensialı olan bu sahədən qazana bilcəyimiz böyük gəlirləri itiririk. Əvəzində, artıq gələn ilin əvvəlində ölkəmizdə beniznin və dizelin də bahalaşacağı qaçılmaz görünür…

2026-cı ilin büdcəsində vergi yığımının büdcənin 40 %-ni təşkil etməsi planlasdirilir. Büdcənin 33%- isə Neft Fondundan transfer ediləcək. Bunlar heç də “analoqsuz iqtisadi inkişafın” göğstəricisi deyil.

Ən utandırıcı məqamlardan biri isə budur ki, büdcənin 2.5 %-i cərimələrdən formalaşacaq. Bu, olduqca böyük və biabırçı rəqəmdir. Yəni, büdcəyə girəcək hər 40 manatdan biri cərimə olacaq. Bu, bizim kimi əhalisinin sosial durumu heç də yaxşı olmayan, 200 dollardan bir qədər artıq minimum əmək haqqısı və 200 dollardan da az minimum pensiyası olan ölkə üçün olduqca çoxdur.

Nəhayət, bir neft ölkəsinin öz büdcəsinin 2.5 faizini cərimələrdən toplaması hökumətin cərimələrin ümidinə qalması deməkdir və ayıbdır…

İqtisadçılar Azərbaycandakı biznes mühitini, vergi dərəcələri və digər qurumların biznesə təsirini Gürcüstanla müqayisə etməkdən yorulublar. Lakin hökumətin strateji düşüncəsi iqtisadiyyata mühasib baxışından uzağa getməyən iqtisadi komandası ətrafa, dünyaya baxmaq əvəzinə öz “ayağının altından”, yaxud “burnunun ucundan” o yana baxmaq həvəsində görünmür. Məsələn, Gürcüstanda illik dövriyyəsi 500 min laridən (təxminən 310 min manat) az olan kiçik sahibkarlar dövriyyəsinin cəmi 1%-i məbləğində sadələşmiş vergi ödəyirlər. Hələ digər vergi güzəştlərini və sahibkarıq üçün yaradılan imtiyazları demirik. Məhz həm də bu imtiyazların və ümumilikdə iqtisadiyyata daha müasir və strateji baxışın nəticəsində heç bir enerji daşıyıcısı qaynağı olmayan bu ölkə turizm də daxil olmaqla, bir çox sahələrdə böyük irəliləyiş əldə edib və hazırda adamabaşına düşən ÜDM və iqtisadi artım tempinə görə Azərbaycanı xeyli üstələyir.

Ümumiyyətlə, neft ölkəsi olan zəngin Azərbaycanın Cənubi Qafqazda adambaşına düşən ÜDM, iqtisadi artım sürəti və digər makroiqtisadi göstəricilərə görə Gürcüstan və hətta Ermənistandan da geridə qalması yumşaq desək, biabırçılıqdır…

Azərbaycanda 200 min manatadək dövriyyəsi olan kiçik sahibkarlar üçün faiz dərəcəsi Gürcüstandakından iki dəfə artıqdır – 2 faiz. Olsun. Amma məsələ ondadır ki, hökumət hələ devalvasiyalardan əvvəl təyin olunmuş bu 200 min manat limitini də heç cür artırmaq istəmir ki, istəmir. Məcbur edir ki, kiçik sahibkar ya 200 min manat limitini keçdiyi üçün 18 faizlik ƏDV ödəyicisinə çevrilsin, ödəyəcəyi vergilər, verəcəyi hesabtlar və bununla bağlı digər xərcləri artsın, ya da real dövriyyəsini gizlətsin ki, ƏDV ödəyicisinə çevrilməsin. Bununla da hökumətin iqtisadi bloku sanki özü bilə-bilə sahibkarı “əliəyriliyə” məcbur edir, “kölgə iqtisadiyyatı”, saxta hesabatlar üçün şərait yaradır.

Üstəlik, AQTA kimi qurumların cərimələrə və yüksək “xidmət haqlarına” əsaslanan yarıtmaz və yaramaz fəaliyyəti də bir yandan kiçik sahibkarların belinə ağır yük olub. Xüsuilə də ilin sonu yaxınlaşanda sahibkarın qara günləri daha da çoxalır. Bu vaxtlar sahibkara uzaqdan-yaxından “ilişə bilən” bütün qurumlar daraşırlar onun canına ki, planı doldursunlar.

Son günlər ət mağazalarına qarşı səlib yürüşünü xatırladan AQTA “reydləri”, yazılan böyük cərimələr və s. sadəcə, sahibkarı soymaqdan və bunun hesabına öz kassasını doldurmaqdan başqa heç nəyə xidmət etmir. Əgər AQTA doğrudan da ərzaq sektorunda, xüsusilə də ət bazarında normal qayda-qanun yaratmaqda maraqlı olsaydı, yarandığı 2017-ci il 13 noyabr günündən ötən 8 il ərzində bunu çoxdan etmişdi. Lakin bunu etsəydi, bu gün cərimələyəcəyi, incidəcəyi, rəzil günə salacağı və bunun hesabına cibini dolduracağı kimsə qalmayacaqdı. Əgər desək ki, ətin bugünkü bahalşmasında AQTA-nın acgöz rəhbərliyinin də xüsusi rolu və marağı var, inanın ki, yanılmarıq…

Ümumiyyətlə, bu mənzərəyə görə, sanki iqtisadi sektorun hər istiqamətinin başında bir Ramiz Mehdiyev oturub, hərə bir tərəfdən sahibkarlığın, biznes mühitinin kökünü “baltalayır”. Sanki “harda qırılar, qırılar” deyirlər və hər şey ona hesablanıb ki, bu soyğunçuluq nəticəsində bir gün sahibkarda, vətəndaşda vergi və cərimə ödəməyə də pul qalmasın…

Elxan Qüdrətoğlu

PARLAMENT BURAXILACAQMI?..-
Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan keçmiş AMEA prezidenti Ramiz Mehdiyev ətrafında gedən ictimai diskusiyalar son aylar cəmiyyətin diqqət mərkəzindədir. Bu müzakirələr təkcə bir şəxsin hüquqi məsuliyyətindən ibarət deyil — burada söhbət illərlə formalaşmış, dövlətin müxtəlif strukturlarına sirayət etmiş, özünəməxsus idarəetmə və təsir mexanizmi olan bir şəbəkədən gedir.

Təhlillər göstərir ki, Rusiyaya bağlı olan bu şəbəkə kifayət qədər təşkilatlanmış və koordinasiyalı fəaliyyət göstərən yarı krıminal güc mərkəzi kimi formalaşa bilib. Onlar dövlət orqanlarının müxtəlif səviyyələrində – parlamentdən tutmuş icra strukturlarına, media və QHT sektoruna qədər – özlərinə mövqe qazanıblar.

Bu şəbəkənin əsas təhlükəsi ondadır ki, ictimaiyyət onları hər birini tanımaqda çətinlik çəkir. Türkiyədə ifşa olunan FETO terror təşkilatının istifadə etdiyi metodlardan yararlanırlar. FETO-çular kimi “Mehdiyev şəbəkəsinin” nümayəndələri də illərlə dövlətçilik ritorikasının arxasında gizlənməyi, maskalanmağı mükəmməl öyrəniblər. Elə buna görə də indi Ramiz Mehdiyevin ən sərt “tənqidçiləri” sırasında onun vaxtilə yaxın çevrəsində olmuş bəzi şəxsləri də görmək mümkündür. Onlar indi “müxalif” obrazında çıxış etsələr də, yaxın tarixi unutmayanlar bu buqələmunların əslində kim olduqlarını, kimə və hara xidmət etdiklərini yaxşı bilirlər.

Əslində, Ramiz Mehdiyevin belə bir şəbəkə qura bilməsi təəccüblü deyil. O, Azərbaycanda dövlət idarəçiliyində son illərə qədər müəyyən təsir imkanlarına malik olduğundan, vəzifəni, pulu, mandatı hər şeydən üstün tutanları öz ətrafında toplaya bilib. Düzdür, onların sayı bəzilərinin şişirtdiyi kimi çox deyil. Ancaq ölkədə dərin kök atmış bürokratik sistemin hər mərtəbəsində, hər bucağında “mehdiyevçilərin” idbar sifətini görmək mümkündür.

Nisbətən zəif mövqedə olanlar ya qorxudan, ya da belə situasiyalara uyğun əvvəlcədən verilmiş təlimata əsasən Ramiz Mehdiyevi ittiham edir, dövlətə sədaqətdən dəm vururlar. Hətta içərilərində vaxtilə Ramiz Mehdiyevə deyil, Prezident Administrasiyasına məddahlıq etdiklərini iddia edən “çoxüzlülər” də var. Adama deyərlər, sənin liderin Ramiz Mehdiyev olub? Hansısa bir bürokratın mətbuatda tənqid olunması, həm də haqlı tənqid edilməsi səni niyə narahat edirdi? Yəqin ki, istintaq genişlənsə, bu suallar onlara veriləcək...

Ramiz Mehdiyev “şəbəkəsinin” “ağır topları” isə hələlik açıq mövqe ortaya qoymaqdan yayınırlar. Onlardan bəziləri ictimai təmaslardan qaçır, digər bir hissəsi isə “ortada rəsmi ittiham yoxdur, olsun, mövqe bildirərik” – deyə susqunluq nümayiş etdirirlər.

Bunu əslində vaxt udmaq strategiyası da hesab etmək olar. Bu strategiyanın məqsədi sadədir: ictimai diqqət azaldıqdan sonra yenidən siyasi səhnəyə adaptasiya olmaq. Onların bir qismini Milli Məclisdə, digərlərini müxtəlif nazirliklərdə, komitələrdə, hətta müxalifət partiyalarında, media və QHT sektorunda görmək mümkündür.

Maraqlıdır ki, Mehdiyev sisteminin xaricdəki ideoloji qolu da fəallaşıb. Onun və ətrafının himayəsi ilə xarici ölkələrdə məskunlaşan və cəmiyyətdə “söyüş müxalifəti” adı ilə tanınan bəzi internet “qəhrəmanları” koordinasiyalı şəkildə Ramiz Mehdiyevi az qala günahsız mələyə çevirir, onun həbsinin qanunsuz olduğunu iddia edirlər. Hətta bəzi internet televiziyalarının rəhbərləri, “politoloqlar” Ramiz Mehdiyevin həbsinin ölkədə böyük xaos yaradacağı, hakimiyyəti zəiflədəcəyi və s. kimi ağılsız iddialarla çıxış edirlər. Ancaq fikirlərində heç bir məntiq olmadığından, sadəcə, hakimiyyəti şantaj etməyə, xidmət etdikləri “Mehdiyev şəbəkəsinin” ifşasından çəkindirməyə çalışdıqları aydın hiss olunur. Ramiz Mehdiyevin həbsi bu adamların əslində kim olduqlarını, haradan maliyyələşdiklərini də ifşa etdi...

Qeyd edək ki, hakimiyyət üçün də, dövlət üçün də əsl təhlükəni xarici dövlətə bağlı belə bir şəbəkənin mövcud olması, onların tam zərərsizləşdirilməməsi törədə bilər. Bu baxımdan geniş araşdırma aparılmalı, dövlət orqanları “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizlənməlidir.

Bu istiqamətdə parlamentdə də ciddi “təmizləmənin” aparılmasına ehtiyac var. Məlumdur ki, Ramiz Mehdiyev siyasi gücünün zirvəsində olduğu illərdə Milli Məclisə xüsusi diqqət göstərib. Seçki dairələri üzrə namizədlərin bir çoxunu öncədən şəxsən müəyyənləşdirib, parlamentin tərkibinə kifayət qədər öz adamını yerləşdirə bilib. “Mehdiyev şəbəkəsinin” üzvü olan deputatlar isə uzun illər boyu ölkədə qanunvericilik istiqamətində zəruri islahatların həyata keçirilməsinin qarşısını alıb, passiv müqavimətlə mütərəqqi qanunların qəbuluna imkan verməyiblər. Əksinə, qanunları mürtəceləşdirməsində, xalqı narazı salan dəyişikliklərin həyata keçirilməsində fəal iştirak ediblər.

Təəssüf ki, son parlament seçkisində də Milli Məclisi bu şəbəkənin üzvlərindən təmizləmək mümkün olmadı. Baxmayaraq ki, parlamentin buraxılmasının əsas səbəblərindən biri də bu idi... Məhz bu səbəbdən 2024-cü ilin iyununda Milli Məclisin buraxılması ideyası gündəmə gəldi və reallaşdırıldı. YAP-ın təşəbbüsü ilə hakim partiyanı parlamentdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Prezident müraciəti qəbul etdi, Konstitusiya Məhkəməsi bunu təsdiqlədi və 1 sentyabrda növbədənkənar seçkilər keçirildi.

Lakin bu seçkilər də gözləntiləri tam doğrultmadı, parlamenti “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizləmək mümkün olmadı. Hətta bəzi siyasi şərhçilər parlamenti “Ramiz Mehdiyev parlamenti” də adlandırırlar. Bunun əsas səbəbi kimi onların dəyişikliklərə müqavimət göstərməsi qeyd olunur. Hər halda, müxtəlif səbəblərdən bu şəbəkəyə aid olduğu şübhə doğurmayan bir çox şəxs yenidən mandat aldı.

Belə şəxslərin Milli Məclisdə olması isə həm parlamentin nüfuzunu zədələyir, həm də Ramiz Mehdiyev kimi xaricdən idarə olunan adamların dövlət çevrilişi cəhdi kimi ağılsız fikrə düşməsində əlavə stimula çevrilir. İstisna deyil ki, Ramiz Mehdiyevin Moskvaya təqdim etdiyi siyahıda da deputat mandatı daşıyanlar var. Ancaq hamısının adı o siyahıya salınmayıb. Həm də bu şəbəkənin adamları FETO-çular kimi maskalandığından, asanlıqla “dəri dəyişmə” keyfiyyətinə malik olduqlarından, “Mehdiyev şəbəkəsinin” üzvü olduqlarını isbat etmək də asan deyil.

Odur ki, ən doğru çıxış yolu mövcud parlamentin də buraxılması, Milli Məclisin yenidən demokratik və şəffaf seçkilərlə təşkil edilməsidir. Bu dəfə Ramiz Mehdiyev həbsdə, şəbəkəsi qorxu içində olduğundan, hər hansı müqavimət də göstərə bilməzlər. Nəticədə, Rusiyaya bağlı “Mehdiyev şəbəkəsindən” tam təmizlənmiş parlament formalaşdırmaq olar ki, bu da dövlətin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nəzərə alaq ki, dövlətin dayaqları ancaq şəffaflıq və ictimai etimad üzərində möhkəmlənə bilər. Mehdiyev dövrünün qalıqları isə bu prosesin qarşısında duran ən ciddi maneədir. Bu maneəni söküb atmaq lazımdır!

Rasim Əliyev

“Silahla gəlib dedi ki, Ramiz Mehdiyev göndərib, SİZİ ÖLDÜRMƏK DAHA UCUZ BAŞA GƏLƏR” -
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır. Bunlardan biri də uzun müddətdir məhkəmə salonlarında adı çəkilən “Baku Oksford Məktəbi” ilə bağlıdır.

Məktəbin “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilməsi artıq məhkəmədə sübuta yetirilib və bina dövlət tərəfindən müsadirə olunaraq hərraca çıxarılıb. Məktəb üzərində Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və Rasim Məmmədovun xanımı Mehriban Məmmədova təsisçi kimi məhkəmələrdə çəkişsə də, qərar dəyişməyib.

Press-fakt xəbər verir ki, Teleqraf-ın araşdırması nəticəsində məktəbin əsl təsisçilərinin nə Kamilə Əliyeva, nə də Mehriban Məmmədova olduğu məlum olub. Bu məktəbi ərsəyə gətirənlər Nailə Rzayeva və həyat yoldaşı Tofiq Rzayev olublar. Rzayevlər ailəsinin illər öncə “Baku Oksford Məktəbi”ndə 80 faiz təsisçi payı olsa da, sonradan onlar bu hüquqdan məhrum edilib. Zorla, ölümlə təhdidlə və bir qəpik ödənilmədən…

Məsələnin təfərrüatını Nailə Rzayeva müsahibəsində danışıb.

- Gəlin əvvəlcə “Baku Oksford Məktəbi” nin necə yaranmasından başlayaq…

- 1990-cı ildə həyat yoldaşım Tofiq Rzayevlə birgə təhsil mərkəzi açmağa qərar verdik. Təhsil mərkəzinin adını “Günar” qoyduq. Bu, iki qızım – Günel və Nərgizin adlarının birləşməsi idi. Daha sonrakı illərdə ingilis dili kursları açdıq. 1995-ci ildə isə İngiltərə ilə müqavilə imzalayıb razılıq əldə etdik ki, “Oksford” adını kurslara verək. 1997-ci ildə ildə isə rəsmi status veriləndən sonra məktəb açmağa qərar verdik. Bir il sonra isə icarəyə götürdüyümüz binada məktəb açdıq. Bunun üçün lazım olan vəsaiti də Bakıdakı evimizi sataraq əldə etmişdik. Beləliklə “Günar”ın nəzdində “Bakı Oksford Məktəbi” fəaliyyətə başladı. Səbail rayonu ərazisində icarəyə bina götürmüşdük. Zəlzələdən sonra Odlar Yurdu Universitetinin binasında fəaliyyət göstərdik, yenə icarəyə yer götürdük.

- Bəs, 2007-ci ildə nə baş verdi?

- Rasim Məmmədov bizim məktəbə gəldi. Dedi ki, məni şef göndərib.

- Şef deyəndə kimi nəzərdə tuturdu?

- Ramiz Mehdiyevi. Dedi ki, biz sizə gözəl bina verəcəyik. Təklif etdi ki, birləşək. O zaman məktəbin üç təsisçisi var idi, 80 faizi bizim idi. Biz də dedik ki, niyə satmalıyıq? Biz sadəcə, özümüzə icarəyə bina axtarırıq. Onda bizə bir neçə yerdən də bina ilə bağlı təklif gəlmişdi. Sonra elə oldu ki, təklif edən adamlar müəmmalı şəkildə geri çəkildilər.

- Düşünürsünüz ki, həmin adamlara müdaxilə etmişdilər?

- Yüz faiz.

- Bəs necə oldu ki, sonda razılaşdınız?

- Həmin vaxt yoldaşım infrakt keçirmişdi. Müqavilə imzalamaq üçün görüşəndə sənədə baxdım ki, bizim əlimizdən hər şeyi almaq istəyirlər.

- Müqavilədə nə yazılmışdı ki?

- Müqavilədə əsas təsisçi kimi Çanturiya Nazı Georgiyevna göstərilmişdi. Bu xanım Ramiz Mehdiyevin həyat yoldaşının bacısıdır. Rasim Məmmədov digər təsisçi Adil Sultanova 40 min manat verdi ki, məhkəmədə bizim əleyhimizə danışsın. O da dedi ki, məktəb yox idi, hər şeyi Rasim Məmmədov qurub. Mən artıq bu proseslərdən sonra çıxmaq qərarına gəldim. Mənə dedilər ki, üç il də işlə, pulunuzu qaytaracağıq. 2008-ci ildə də həyat yoldaşım rəhmətə getdi.

- Hər şey belə asan olmamalıdır axı…

- Rasim Məmmədov Nardarandakı bağımıza gəldi. Əlindəki çantada avtomat gətirmişdi. Çantanı açıb avtomatı göstərdi. Dedi, Nailə xanım, siz bilirsiniz də biz kimik? Bizə “yox” demək olmaz. Qızım onda ABŞ-də idi. Xəstə atasını görməyə gəlmişdi. Qorxdum, dərhal qızımı yenidən xaricə göndərdim.

- Bəs, hər hansı hüquqi yardım üçün addım atmadınız?

- Beynəlxalq şirkətlə danışdım, mənə dedilər ki, bu işdə Ramiz Mehdiyevin adı varsa, bu şikayəti heç kim götürməyəcək.

- Sizə nə qədər ödəniş etməliydilər?

- Bizə 80 faiz paydan 23 faiz saxladılar. Bizə 2 milyon manat ödəniş etməliydilər. Amma sonra dedilər ki, sizi öldürmək bizə daha ucuz başa gələr.

- Bunu sizə kim dedi?

- Rasim Məmmədov.

- Bildiyiniz kimi, həmin bina dövlət tərəfindən hazırda müsadirə olunub. Bir ara Rasim Məmmədovun xanımı Mehriban Məmmədova ilə Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın sözügedən məktəb binası üzərində məhkəmə mübahisəsi yaranmışdı.

- O bina Rasim Məmmədov “Baku Steel Company”də işləyəndə tikilmişdi. Amma bu, Rasimin öz pulu deyildi, “Baku Steel Company”dən mənimsənilən pullarla başa gəlmişdi ki, bu da məhkəmədə artıq sübut olunub, siz də dediyiniz kimi, dövlət tərəfindən müsadirə edilib. Ramiz Mehdiyev olmasaydı, Rasim Məmmədov o binanı tikə, heç “Baku Steel Company”də rəhbər də olmazdı.

- Sonradan ABŞ-yə köçməyiniz baş verənlərə görə idi?

- Qəlbim yaman sınmışdı. Belə olmaz axı. Adamın əlindən biznesi alırlar, heç kimə də müraciət edə bilmirsən. Siz inanırsınız, 2023-cü ildə məhkəmədə ifadə verəndə, mənə dedilər ki, Ramiz Mehdiyevin adını çəkmə.

- Hansı məhkəmədə?

- Bakı Kommersiya Məhkəməsində.

- Bunu hakim deyirdi?

- Həm hakim, həm də onların vəkili.

- Ramiz Mehdiyevlə və ya yaxınları ilə sonradan görüşüb məsələni aydınlaşdırmaq imkanınız olmadı?

- Xeyr. Heç kim onlara heç nə deyə bilmirdi. Bizi arxayın etmişdilər ki, pulumuzu ödəyəcəklər. 2013-cü ilə qədər onlarla işlədim, amma sonra elə vəziyyət yarandı ki, bu, artıq mümkün deyildi.

- Necə bir vəziyyət yarandı ki?

- Hər şeyi açıqlamaq istəmirəm. Təsəvvür edirsiniz, mənim katibəm Aygün Məmmədovanı məktəbə direktor təyin etdilər. İndi də direktor odur. Yaxşı kofe hazırlayırdı, amma təhsildə… Mən təklif etdim ki, gəlin başqa adamı direktor təyin edək, burada yüksək təhsilə sahib müəllimlərimiz var. Amma Rasim Məmmədov dedi ki, yox, direktor Aygün olacaq. Bu, hamını şoka salan qərar idi.

- Siz də həmin vaxt qətiləşdirdiniz ki, onlar sizə ödəniş etməyəcəklər?

- Həmin vaxt Rasim Məmmədovla danışdım. Dedim, başa düşürəm ki, siz mənim artıq burada olmağımı istəmirsiniz. Dedim, heç olmasa, mənə saxladığınız 23 faiz təsisçi payının ödənişini edin. Dedilər, yox, sizi öldürmək daha sərfəlidir. Mən çox istədim ki, cənab Prezident bu məsələyə baxsın, bu məktəbi dövlət nəzarətə götürsün. Mən əmək sərf etdiyi məktəbi təmənnasız işlətməyə hazıram. Bu, Azərbaycan, bizim uşaqlarımızın gələcəyi üçün çox vacibdir.

- Rasim Məmmədovdan sonra Ramiz Mehdiyevlə bağlı cinayət işinin başlanmasına reaksiyanız necə oldu?

- Deyim ki, sevindim, yox. Dövlətə xəyanət ittihamını heç cürə bağışlamaq olmaz. Amerika vətəndaşı olsam da, Azərbaycan mənim vətənimdir.

- Bəs, “Bakı Oksford Məktəbi”ndə uşaqların təhsilini, gələcəyini sual altında qoymaq sizcə, millətə də xəyanət deyilmi?

- Birmənalı! Bilirəm ki, bu şəbəkə Azərbaycandakı bir sıra təhsil lahiyələrinə icazə verməyiblər.

- Bir məsələ də maraqlıdır, məktəbin davasını Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva aparsa da, bizə təqdim etdiyiniz sənədlərdə PA-nın sabiq rəhbərinin baldızı Çanturiya Nazının adı qeyd olunub.

- Biz Çanturiyanı ümumiyyətlə, görməmişik. Nə alqı-satqı müqaviləsi imzalayanda, nə də ondan sonra. İndi məktəbin rəhbəri Rasim Məmmədovun xanımıdır, direktor da mənim keçmiş katibəm. Sonradan Amerikaya köçdüm, illər sonra Bakıya qayıtdım. Gələn digər təkliflərlə paytaxımızda “Oxbridge Akademiyası”nı yaratdım və yüzlərlə şagirdin Azərbaycanın gələcəyi üçün formalaşmasında iştirak edirik. Bu, mənim üçün prinsipal məsələ idi. Onların əməllərinə baxmayaraq, Azərbaycandan küsmədim, vətənimə qayıtdım və fəaliyyətimi davam etdirdim.