Müsahibə - Press-fakt.az ictimai-siyasi onlayn qəzet

"Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir"-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

Müsahibəni təqdim edirik.

-Hörmətli cənab Prezident, Siz tezliklə Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak etməyə hazırlaşırsınız. Siz regional əməkdaşlığın bu formatı barədə nə deyə bilərsiniz? Azərbaycanın bu regionla əlaqələri necə inkişaf edir və əməkdaşlığın indiki səviyyəsi Sizi qane edirmi?

-Əvvəlcə qeyd etmək istəyirəm ki, bu, mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Mən dəvətə, həmçinin Azərbaycanın bu mühüm tədbirdə iştirakına göstərilən dəstəyə görə bütün həmkarlarıma, ilk növbədə isə qardaşım Şavkat Mirziyoyevə səmimi təşəkkürümü bildirirəm.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.

Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.

Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam.

Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.

Əminəm ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.

-Hörmətli cənab Prezident, Siz Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı səfərlərin intensivliyini, fəal siyasi dialoqu və yüksəksəviyyəli qarşılıqlı anlaşmanı vurğuladınız. Diqqət yetirdik ki, son bir il yarım ərzində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana beş dəfə səfər edib. Bundan başqa, Siz il ərzində müxtəlif beynəlxalq məkanlarda bir neçə dəfə görüşmüsünüz. Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının hazırkı 30-cu ildönümündə ikitərəfli əlaqələrin vəziyyətini necə xarakterizə edərdiniz?

-Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.

Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.

Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim.

Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.

Keçən ilin avqustunda mənim Özbəkistana dövlət səfərim oldu, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır. Şura artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirib.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.

Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm. Hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir.

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

-Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

-İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur və onun səviyyəsinin daha da artmasına kömək edir. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.

Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb.

Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.

Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə - Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.

-Nəqliyyat, logistika və energetika sahələrində ikitərəfli əməkdaşlığın hansı perspektivlərini görürsünüz?

-Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.

2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.

Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.

Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. AZAL müntəzəm sərnişin reysləri - Bakı-Daşkənd-Bakı (həftədə 7 uçuş), Bakı-Səmərqənd-Bakı (həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2 uçuş) həyata keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir.

Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan "Neftegaztexnologiya" birgə müəssisəsi uğurla fəaliyyət göstərir.

2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.

-Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq barədə nə deyə bilərsiniz?

-Mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk.

Belə ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub. Bu tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir.

Ölkələrimizin regionları arasında əməkdaşlığa xüsusi diqqət yetirilir. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir.

Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi mədəni əhəmiyyəti olan obyektlərdir: Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub.

Fürsətdən istifadə edərək, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqətən qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş xalqa minnətdarlığımı bildirmək istəyirəm.

Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.

Media və qeyri-hökumət təşkilatları sahələrində əməkdaşlıq da məhsuldar inkişaf edir. 2024-cü il sentyabrın 23-dən 25-dək Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda İkinci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. Bundan əlavə, 2024-cü ilin dekabr ayında Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumu təşkil olunub.

Bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.

-Cənab Prezident, sıx iş cədvəlinizdə bu məzmunlu müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarıq.

-Özbəkistan cəmiyyətinin həm Azərbaycan-Özbəkistan gündəliyində, həm də bütövlükdə regionda baş verən proseslərə artan marağını qeyd etməkdən çox məmnunam. Qoy, əsrlər boyu qardaş xalqlarımızı və ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənsin.

“MANATIN MƏZƏNNƏSİNİ uzun müddət SABİT SAXLAYA BİLMƏYƏCƏYİK”-
“İcbari tibbi sığorta siteminə nəzarət gücləndirilməlidir”

Press-fakt xəbər verir ki, tanınmış iqtisadçı alim, istiqlalçı millət vəkili Vahid Əhmədov “azpolitika”ya müsahibəsində 2026-cı ilin büdcə zərfi, gələn il ölkənin sosial-iqtisadi həyatı ilə bağlı gözləntilər və bu ətrafda digər mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Vahid müəllim, Hesablama Palatası ənənəvi olaraq büdcəyə dair rəyini təqdim edib. Bu qurum büdcənin icrası ilə bağlı xeyli sayda nöqsanları üzə çıxarır, amma təəssüf ki, vəziyyət hər il eyni qalır, dəyişmir…

- Büdcənin icrasına nəzarəti Hesablama Palatası, Maliyyə Nazirliyi və onun qurumları həyata keçirir. Amma əsas nəzarət Hesablama Palatasındadır. Mənim Palatanın rəhbərliyi ilə əlaqələrim əvvəllər də olub, indi də var. Orada həmişə çox təcrübəli auditorlar, mütəxəssislər işləyiblər. Palatanın sədri özü kifayət qədər yaxşı mütəxəssisdir və faktiki olaraq yoxladıqları yerlərdə olan bütün nöqsanları üzə çıxarırlar. Amma mən baxıram, ödəmə yüksək səviyyədə deyil. Faktiki mənimsəmələr var və bu məsələləri bəzən hüquq-mühafizə orqanlarına həvalə edirlər.

Hamısı mükəmməl işləyir, buna şübhəm yoxdur. Ola bilər, auditor sayı aşağıdır, artırmağa ehtiyac var. Çünki Hesablama Palatası büdcənin tam yoxlanılmasını əhatə edə bilməz. Orada kifayət qədər böyük işçi tələb olunur. Çünki büdcə üzərində nəzarət mexanizmi bizim üçün ən əhəmiyyətli məsələdir. Büdcənin gəlir hissəsində problem o qədər də böyük deyil. Amma xərc hissəsində problemlər var. Yəni müəyyən lüzumsuz xərclər var, müəyyən xərclər şişirdilib və s. Bunun qarşısını almaq üçün vaxtında yoxlama aparmaq və nöqsanların qabağını almaq olar.

- Gələn ilin büdcəsinin icrası ilə bağlı ən çox risk haradan qaynaqlanır? Hökumət bunu nə qədər nəzərə alır və tədbirlər planlaşdırır?

- Risklərin planlaşdırılması o qədər də asan məsələ deyil. Ən böyük risk dövlət büdcəsində neftin qiymətindən asılılıqdır. 2026-cı il üçün bunu 65 dollar götürüblər. Amma mən hesab edirəm ki, bu rəqəmi dəqiq proqnozlaşdırmaq olmaz. Qiymət 60 dollara, hətta 55 dollara qədər düşə bilər. Beynəlxalq institutların, maliyyə qurumlarının proqnozları mövcuddur. Orta hesablamaları Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi müəyyən edir və əlbəttə, dövlət büdcəsində bu göstəricilər əsas götürülür.

- Neft hasilatında enmə var, gəlirlərə onun təsiri də nəzərə alınmalıdır…

- Bəli. Bir də inflyasiya amili var. İnflyasiya yüksək olarsa, deməli, sənin maaş artımın o qədər əhəmiyyətli olmur. Son vaxtlar fikir verirəm, bizim bank sistemi ümumiyyətlə çox ciddi işlər görür. Birincisi, manatın məzənnəsinin qorunub saxlanmasıdır. Biz indi daim bu məzənnəni qoruyub saxlamağa çalışırıq. Sabit məzənnə rejiminə baxmayaraq, müdaxilələr olur və manat Mərkəzi Bank tərəfindən qorunub saxlanılır. Bu, bir tərəfdən Azərbaycan iqtisadiyyatı və sahibkarlar üçün müəyyən əhəmiyyət kəsb edir, xüsusilə də Qarabağda işləyən insanlar üçün. Amma digər tərəfdən biz bu vəziyyəti uzun müddət qoruyub saxlaya bilməyəcəyik. Bu, nə vaxtsa, indi olmasa belə, bir ildən sonra devalvasiyaya səbəb ola bilər. 2026-cı ilin dövlət büdcəsi ilə bağlı bunu dəqiq demək çətindir.

- Maliyyə naziri deyir ki, cari əməliyyatlar balansında profisit üç milyard manatdır və bu, manatın məzənnəsini sabit saxlamağa əsas verir. Amma təbii ki, burada neftin 65 dollardan götürülməsi nəzərə alınır.

- Ümumiyyətlə, manatın qorunub saxlanmasına iki əsas amil təsir edir. Birincisi, neftdir. İndi neftin qiyməti mühüm rol oynayır, amma eyni zamanda kifayət qədər böyük ehtiyatlarımız var — 70 milyard dollar civarında. Bu, çox böyük ehtiyatdır. Biz dövlət büdcəsinə 12 milyard manat həcmində transferlər etməyi nəzərdə tuturuq. Amma keçən il bu rəqəm daha çox idi. Bu azalmanı müsbət addım kimi qiymətləndirirəm.

Biz həmişə deyirdik ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığını tədricən azaltmaq lazımdır. Bu da yeni iqtisadi proseslərin başlanması deməkdir. İndi bizim əsas bazarımız Rusiyadır. Amma artıq Orta Asiya dövlətləri ilə də müəyyən qədər ciddi əlaqələrimiz var, Türkiyə ilə də əlaqələrimiz güclənir. İranla ticarət əlaqələrimiz o qədər yüksək səviyyədə deyil, amma o da qonşu dövlətdir. İndi əsas məsələ bazarı genişləndirməkdir. Bunu etmək üçün isə keyfiyyətli məhsul istehsalına ehtiyac var. Məsələn, günəş panellərinin Azərbaycan istehsalı olan versiyalarını beynəlxalq bazarda qəbul etdirib bütün dünyada genişləndirmək lazımdır. Xüsusilə bərpa olunan, alternativ enerji istiqamətləri Azərbaycanda yaxşı inkişaf edir. Şimal bölgələrində artıq müəyyən proseslər həyata keçirilib. Yəni, bu işlər gedir.

- Bir də gələn il dövlət sektorunda ixtisar məsələsi gündəmdədir. Vergilər artandan sonra özəl sektorda da bir çox böyük şirkətlər xərclərini optimallaşdırmaq üçün müəyyən qədər ixtisarlara getməyi düşünürlər…

- Əsas məsələ ixtisar yox, struktur islahatlarının aparılmasıdır. Bunu cənab Prezident özü də vurğulayıb — yəni, struktur islahatına ehtiyac var. Azərbaycanda bəlkə elə qurumlar var ki, ümumiyyətlə, onlara ehtiyac yoxdur. Amma sanki sadəcə məşğul görünmək üçün təkrarçılıq yaranır. Elə qruplar var ki… məsələn, üç-dörd qrupu birləşdirmək mümkündür. Hökumət ümumilikdə daha kompakt olmalıdır ki, operativ məsələləri daha çevik həll etsin. Optimallaşdırmaya ehtiyac var. Ona görə də mən hesab edirəm ki, yaxın zamanda müəyyən struktur dəyişiklikləri olacaq, yeni islahatlar həyata keçiriləcək. Bu zaman müəyyən ixtisarlar da qaçılmaz olur. Amma bu, sadəcə “mənzil-kommunal təsərrüfatında ixtisar” kimi deyil, struktur dəyişikliklərinin nəticəsi kimi baş verməlidir. Həmişə belədir, dövlətdə islahat aparılanda müəyyən narazılıqlar və problemlər yaranır. Amma əgər islahat aydın şəkildə aparılırsa, nəticəsi də uyğun olur. Bu gün təhsil sistemində müəllimlərin maaşı artıb. Fikir verin, orta hesabla 1000–1500 manat maaş alan müəllimlər də var.

- Amma onlar çox az faiz təşkil edir. Ümumiyyətlə, təhsil işçilərinin gəliri ölkə üzrə orta əməkhaqqından aşağıdır…

- Düzdür, təhsil sistemində illərlə yığılan problemlər nəticəsində bu vəziyyət yaranıb, amma islahatlar tədricən aparılmalıdır. Ümumiyyətlə, hər islahat müəyyən ağrı ilə müşayiət olunur, amma nəticə etibarilə razılıq doğurur. Mən hesab edirəm ki, təhsildə aparılan islahatlar 4–5 ildən sonra öz bəhrəsini verəcək və biz bunu real şəkildə görəcəyik.

Səhiyyə sisteminə gəlincə, mən bunu bir neçə dəfə demişəm: məsələn, səhiyyə sistemində indi həm Səhiyyə Nazirliyi, həm TƏBİB, həm də icbari tibbi sığorta sistemi fəaliyyət göstərir. Mən hesab edirəm ki, ümumiyyətlə sığorta sisteminə nəzarət mexanizmi yaradılmalıdır. Məsələn, təklif edərdim ki, sığorta sistemi daha güclü nəzarətə götürülsün. Çünki bizim də məlumatlarımız var — biz özümüz də bu sığorta sistemindən istifadə edirik və bəzi sahələrdə azalmalar müşahidə olunur. Amma ümumilikdə, sığorta paketlərinə daxil olan məsələlər tədricən öz həllini tapır. Sığorta sistemi üzərində ciddi nəzarət olmalıdır. Çünki burada söhbət çox böyük vəsaitdən gedir və bu vəsaitə düzgün nəzarət mexanizmləri tətbiq edilməlidir.

- Yeri gəlmişkən, deyilənə görə, gələn ildən 192 manat sığorta haqqı ödəməyənlər pulsuz tibbi sığorta ala bilməyəcək.

- Mən inanmıram bunu qəbul etsinlər. Çünki işi olmayan insan 192 manatı haradan ödəyəcək?

- Vahid müəllim, ƏDV-yə cəlb olunmayan dövriyyənin limiti 400 min manata qaldırılır. Mikayıl Cabbarov bildirdi ki, əvvəlki 200 min manat artıq iqtisadi reallığa cavab vermirdi. Bu barədə nə düşünürsüz?

- Bəli, çünki dövriyyə genişlənib. Xidmətlər, məhsullar, qiymətlər bahalaşıb. Ona görə də bu artım təbii sayılır və ciddi problem yaratmır. Bununla yanaşı, biznes mühitinin yaxşılaşdırılmasına hələ də böyük ehtiyac var. Hökumət qeyri-neft sektorunda daha çox gəlir əldə etmək üçün sahibkarlığın inkişafını dəstəkləməlidir. Hazırda bəzi sahibkarların sistemlərlə bağlı şikayətləri var. Vergi, gömrük və digər strukturların inteqrasiyası və sadələşdirilməsi vacibdir. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə nəzarət gücləndirilməli, kreditlərin ədalətli paylanması təmin olunmalıdır. Əhalinin və sahibkarların kreditə əlçatanlığı hələ də çətindir. Fondun təklif etdiyi faiz dərəcələri aşağı olsa da, kommersiya banklarında faizlər çox yüksəkdir. Mərkəzi Bankın resursları da ucuz deyil, çünki əmanətlər yüksək faizlə cəlb olunur. Bu, ümumi maliyyə bazarında balanssızlığa səbəb olur. Maliyyə Nazirliyi və Mərkəzi Bank birlikdə işləməli, vəsaitlərin real sektora yönəlməsini təmin etməlidirlər. Pul dövriyyədə olmasa, iqtisadi aktivlik və gəlirlilik mümkün deyil. Pul sadəcə kağız üzərində deyil, dövriyyədə olmalı, iqtisadiyyata işləməlidir.

- Maliyyə Nazirliyi açıqladı ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində kəsir yaranıb. Gələn il fondun gəlirləri təxminən 6,2 milyard manat, xərcləri isə 7,6 milyard manat səviyyəsində proqnozlaşdırılır. Yəni təxminən 1,4 milyard manatlıq kəsir gözlənilir. Bu fərqi bağlamaq üçün dövlət büdcəsindən fonda əlavə subsidiyalar ayrılması vacibdir…

- Əslində, DSMF-ə dövlət dəstəyi həmişə olub. Çünki fondun öz gəlirləri (sığorta haqları və yığımlar) xərcləri tam qarşılamaq üçün kifayət etmir. Xüsusilə son illərdə sosial öhdəliklər artıb — müharibədən sonra qazilər və şəhid ailələri üçün evlərin tikintisi, avtomobillərin verilməsi, əlavə sosial ödənişlər və müavinətlər xərclərin strukturunda ciddi paya malik olub. Bu, əvvəllər mövcud olmayan yeni yükdür. Bu səbəbdən DSMF-in tam özünü təmin edən quruma çevrilməsi hələlik mümkün deyil. Bunun üçün həm məşğulluğun, həm də iqtisadi aktivliyin artması vacibdir. Hazırda ölkədə rəsmi müqavilə ilə işləyənlərin sayı təxminən 1,7 milyon nəfər civarındadır. Lakin qeyri-rəsmi məşğulluq hələ də geniş yayılıb, bu da sosial sığorta ödənişlərinin həcmini məhdudlaşdırır.

Ümumiyyətlə, iqtisadiyyatın böyüməsi olmadan sosial fondların dayanıqlılığını təmin etmək mümkün deyil. ÜDM-in artımı birbaşa dövlət büdcəsinin gəlir bazasını genişləndirir və sosial xərclərin maliyyələşdirilməsinə imkan yaradır. Prezidentin dəfələrlə qeyd etdiyi kimi, sosial siyasətin əsas dayağı iqtisadi artım olmalıdır.

“KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” -
Vahid Əhmədov: “Yerlərdə iş yerləri aça bilməsək, şəhərə axının qarşısını ala bilməyəcəyik”

Tanınmış iqtisadçı alim, istiqlalçı millət vəkili Vahid Əhmədov “azpolitika”ya müsahibəsində 2026-cı ilin büdcə zərfi, gələn il ölkənin sosial-iqtisadi həyatı ilə bağlı gözləntilər və bu ətrafda digər mövzularla bağlı sualları cavablandırıb.

Press-fakt həmin müsahibəni təqdim edir:

- Vahid müəllim, gələn ilin büdcə zərfinin Milli Məlis komitələrində müzakirəsi başlayıb. İqtisadiyyat və və Maliyyə nazirləri gəlir və xərclərlə bağlı rəqəmləri təqdim ediblər, amma hiss olunur ki, hökumətdə gələn illə bağlı müəyyən narahatlıq var. Siz necə dəyərləndirirsiniz 2026-cı ilin büdcə proqnozlarını?

- Əvvəla qarşıdan gələn Zəfər Bayramı münasibəti ilə xalqımızı, möhtəşəm qələbədə əməyi olan hər kəsi - başda Ali Baş komandan İlham Əliyev olmaqla əsgər və zabitlərimizi təbrik edirəm, şəhidlərimizi hörmətlə yad edirəm, qazilərimizə can sağlığı arzulayıram.

Bəli, 2026-cı il dövlət büdcəsi ilə bağlı müzakirələr artıq parlament komitələrində başlayıb, müəyyən təkliflər və rəqəmlər səsləndirilir. Amma əsas müzakirələr Milli Məclisin plenar iclasında aparılacaq. Həqiqətən də, 2026-cı ilin büdcə proqnozları 2025-ci ilin dövlət büdcəsindən ciddi şəkildə fərqlənmir. Yəni, ciddi artımlar yoxdur. Həm büdcənin xərclər hissəsində, həm də gəlirlər hissəsində cüzi artım var. Bu isə böyük artım sayılmır. Büdcənin xərclər hissəsi təxminən 41 milyard 700 milyon manata yaxındır, gəlirlər hissəsi isə təxminən 38 milyard manat civarındadır. Yəni rəqəmlər böyükdür, amma artım tempi yüksək deyil. Hətta diqqət etsək, dövlət başçısı Milli Elmər Akademiyasında çıxışı zamanı qeyd etdi ki, Ümumi Daxili Məhsulda artım yoxdur. Bu da müəyyən suallar doğurur. Cənab Prezident bildirdi ki, neft hasilatının azalması, dünya bazarlarında baş verən problemlər, neftin qiymətinin aşağı düşməsi və digər amillər Azərbaycanın dövlət büdcəsinə təsir edir. Amma əvvəlki illərlə müqayisədə bir sevindirici məqam var ki, əvvəllər dövlət büdcəsində neft gəlirləri çox yüksək rəqəmlərlə ifadə olunurdu, qeyri-neft sektoru isə aşağı idi. İndi isə vəziyyət dəyişib – neft gəlirləri azalsa da, qeyri-neft sektorunun payı artmaqdadır.

- Büdcə daxilolmaları ilə bağlı proqnozlarda artır, amma...

- Sadəcə artım tempi əvvəlki kimi yüksək deyil. Mən bir neçə dəfə demişəm ki, bu azalma özü də diqqət tələb edir, niyə qeyri-neft sektoru daha yüksək səviyyədə inkişaf etmir? Bizim kifayət qədər ehtiyatlarımız var, həmçinin investisiya qoyuluşları davam edir. Düzdür, hazırda böyük investisiyalar əsasən Qarabağ və işğaldan azad olunmuş ərazilərə, eləcə də Zəngəzura yönəldilib. Bu günə qədər 21 milyard manata yaxın vəsait xərclənib, gələn il də dövlət büdcəsində bu məqsədlə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Amma dövlət yalnız Qarabağdan ibarət deyil. Bundan əlavə, yeni iş yerlərinin açılması ölkə üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycanda hazırda 14 iqtisadi rayon var, bir də Naxçıvanı əlavə etsək, bu say 15 olur.

- Yeri gəlmişkən, işğaldan azad olan bölgələrlə yanaşı Naxçıvanda da biznes vergidən azad edilib...

- Bəli. Ümumiyyətlə, Naxçıvanda müəyyən qədər işlərin getdiyi, inkişafın hiss olunduğu müşahidə edilir. Dövlət büdcəsindən bölgələrdə yeni iş yerlərinin açılması üçün vəsait ayrılır. Kənd təsərrüfatı bölgələrində kənd təsərrüfatı, sənaye və emal sahələrinin inkişaf etdirilməsi vacibdir. Hər bölgənin potensialına uyğun sahələrdə fəaliyyət göstərmək lazımdır. Yəni əgər biz yerlərdə iş yerləri aça bilmiriksə, insanların şəhərlərə axınının qarşısını almaq mümkün olmayacaq.

Diqqət etsək, bir çox rayonlarda kəndlər artıq boşalmaq ərəfəsindədir. Məsələn, Lerikə, Quba-Xaçmaz zonasına və Qərb bölgəsinə baxanda, bu vəziyyət açıq görünür. Buna görə də həmin bölgələrdə iş yerlərinin açılması çox vacibdir. Bundan başqa, 2026-cı il dövlət büdcəsində diqqət çəkən məqamlardan biri də vergi sistemində edilən bəzi dəyişikliklərdir. Vergilərdə müəyyən artımlar nəzərdə tutulub. Böyük olmasa da, ümumi götürəndə gəlir vergisində artım müşahidə olunur. Məsələn, 2025-ci ildə gəlir vergisindən təxminən 1,9 milyard manat gəlir nəzərdə tutulurdusa, 2026-cı ildə bu rəqəm 2,3 milyard manata çatdırılıb. Elektromobillərin və hibrid avtomobillərin idxalı vergidən azad edilmişdi, amma həmin müddət artıq başa çatıb. İndi yalnız tam elektriklə işləyən avtomobillər üçün güzəştlər qüvvədə qalacaq. Bu istiqamətdə güzəştlərin davam etməsi vacibdir, çünki ölkə daxilində artıq bəzi nəqliyyat vasitələrinin, o cümlədən avtobusların istehsalı həyata keçirilir. 2026-cı ilin dövlət büdcəsində artımların daha çox olmasını istərdim. Xüsusilə ÜDM artırılması üçün hökumətin əlavə tədbirlər görməsi vacibdir. Bu, ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Ümumilikdə, 2026-cı ilin dövlət büdcəsini stabil, amma ehtiyatlı büdcə adlandırmaq olar.

Həmçinin, 2026-cı ildə pensiya sistemində də müəyyən artımlar olacaq – təxminən 1 milyon 100 min nəfəri əhatə edəcək. Bu artım təxminən 10 faizə yaxındır. Minimum pensiya məbləği 320 manat olaraq müəyyən edilib, eyni zamanda minimum əməkhaqqı da 400 manat səviyyəsində götürülüb. Bu artımlar çox yüksək olmasa da, müsbət addım kimi qiymətləndirilə bilər. Lakin problemlər də qalmaqdadır. Neft hasilatının və satışının azalması, dünya bazarlarında neft qiymətlərinin düşməsi Azərbaycanın büdcəsinə birbaşa təsir edir. 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar götürülüb. Amma bu rəqəmin dəyişməsi mümkündür – yəni bazardakı vəziyyətdən asılı olaraq qiymət daha da aşağı düşə bilər.

- Riskli rəqəmdir.

- Bəli, bu, doğrudan da riskli rəqəmdir. Neftin bir barelinin qiyməti 60 dollara qədər düşərsə, büdcənin xərclər hissəsindəki tələbatları qarşılamaq çətinləşəcək. Lakin xərclərə baxanda elə istiqamətlər var ki, onlar dövlət üçün strateji əhəmiyyət daşıyır. Cənab Prezidentin də vurğuladığı kimi,əsas məsələ dövlətin təhlükəsizliyinin təmin olunmasıdır. Bu sahəyə kifayət qədər böyük vəsait – 8 milyard manatdan çox məbləğ ayrılıb. Əlavə ehtiyac yarandıqda dövlət başçısı tərəfindən bu istiqamətə yenidən vəsait ayrılması istisna edilmir. Doğrudan da bu sahəyə diqqət çox böyükdür və belə də olmalıdır. Azərbaycan ordusu sürətlə inkişaf edir. Alınan silahların hamısı müasir və yüksək səviyyəlidir. Bununla yanaşı, ölkədə hərbi sənaye kompleksinin genişləndirilməsi istiqamətində ciddi işlər görülür. Müxtəlif zavodların tikintisi həyata keçirilir. Yəqin ki, iki ildən sonra bu sahədə Azərbaycanın çox güclü potensiala malik olduğunu daha aydın görəcəyik. Dövlət başçısının bu istiqamətə göstərdiyi diqqət, hərbi sənayenin inkişafına verdiyi dəstək böyük əhəmiyyət daşıyır. Çünki indiki beynəlxalq şəraitdə artıq qanunlar və bəyanatlar deyil, güc müəyyənedici amilə çevrilib. Hansı dövlət güclüdürsə, onunla hesablaşırlar. Eyni zamanda, dövlət başçısının siyasi iradəsi və liderlik səviyyəsi bu məsələdə əsas rol oynayır. Şükürlər olsun ki, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət uğurlu olub.

Rusiya ilə münasibətlərdə müəyyən yumşalma müşahidə olunsa da, hələ də bəzi problemlər qalır. Bununla belə, qonşu dövlətlərlə münasibətlərin sabit saxlanılması üçün səylər davam edir.

- Neft Fondundan büdcəyə transfert azalır, qeyri-neft sektorundan daxilolmalar artır. Bu, ilk baxışda müsbət hal kimi görünür, amma statistik rəqəmlərə baxanda mənzərə bir qədər fərqlidir. Yəni, ticarət dövriyyəsinin ümumi həcminə baxanda, xüsusilə qeyri-neft məhsullarının ixracında ciddi yüksəliş müşahidə olunmur. Daxildə qeyri-neft sektorunun istehsal etdiyi məhsulların həcmi də əvvəlki illərlə müqayisədə elə bir artım göstərmir. Eyni zamanda, ÜDM həcmi üzrə də ciddi dəyişiklik yoxdur. O zaman bu sektordan büdcəyə daxilolmalar necə artır?

- Mən başa düşürəm ki, ağır qeyri-neft sektorunun əsas xüsusiyyəti sənayedir, yəni əlavə dəyər yaradan və gəlir gətirən sahədir. O vaxt mənim İqtisadiyyat naziri ilə görüşüm olmuşdu. Söhbət zamanı demişdim ki, gəlin Azərbaycanda “Mercedes”in Qafqaz və Orta Asiya üzrə böyük avtomobil zavodunu açaq. İmkanımız da var idi, vəsaitimiz də. Təəssüf ki, bu addımı atmadıq. Onun əvəzində xırda istehsal sahələri yaradıldı, amma onlar böyük gəlir gətirmir. Buna görə də bu sahəni inkişaf etdirmək lazımdır. Biz idxalın strukturuna da baxmalıyıq. Niyə xaricdən bu qədər məhsul idxal edirik? Elə məhsullar var ki, onları Azərbaycanda istehsal etmək mümkündür. Bu sahəyə daha çox diqqət yetirilməlidir.

Düzdür, İqtisadiyyat Nazirliyi və hökumət qeyri-neft sektorunun inkişafı üçün müəyyən işlər görür. Məsələn, Qarabağda – Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçında tikinti işləri gedir, amma bunların hamısı dövlət hesabınadır, investor vəsait qoymur. Prezident son vaxtlar ərəb dövlətlərinin bank sistemlərinin və müxtəlif fondların rəhbərlərini qəbul edib. Onlar bəzi sahələrdə əməkdaşlıq etmək istəyirlər. Hazırda böyük bir layihə də hazırlanır – Xəzər dənizinin suyunun təmizlənib istifadəsi. Çünki su problemi artıq ciddi məsələyə çevrilib. Dünyada da, eləcə də Türkiyədə bu problem getdikcə dərinləşir. Şimal bölgələrində belə su çatışmazlığı müşahidə olunur.

Dövlət daxili problemləri həll etməyə çalışır, amma əlavə dəyər yaradan sahələrə də diqqət artırılmalıdır. İdxalın strukturu daim diqqət mərkəzində olmalıdır. Elə məhsullar var ki, biz onları xaricdən idxal edirik, halbuki Azərbaycanda onların istehsalını qurmaq mümkündür.

- Vergilərin artırılması, güzəştlərin ləğvi onu göstərir ki, hökumət qeyri-neft sektorunun gəlirlərini artırmağı qarşısına məqsəd qoyub. Lakin vergilərin artırılması, xüsusilə özəl sektorda əməkhaqlarının vergiyə cəlb olunması və güzəştlərin azaldılması bəzi şirkətlərdə ixtisarlara, nəticə etibarilə investisiyaların azalmasına səbəb ola bilər...

- 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-nə dək 2500 manata qədər aylıq gəlirdən 3 faiz vergi tətbiq ediləcək.2026-2028-ci illərdə 2500-8000 manatdan artıq olan məbləğlərə mərhələli şəkildə 14 faizə qədər gəlir vergisi tutulacaq. Azərbaycan iqtisadiyyatı bu dəyişikliklərə müəyyən qədər hazırdır, lakin düşünürəm ki, gələcəkdə müəyyən endirimlərin tətbiqi zərurəti yaranacaq. Çünki Qarabağın bərpası ilə bağlı xərclər kifayət qədər böyükdür. Bu il üçün təxminən 21 milyard manat, gələn il isə 3,5 milyard manat nəzərdə tutulub. Ümumilikdə isə bu prosesə yüz milyardlarla vəsait tələb olunur. Mən vaxtilə büdcə tərtibatı prosesində iştirak etmişəm. Hər bir dövlət qurumu daha çox vəsait almağa çalışır, lakin büdcənin gəlir hissəsinin imkanları məhduddur. Buna görə də mən həmişə deyirəm ki, Azərbaycanda struktur islahatları həyata keçirilməlidir. Nazirliklər, komitələr və digər qurumlar çoxdur, onların strukturunu yeniləmək lazımdır. Bizim idarəetmə sistemi hələ də sovet dövründən qalan strukturlara əsaslanır. Məsələn, Nazirlər Kabineti, icra hakimiyyətləri kimi məsələlər yenidən nəzərdən keçirilməlidir. Hesab edirəm ki, ölkədə referendum keçirilməli, Konstitusiyaya və icra hakimiyyəti orqanlarının fəaliyyətinə dair dəyişikliklər edilməlidir. Çünki icra başçısı sistemi artıq öz effektivliyini itirib.

- Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bəzi icra başçılarının həbsi bu sistemdəki problemləri bir daha üzə çıxardı. 7-8 il əvvəl də xeyli sayda icra başçısı məsuliyyətə cəlb olunmuşdu, amma idarəetmədə keyfiyyət dəyişikliyi yaranmadı...

- Əgər biz həqiqi islahat istəyiriksə, onda Prezidentin bölgələrdə nümayəndəlik institutu yaradılmalıdır. Hazırda 14 iqtisadi rayon mövcuddur və hər birində Prezidentin nümayəndəsinin fəaliyyəti məqsədəuyğun olardı. Bununla yanaşı, həmin nümayəndələrə vəzifələrinə uyğun yüksək maaş verilməlidir ki, onların diqqəti başqa məsələlərə yönəlməsin. Bu, həm də dövlət büdcəsinə qənaət imkanı yaradacaq. Maliyyə naziri Sahil Babayevin məlumatına görə, hazırda ölkənin 66 rayonundan təxminən 60-ı artıq özünü maliyyələşdirir, yalnız 5–6 rayon mərkəzdən əlavə vəsait alır. Bu, müsbət göstəricidir və göstərir ki, müəyyən istiqamətlərdə irəliləyiş var.

Lakin əsas məqsəd hələ də eyni qalır - qeyri-neft sektorunun gücləndirilməsi, gələn ilin büdcəsində əməkhaqlarının, xüsusilə minimum əməkhaqqının artırılması və real iqtisadi artımın təmin edilməsi.

"Ana olandan sonra buna son qoydum...
"Mənə deyirlər gözəlsən. Bunu qəbul etmirəm. Cavab verirəm ki, hə. Amma yox, gözəl deyiləm. Məndən də gözəl insanlar var. Mən özümü gözəl hesab etmirəm. Mənim üçün gözəllik etalonları başqadır. Çox vaxt makiyajsız gəzirəm və insanlar məni tanımır".

Bu sözləri aktrisa Oksana Rəsulova "Mədəni şou"da deyib. Sənətçi ona "gözəl" deyilməsinə əsəbiləşdiyini etiraf edib:

"Mənim üçün gözəllik ağıldır. Bəzən görmüşəm çirkindir, amma elə ağıllı danışıb ki... Bəzən də əksi".

Oksana artıq rəqsə son qoyduğunu söyləyib:

"Osman doğulandan sonra rəqs məktəbini bağladım. Ancaq teatr səhnəsində rəqs edirəm. Rəqs geyimlərimi rayonda anamgilin evinin yanında mənə ayrılan ev var, ora yığmışam.

Ana olandan sonra rəqsə son qoydum. Dedim ki, bəsdir, oğlum var, olmaz. Uşağım olanda 2 il evdən çıxmadım"./axşam.az

“Silahla gəlib dedi ki, Ramiz Mehdiyev göndərib, SİZİ ÖLDÜRMƏK DAHA UCUZ BAŞA GƏLƏR” -
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır. Bunlardan biri də uzun müddətdir məhkəmə salonlarında adı çəkilən “Baku Oksford Məktəbi” ilə bağlıdır.

Məktəbin “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilməsi artıq məhkəmədə sübuta yetirilib və bina dövlət tərəfindən müsadirə olunaraq hərraca çıxarılıb. Məktəb üzərində Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və Rasim Məmmədovun xanımı Mehriban Məmmədova təsisçi kimi məhkəmələrdə çəkişsə də, qərar dəyişməyib.

Press-fakt xəbər verir ki, Teleqraf-ın araşdırması nəticəsində məktəbin əsl təsisçilərinin nə Kamilə Əliyeva, nə də Mehriban Məmmədova olduğu məlum olub. Bu məktəbi ərsəyə gətirənlər Nailə Rzayeva və həyat yoldaşı Tofiq Rzayev olublar. Rzayevlər ailəsinin illər öncə “Baku Oksford Məktəbi”ndə 80 faiz təsisçi payı olsa da, sonradan onlar bu hüquqdan məhrum edilib. Zorla, ölümlə təhdidlə və bir qəpik ödənilmədən…

Məsələnin təfərrüatını Nailə Rzayeva müsahibəsində danışıb.

- Gəlin əvvəlcə “Baku Oksford Məktəbi” nin necə yaranmasından başlayaq…

- 1990-cı ildə həyat yoldaşım Tofiq Rzayevlə birgə təhsil mərkəzi açmağa qərar verdik. Təhsil mərkəzinin adını “Günar” qoyduq. Bu, iki qızım – Günel və Nərgizin adlarının birləşməsi idi. Daha sonrakı illərdə ingilis dili kursları açdıq. 1995-ci ildə isə İngiltərə ilə müqavilə imzalayıb razılıq əldə etdik ki, “Oksford” adını kurslara verək. 1997-ci ildə ildə isə rəsmi status veriləndən sonra məktəb açmağa qərar verdik. Bir il sonra isə icarəyə götürdüyümüz binada məktəb açdıq. Bunun üçün lazım olan vəsaiti də Bakıdakı evimizi sataraq əldə etmişdik. Beləliklə “Günar”ın nəzdində “Bakı Oksford Məktəbi” fəaliyyətə başladı. Səbail rayonu ərazisində icarəyə bina götürmüşdük. Zəlzələdən sonra Odlar Yurdu Universitetinin binasında fəaliyyət göstərdik, yenə icarəyə yer götürdük.

- Bəs, 2007-ci ildə nə baş verdi?

- Rasim Məmmədov bizim məktəbə gəldi. Dedi ki, məni şef göndərib.

- Şef deyəndə kimi nəzərdə tuturdu?

- Ramiz Mehdiyevi. Dedi ki, biz sizə gözəl bina verəcəyik. Təklif etdi ki, birləşək. O zaman məktəbin üç təsisçisi var idi, 80 faizi bizim idi. Biz də dedik ki, niyə satmalıyıq? Biz sadəcə, özümüzə icarəyə bina axtarırıq. Onda bizə bir neçə yerdən də bina ilə bağlı təklif gəlmişdi. Sonra elə oldu ki, təklif edən adamlar müəmmalı şəkildə geri çəkildilər.

- Düşünürsünüz ki, həmin adamlara müdaxilə etmişdilər?

- Yüz faiz.

- Bəs necə oldu ki, sonda razılaşdınız?

- Həmin vaxt yoldaşım infrakt keçirmişdi. Müqavilə imzalamaq üçün görüşəndə sənədə baxdım ki, bizim əlimizdən hər şeyi almaq istəyirlər.

- Müqavilədə nə yazılmışdı ki?

- Müqavilədə əsas təsisçi kimi Çanturiya Nazı Georgiyevna göstərilmişdi. Bu xanım Ramiz Mehdiyevin həyat yoldaşının bacısıdır. Rasim Məmmədov digər təsisçi Adil Sultanova 40 min manat verdi ki, məhkəmədə bizim əleyhimizə danışsın. O da dedi ki, məktəb yox idi, hər şeyi Rasim Məmmədov qurub. Mən artıq bu proseslərdən sonra çıxmaq qərarına gəldim. Mənə dedilər ki, üç il də işlə, pulunuzu qaytaracağıq. 2008-ci ildə də həyat yoldaşım rəhmətə getdi.

- Hər şey belə asan olmamalıdır axı…

- Rasim Məmmədov Nardarandakı bağımıza gəldi. Əlindəki çantada avtomat gətirmişdi. Çantanı açıb avtomatı göstərdi. Dedi, Nailə xanım, siz bilirsiniz də biz kimik? Bizə “yox” demək olmaz. Qızım onda ABŞ-də idi. Xəstə atasını görməyə gəlmişdi. Qorxdum, dərhal qızımı yenidən xaricə göndərdim.

- Bəs, hər hansı hüquqi yardım üçün addım atmadınız?

- Beynəlxalq şirkətlə danışdım, mənə dedilər ki, bu işdə Ramiz Mehdiyevin adı varsa, bu şikayəti heç kim götürməyəcək.

- Sizə nə qədər ödəniş etməliydilər?

- Bizə 80 faiz paydan 23 faiz saxladılar. Bizə 2 milyon manat ödəniş etməliydilər. Amma sonra dedilər ki, sizi öldürmək bizə daha ucuz başa gələr.

- Bunu sizə kim dedi?

- Rasim Məmmədov.

- Bildiyiniz kimi, həmin bina dövlət tərəfindən hazırda müsadirə olunub. Bir ara Rasim Məmmədovun xanımı Mehriban Məmmədova ilə Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın sözügedən məktəb binası üzərində məhkəmə mübahisəsi yaranmışdı.

- O bina Rasim Məmmədov “Baku Steel Company”də işləyəndə tikilmişdi. Amma bu, Rasimin öz pulu deyildi, “Baku Steel Company”dən mənimsənilən pullarla başa gəlmişdi ki, bu da məhkəmədə artıq sübut olunub, siz də dediyiniz kimi, dövlət tərəfindən müsadirə edilib. Ramiz Mehdiyev olmasaydı, Rasim Məmmədov o binanı tikə, heç “Baku Steel Company”də rəhbər də olmazdı.

- Sonradan ABŞ-yə köçməyiniz baş verənlərə görə idi?

- Qəlbim yaman sınmışdı. Belə olmaz axı. Adamın əlindən biznesi alırlar, heç kimə də müraciət edə bilmirsən. Siz inanırsınız, 2023-cü ildə məhkəmədə ifadə verəndə, mənə dedilər ki, Ramiz Mehdiyevin adını çəkmə.

- Hansı məhkəmədə?

- Bakı Kommersiya Məhkəməsində.

- Bunu hakim deyirdi?

- Həm hakim, həm də onların vəkili.

- Ramiz Mehdiyevlə və ya yaxınları ilə sonradan görüşüb məsələni aydınlaşdırmaq imkanınız olmadı?

- Xeyr. Heç kim onlara heç nə deyə bilmirdi. Bizi arxayın etmişdilər ki, pulumuzu ödəyəcəklər. 2013-cü ilə qədər onlarla işlədim, amma sonra elə vəziyyət yarandı ki, bu, artıq mümkün deyildi.

- Necə bir vəziyyət yarandı ki?

- Hər şeyi açıqlamaq istəmirəm. Təsəvvür edirsiniz, mənim katibəm Aygün Məmmədovanı məktəbə direktor təyin etdilər. İndi də direktor odur. Yaxşı kofe hazırlayırdı, amma təhsildə… Mən təklif etdim ki, gəlin başqa adamı direktor təyin edək, burada yüksək təhsilə sahib müəllimlərimiz var. Amma Rasim Məmmədov dedi ki, yox, direktor Aygün olacaq. Bu, hamını şoka salan qərar idi.

- Siz də həmin vaxt qətiləşdirdiniz ki, onlar sizə ödəniş etməyəcəklər?

- Həmin vaxt Rasim Məmmədovla danışdım. Dedim, başa düşürəm ki, siz mənim artıq burada olmağımı istəmirsiniz. Dedim, heç olmasa, mənə saxladığınız 23 faiz təsisçi payının ödənişini edin. Dedilər, yox, sizi öldürmək daha sərfəlidir. Mən çox istədim ki, cənab Prezident bu məsələyə baxsın, bu məktəbi dövlət nəzarətə götürsün. Mən əmək sərf etdiyi məktəbi təmənnasız işlətməyə hazıram. Bu, Azərbaycan, bizim uşaqlarımızın gələcəyi üçün çox vacibdir.

- Rasim Məmmədovdan sonra Ramiz Mehdiyevlə bağlı cinayət işinin başlanmasına reaksiyanız necə oldu?

- Deyim ki, sevindim, yox. Dövlətə xəyanət ittihamını heç cürə bağışlamaq olmaz. Amerika vətəndaşı olsam da, Azərbaycan mənim vətənimdir.

- Bəs, “Bakı Oksford Məktəbi”ndə uşaqların təhsilini, gələcəyini sual altında qoymaq sizcə, millətə də xəyanət deyilmi?

- Birmənalı! Bilirəm ki, bu şəbəkə Azərbaycandakı bir sıra təhsil lahiyələrinə icazə verməyiblər.

- Bir məsələ də maraqlıdır, məktəbin davasını Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva aparsa da, bizə təqdim etdiyiniz sənədlərdə PA-nın sabiq rəhbərinin baldızı Çanturiya Nazının adı qeyd olunub.

- Biz Çanturiyanı ümumiyyətlə, görməmişik. Nə alqı-satqı müqaviləsi imzalayanda, nə də ondan sonra. İndi məktəbin rəhbəri Rasim Məmmədovun xanımıdır, direktor da mənim keçmiş katibəm. Sonradan Amerikaya köçdüm, illər sonra Bakıya qayıtdım. Gələn digər təkliflərlə paytaxımızda “Oxbridge Akademiyası”nı yaratdım və yüzlərlə şagirdin Azərbaycanın gələcəyi üçün formalaşmasında iştirak edirik. Bu, mənim üçün prinsipal məsələ idi. Onların əməllərinə baxmayaraq, Azərbaycandan küsmədim, vətənimə qayıtdım və fəaliyyətimi davam etdirdim.

"O, ANADANGƏLMƏ RİYAKAR İDİ..."-
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”

Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibə verib.

Press-fakt həmin müsahibəni təqdim edir:

- Ramiz Mehdiyevlə ilk tanışlığınız necə olmuşdu?

- Tanışlığımız 1965-ci ildə, gənc yaşlarımızda olmuşdu. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində işləyirdik, mənim vəzifəm ondan bir pillə yuxarı idi. Aramızda sıx da olmasa, müəyyən əlaqə yaranmışdı. 1967-ci ildə Ramiz Mehdiyev Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə göndərildi. Mən isə Bakıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatına təyin olundum. Az sonra isə Moskvaya, Komsomolun Mərkəzi Komitəsinə işləməyə göndərdilər. Orada Ramiz bir neçə dəfə yanıma gəlib Moskvada fəlsəfə mövzusunda namizədlik dissertasiyası üzərində işlədiyini dedi. Bir müddət sonra məni Moskvadan Bakıya qaytardılar, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri vəzifəsində çalışırdım.

1974-cü il ildə Ramiz Bakıda yanıma gəlib namizədlik dissertasiyasını başa çatdırdığını dedi və partiya işinə keçmək üçün kömək göstərməyimi xahiş etdi. Dedim ki, Ramiz, axı sən əziyyət çəkib alim olmaq istəyirdin, yenidən partiya aparatında işləməyin mənası nədir? Dedi ki, dissertasiyanı müdafiə etmişəm, əslində, partiya işçisi olmaq istəyirəm. Ona köməklik etdim. Düzdür, 1974-cü ildə vəzifəm elə də yüksək deyildi, amma hər halda məni tanıyan, hörmət edən adamlar vardı. Onu təriflədim, 1974-cü ilin mayında Heydər Əliyevin qərarı ilə Mərkəzi Komitə aparatında Təbliğat və təşviqat şöbəsinin mühazirəçi vəzifəsinə təyin edildi. İllər keçirdi, amma Ramiz bir dəfə də olsun vəzifəyə mənim vasitəmlə təyin olunmağını dilinə gətirmədi, bu hadisəni heç vaxt, heç yerdə xatırlamadı.

Zaman keçirdi, artıq Ramiz Mərkəzi Komitənin ideoloji məsələlər, mən isə tikinti üzrə katibi işləyirdik. Qarabağ münaqişəsi başlandı. 1988-ci il may ayında Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsinə göndərildi.

Günlərin birində Mərkəzi Komitə katiblərinin toplantısında Vəzirov bildirdi ki, Ramiz Mehdiyevlə danışılıb, diplomatik işdə işləmək istəyir. Ona yardım edəcəyəm, amma bunun üçün gərək, ilk növbədə, Ramiz Mərkəzi Komitənin katibi vəzifəsindən getsin, sadəcə, Mərkəzi Komitə üzvü olaraq qalsın. Ramizdən səs çıxmadı. Ona görə başqaları da danışmadı. Beləliklə, heç bir müzakirəsiz, mübahisəsiz Ramiz yüksək vəzifəni tərk edib səssiz-küysüz Elmlər Akademiyasına sıravi işə keçdi.

Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır. Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər Əliyev təyin etməyib, buna Həsən Həsənovun köməyi ilə nail olmuşam. Aydın məsələdir ki, mən, sadəcə, onun namizədliyini irəli sürmüşdüm, təyin olunma qərarını isə təbiidir ki, məhz Heydər Əliyev vermişdi. Aradan keçən illər ərzində vəzifəsini 3-4 dəfə yüksəltmişdi. Ramiz Mehdiyev özü də bunu çox yaxşı bilirdi. Amma riyakarlığı bu iclasda bir daha açıq şəkildə üzə çıxdı, hamının gözü qarşısında taleyində Heydər Əliyevin oynadığı rolu inkar etdi. Mənim adımı çəkməyinin səbəbi isə həmin iclasda mənim Mərkəzi Komitənin katibi olaraq Rəyasət Heyətində oturmağım idi.

- Azərbaycana uzun illər rəhbərlik etmiş Heydər Əliyevin taleyindəki rolunu Ramiz Mehdiyev niyə inkar edirdi?

- Bu inkar, sadəcə, Ramiz Mehdiyevin edilən yaxşılıq müqabilində atdığı nankor addımlardan biri idi.

- Ramiz Mehdiyev 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri, 7 fevral 1995-ci ildən sonra isə icra aparatının və nəhayət Prezident Administrasiyasının rəhbəri olub. Beləliklə, Heydər Əliyev müstəqillik illərində Ramiz Mehdiyevi yenə də yüksək vəzifəyə təyin edib. Bəs, Ümummilli rəhbərin Vəzirovun keçirdiyi iclasdan, Ramiz Mehdiyevin riyakar hərəkətindən xəbəri olmayıb?

- Deyə bilmərəm. Şəxsən mən Heydər Əliyevə bu haqda deməmişdim. Amma dövrün mətbuatında Ramiz Mehdiyevin çıxışı tam dərc olunmuşdu. Sonrakı dövrlərdə də Ramizin həmin çıxışı və hərəkəti haqqında dəfələrlə yazılmışdı.

Sual verə bilərsiniz ki, Heydər Əliyev hadisədən xəbərdar idisə, niyə Ramizi yeni vəzifəyə təyin edəndə onu nəzərə almadı? Ümummilli lider adamların bəzi mənfi keyfiyyətlərini qabartmırdı. Dediyim kimi, onunla bu iclas barədə söhbət etməmişdim. Hətta söhbət etsəydik belə, yəqin deyərdi ki, həmin an Ramiz çətin vəziyyətdə qalıb, iradəsi zəif olub, məsuliyyətdən yayınmaq üçün məcburiyyət qarşısında belə danışıb.

- Siz Baş nazir olanda Ramiz Mehdiyevlə əlaqəniz olubmu?

- Mən Baş nazir olanda Heydər Əliyev Naxçıvanda idi. Həmin dövrdə Azərbaycan Prezidenti olan Ayaz Mütəllibov da mənəvi-insani nöqteyi-nəzərdən elə Ramiz səviyyəsində idi. Heydər Əliyev Ramiz kimi Ayazı da dəfələrlə yüksək vəzifələrə təyin etmişdi. Ayaz Mütəllibov isə prezident olan kimi Heydər Əliyevin kadrı olmasını danmışdı. Mən o vaxtlar Heydər Əliyevlə gün ərzində 3-4 dəfə danışırdım. Bu isə çoxlarını narahat edirdi. Çünki məntiqlə, əslində, Mütəllibovun tərəfində olmalı idim. Amma mən Heydər Əliyevlə münasibətdə özümü müstəqil aparırdım. Ayazın əsas tələbi o idi ki, Heydər Əliyevlə ünsiyyət saxlamaq lazım deyil. Hətta bu məqsədlə mən Heydər Əliyevlə danışdığım xüsusi telefon xəttini də kəsdirmişdi. Bunu bilən kimi mən dərhal Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinə zəng vurub telefonu açdırmışdım. Heydər Əliyev tərəfindən ancaq yaxşılıq gördüyümə görə özümü ona borclu sayıram. O vaxt Ramiz Mehdiyev Akademiyada sıravi işdə işləyirdi. Bir gün mənə zəng vurub yanıma gəlmək istədiyini dedi. Onu qəbul etdim. Soruşdum ki, Akademiyada işləri necədir, bir kömək lazımdırmı? Dedi ki, başqa xahişi var: “Naxçıvana gedib Heydər Əliyevlə görüşmək istəyirəm, əgər bir sözün varsa, çatdırım”.

Dedim ki, Ramiz, mən Heydər Əliyevlə gündə bir neçə dəfə telefonla danışıram, onun sözü olanda mənə deyir, mənim də sözüm olanda ona deyirəm. Onu da bilirəm ki, bu telefon danışıqlarını yazırlar və Ayaza məruzə edirlər. Buna baxmayaraq, Heydər Əliyevlə münasibətimi gizlətmirəm. Ramiz yenə 3-4 dəfə çox təkidlə xahiş etdi ki, Heydər Əliyevə deyəcəyim bir sirr, ya söz varsa, deyim ona Əliyevə çatdırsın. Dedim ki, hər gün Heydər Əliyevlə danışıram, nə sözüm var, deyirəm.

- Niyə Ramiz Mehdiyev belə təkid edirdi? Nə öyrənmək istəyirdi?

- Dəqiq bilmirəm. Amma ehtimal edirəm ki, Heydər Əliyev onunla görüşmək istəmirdi, sadəcə, mənim adımdan istifadə edib onunla görüşməyə çalışırdı.

- Ramiz Mehdiyevin həmin vaxt Heydər Əliyevlə görüşü baş tutdumu?

- Bilmirəm, heç maraqlanmadım.

- 90-cı illər gərgin dövr idi, Heydər Əliyevin adı ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənirdi. Ramiz Mehdiyev bu şəraitdə nə mövqedə idi?

- 1992-ci ilin aprel ayında mən Baş nazir vəzifəsindən istefa verib, BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfiri oldum. Həqiqətən də, Azərbaycanda Heydər Əliyevin rəhbərliyə çağırılması üçün əhali, xüsusilə 91 nəfər ziyalı böyük hərəkat başlatmışdı. Bilindiyi kimi, Ramiz Mehdiyev bu hərəkata qoşulmamış, 91-lərin Müraciətini imzalamamışdı. Yəni o Heydər Əliyevin ona göstərdiyi insani münasibətə və yaxşılıqlara belə cavab vermişdi.

- Ramiz Mehdiyevin belə münasibəti niyə nəzərə alınmadı?

- Bu, Heydər Əliyevin böyüklüyündən irəli gəlirdi. Ulu Öndər bəzən adamların bir sıra mənfi keyfiyyətinə dözümlü yanaşır, hətta bəraət qazandırırdı. Məhz bu səbəbdən Ramizin hərəkətlərinin də üstündən keçmişdi. Bildiyiniz kimi, o dövrdə Heydər Əliyev məni Amerikadan qaytarıb xarici işlər naziri təyin etdi. O vaxt xəbər tutdum ki, Ramiz Mehdiyev Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiridir, sonra isə Aparat rəhbəri oldu. Bu məsələdə də mənim rolum vardı, amma nədən ibarət olduğunu demək istəmirəm. Ramiz uzun illər həmin vəzifədə çalışdı. Çox vaxt onu Azərbaycanda “ikinci şəxs” kimi dəyərləndirirdilər. Bir dəfə bir jurnalist məndən soruşdu ki, insanın gücü nədədir? Dedim, bacarıqlı adamdırsa, gücü fəaliyyətindədir, zəif adamdırsa, gücü tutduğu vəzifədədir. Əslində, rəhbərlik sahəsində bacarıqsız olan Ramiz vəzifə hesabına yavaş-yavaş gücünü artırmağa başladı. Bəzən “güclü” ilə “təsir etmək imkanı olan” ifadələrini qarışıq salırlar. Ramiz heç vaxt güclü rəhbər kadr olmayıb, amma vəzifəsi hesabına şəraitə təsir edərək güclü təsəvvürü yaradırdı. İctimaiyyət arasında onu vəzifə hesabına vəziyyətə təsir edən rəhbər işçi kimi dəyərləndirirdilər.

- Siz xarici işlər naziri olan dövrdə Prezident Administrasiyasının rəhbəri kimi Ramiz Mehdiyevlə birlikdə işləmisiniz. Sizə və XİN-in fəaliyyətinə münasibəti necə idi? Xarici siyasətin istiqamətinə hansı formada, hansı yöndə təsir etməyə çalışırdı? Vəziyyətə təsir etmək gücü artdıqca, Sizinlə münasibətləri necə dəyişirdi?

- 1998-ci ilə qədər hər zaman ondan üstün vəzifələrdə olmuşam. 2000-ci ildə deputatlıq müddətim bitdi və parlamentə yeni seçkilər elan olunanda Heydər Əliyev zəng edib soruşdu ki, indi planın nədir, deputatlığa namizəd olacaqsan? Dedim, yox, namizədliyimi vermək istəmirəm. Səbəbi ilə maraqlandı. Dedim, elmlə məşğul olub, dissertasiya müdafiə etmək fikrindəyəm. Atam da mənə belə vəsiyyət edib. Heydər Əliyev hansı mövzu üzərində işlədiyimi soruşdu. Dedim, Nəriman Nərimanov haqqında yazıram. Mövzunu çox bəyəndi. Dedi ki, dissertasiyanı bitirəndən sonra bir də məsləhətləşərik. Beləliklə, mən bir çoxunun nəzərində işsiz oldum, Heydər Əliyev isə məsələ nə yerdə olduğunu yaxşı bilirdi.

Nazir olduğum dövrdə Ramizin nə xarici siyasətə, nə Xarici İşlər Nazirliyinə heç bir təsiri yox idi. Mən gedəndən sonra nazirlər danışırdılar ki, bizim bütün işlərimizə qarışır. 2004-cü ildə möhtərəm Prezident İlham Əliyev məni Macarıstana, 2010-cu ildə Polşaya səfir təyin etdi, 16 il səfir oldum. Bütün bu müddət ərzində Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. 5-6 dəfə mənim, ailə üzvlərimin taleyinə müdaxilə etmək, pislik etmək üçün çalışdı. Amma heç nəyə nail ola bilmədi. Hərəkətlərinin qarşısını məntiqim hesabına dərhal alırdım. Hər dəfə də özünə zəng edib, intriqaları ilə bağlı sözlərimi sərt şəkildə deyirdim. Mənə pislik etmək istəyi Ramizin beynində illərlə qalmışdı. Amma bacarmadı. Əksinə, mənə etdiyinin 10 qatını ona sözlə qaytarırdım.

- Ramiz Mehdiyevin sizə qısqanc münasibətinin səbəbi nə idi?

- Dəqiq deyə bilmərəm, yəqin paxıllığımı çəkirdi. Biz 60 yaşı keçmişdik, hətta o məndən daha yaşlıdır. O gördü ki, məndə vəzifə iddiası yoxdur, o isə həmin dövrdə vəzifədən ötrü özünü həlak edirdi. Sadəcə, mənim varlığım ona rahatlıq vermirdi. Özünü şəstlə akademik adlandırırdı. Hətta məcbur edirdi ki, icra başçıları ona məktub yazanda “Akademik Ramiz Mehdiyevə” deyə müraciət etsinlər. Bu, görünməmiş bir tələb idi. O, anadangəlmə riyakar idi. Ramizdə səmimiyyət deyilən hiss olmayıb. Ramiz açıq polemikaya qadir adam deyil, sözü üzə deyə bilmirdi. El arasında yaxşı bir ifadə var: “Çörəyi dizinin üstündə olan adam”. O da heç vaxt duz-çörəyə hörmətlə yanaşmayıb. İstər Heydər Əliyev, istər İlham Əliyevin etdikləri bu qədər yaxşılıqlardan sonra onun indi üzə çıxan, müzakirə olunan gizli məktubu çox dəhşətli hərəkətdir. İlham Əliyev heç bir vəzifədən gedəni o hörmətlə yola salmadı, amma Ramizi yola saldı.

- Ramiz Mehdiyevin Elmlər Akademiyasının prezidenti kimi fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Ramiz Kommunist Partiyasının ideologiya katibi olanda, əslində, akademiyanın kuratoru idi. Akademiyanı tanımalı, bilməli idi. Amma AMEA prezidenti olanda heç bir elmi məsələni həll etmədi, hətta heç bir aktual elmi problemi müzakirəyə çıxartmadı. Hansısa elmi problemin həllinə nail olsaydı, yəqin yazardı, deyərdi. Ancaq qalmaqallar, intriqalar gündəmə gəlirdi. Nəticədə onlarca alim onun istefasının tələb etdi.

- Ramiz Mehdiyevlə 60 ildir ki, tanışsınız. Yəqin onun xasiyyətinə müasirlərimizin çoxundan daha yaxşı bələdsiniz. Bu haqda nə deyə bilərsiniz?

- Ramiz Mehdiyev çox qapalı adamdır. 1983-1988 illərdə o, Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi idi. Bu, çox vacib vəzifə idi, çünki bir azərbaycanlı olaraq sovet-marksizm ideologiyası ilə milli ideologiya arasında seçim etməli idi. Tam məsuliyyətlə deyirəm, Heydər Əliyev milliyönümlü kommunist idi. Çünki beynəlmiləlçiliklə milli maraq arasında seçim edərək, milli mənliyimizin inkişafında çox iş görüb. Kommunist Partiyası tələb edirdi ki, beynəlmiləlçiyə üstünlük verilsin, Heydər Əliyev isə milli maraqlara üstünlük verirdi. Amma bunu elə ustalıqla edirdi ki, ona heç bir söz deyə bilmirdilər.

Ramiz Mehdiyev ömründə ilk dəfə AMEA-yada birinci şəxs kimi işlədi. AMEA-nın prezidenti olduğu 2019-2022-ci illər ərzində Akademiyada bir dənə də olsun yeni elmi problem ortaya qoyulmadı. Onun namizədlik dissertasiyası sırf Lenin fəlsəfəsinə, doktorluq dissertasiyası beynəlmiləlçiliyə həsr olunub. Sabir Rüstəmxanlı danışanda eşitdim: Deyir Ramiz Mehdiyev kitabını nəşr üçün təqdim etdi. Yazığımız gəldi, kitabı buraxdıq ki, 3-5 manat qazansın, acından ölməsin. Amma kitabı oxuyanda gördük ki, əsər başdan-başa ölmüş sovet şüarlarından ibarətdir. Hətta 90-cı illərdə də Ramizin doktorluq dissertasiyasında milli heç nə yox idi.

- Hamıya maraqlıdır ki, Ramiz Mehdiyev bu qədər mənfi keyfiyyətlərinə baxmayaraq, necə yüksələ bildi?

- Çünki riyakar adamdır. O, əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi.

- Bəs, niyə ona bu qədər etimad göstərildi?

- Heydər Əliyev öz mənəviyyatına əsaslanaraq, Ramiz Mehdiyevin “91-lər” sırasında olmamasını, dalınca dediyi sözləri bağışladı, onu YAP-da və Administrasiyada əsas vəzifələrə təyin etdi. İlham Əliyev 20 il Ramiz Mehdiyevlə birgə işlədiyini nəzərə alıb etimad göstərib. Amma Ramiz bütün bunlara öz qərəzli mənəviyyatına əsaslanaraq cavab verdi. Heydər Əliyev bir dəfə mənə demişdi ki, Həsən, mən bir adamı vəzifəyə təyin edəndə özümü onun taleyinə şərik sayıram. İndi bu keyfiyyətə beynəlxalq aləmdə “empatiya” deyirlər. İnsanda empatiya yoxdursa, o, rəhbər ola bilməz. İstər Heydər Əliyev, istər də İlham Əliyevdə bu keyfiyyət çox güclüdür. Ramiz isə bunun qarşılığında qərəzli addımlar atdı.

- Ramiz Mehdiyevin ev dustağı olması və ətrafında baş verən proseslərə münasibətiniz necədir?

- Ramiz Mehdiyev barədə istintaq və məhkəmə qərarı ictimaiyyət üçün gözlənilən idi. Riyakarlıq, gizli intriqalar ustası, açıq polemikadan qaçan, “çörəyi dizi üstə olan”, “yaxşılığa yamanlıqla” cavab verən şəxs, nəhayət, lazımı cəzasını alır. Çünki atdığı addımlar cəzasız qala bilməzdi.

"SÜBUT EDƏ BİLSƏLƏR, HƏBS ETSİNLƏR..."-
Sabiq xarici işlər naziri adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib.

Press-fakt xəbər verir ki, sabiq nazir bu haqda “Müsavat TV”nin efirində danışıb.

-Bilirəm, mənə niyə zəng edirsiz. Soruşacaqsız ki, APA məlumat yayıb, adınız Ramiz Mehdiyevin komandasında hallanır. Yazmağına yazsınlar, Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salam-əleyk. Heç bir ünsiyyətim olmayıb. Bax bunu yaza bilərsiniz. Gülməli şeylər yazırlar, gülməli məsələlər uydururlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zaman da hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Kifayət oldu?

-Sizi istintaqa dəvət etməyiblər?

-Gözləyin də. Bu gün bazar günüdür. Bəlkə bazar ertəsi günü dəvət edəcəklər. Amma inanmıram ki, dəvət etsinlər. Çünki orda ciddi adamlar işləyirlər və onlar əllərində fakt olmadan hərəkət etmirlər.

-Yəni, Mehdiyevlə heç bir əlaqəniz yoxdur və tam rahatsız... Düz başa düşürəm?

-Düz başa düşürsüz... Heç bir əlaqəm yoxdur, o mənada rahatam.

-Adınızı hallandıran media orqanına, istintaqa özünüz müraciət edəcəksiz?

-Yəqin ki, kim bu uydurmanı mediaya sızdırıbsa, onlar bu söhbətləri öz başlarından uzaqlaşdırmaq məqsədilə hansısa görkəmli adamların adlarını qəsdən çəkirlər. Yəni, öz adları siyahıda çıxmasın deyə, yalandan bizim adımızı hallandırırlar.

-Bəs nəyə görə məhz sizin adınız bu siyahıdadır? Bir versiyanız varmı?

-Görkəmli adamam da mən. 16 ildən artıqdır nazir olmuşam. 5 il keçib ki, vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir.

-İşlədiyiniz dönəmdə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub?

-Yaxşı olsaydı, 2019-cu ildən bəri onunla əlaqəm olardı. Amma mən onun nə əl, nə ev telefonunu bilirəm. Bir dəfə də olsun, əlaqəm olmayıb. Ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir PA-dan çıxandan sonra onunla əlaqələrim yox idi. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam.

-Bəs həbsinə münasibətiniz necədir?

-Yaxşı da... Bu, artıq provakasiyadır. Bəsdi də...

-Niyə “provakasiya”? Həbsə münasibət soruşuram normal şəkildə... Axı az öncə özünüz də dediz ki, görkəmli insanam. Görkəmli adamdan həbsə münasibət öyrənmək istəyirəm.

-Lazım olsa, faktlar olsa, həbs edəcəklər. Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər. Mən cavaba hazıram.

Prezident “Kazinform”a MÜSAHİBƏ VERDİ -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.

Press-fakt müsahibəni təqdim edir.

-Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin Qazaxıstan Respublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?

-Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.

Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.

Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.

Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.

Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Həmçinin ilk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.

-Son illər Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq necə inkişaf edir?

-Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.

Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.

-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika və neft-qaz sektorlarında, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Orta Dəhlizin hər iki ölkə üçün əhəmiyyəti nədən ibarətdir? Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün hansı addımlar atılır?

-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur.

İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.

Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb.

Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.

Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətidir.

Yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir.

-Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində Türk Dövlətləri Təşkilatının rolunu necə qiymətləndirirsiniz?

-Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.

2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb.

TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır.

- Ölkələrimiz mədəni-humanitar sahədə nə dərəcədə sıx əməkdaşlıq edir?

-Əvvəl dediyim kimi, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.

Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim.

Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

-Xəzər dənizinin dayazlaşması problemi getdikcə daha çox aktuallaşır. Azərbaycan və Qazaxıstan bu məsələdə öz fəaliyyətlərini necə əlaqələndirir?

-Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.

Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır.

Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.

“ÇƏKİNİRƏM, QORXURAM...” -
Səyyad Aran: “Bir deputat həmkarım adımı çəkmədən bir yazı yazmışdı, namərd çıxış idi”

Milli Məclisin deputatı Səyyad Ağbabalı (Aran) “qafqazinfo.az” saytına müsahibəsində parlament fəaliyyəti və deputat həmkarları ilə münasibətlərindən danışıb. Millət vəkili onların bəziləri ilə münasibətlərinin sərinləşdiyini qeyd edib, bir deputatı isə namərdlik etməkdə suçlayıb.

S. Aran adətən tək olmasının səbəbini güvənsizliklə izah edib: “Düzdür, mən tək oluram. Səbəbi odur ki, danışırsan, söhbət edirsən, birdən qəfil ağzından bir söz çıxır. Mən daş kimi dinməzəm, həyatım boyu heç nəyin qiybətini etməmişəm. Sadəcə yadımda saxlayıram, mənfi davranışdan da, müsbət əməldən də özümə nümunə çıxarıram. Çəkinirəm, qorxuram. Deyirəm, birdən müəyyən bir hərəkət edərəm və ya söz deyərəm, onu başqa cür aparıb çatdırarlar və bu, narazılıq yaradar. Ona görə də bir qədər özümə qapanmış vəziyyətdəyəm”.

Millət vəkili qeyd edib ki, əvvəllər dostları çox olub, amma indi bir az azalıb. Səbəbini isə belə izah edib: “Birincisi, mən on ildir hacıyam. Şeyx Nəsrullah demişkən, şərab istifadə eləmirəm. Belə olanda da dostların sayı azalır. Həcc ziyarətinə getməmişdən qabaq bir dostum mənə dedi ki, dostlarının sayı azalacaq. Mən inanmadım. Düzdür, köhnə dostlarım məni çağırırdılar, görüşlərə dəvət edirdilər. Amma mən gördüm ki, alınmır. Onlar yeyib-içirlər, mən isə boşqabda çəngəl-bıçaqla qurdalanıram. Baxdım ki, daha o məclislərdə artıq görünürəm. Ona görə daha o məclislərə getmədim, sonra onlar da məni heç çağırmadılar. Belə-belə say azaldı.

Vaxtilə Fərəməz Maqsudla, Şahlar Əsgərovla, Səfiyar Musayevlə, Ağabəy Əsgərovla, Siyavuş Novruzovla dost olmuşam, birlikdə məclislərə gedirdik. Xoşbəxtlikdən mənim gənclikdən oturub-durduqlarımın böyük əksəriyyəti özümdən azı 20 yaş böyük olub. Bu da daha çox öyrənməyimə, görüb-götürməyimə səbəb olub”.

Səyyad Aran Siyavuş Novruzovdan incikliyini büruzə versə də, səbəbini izah etməyib: “Dostluğumuz davam edir, amma əvvəlki kimi yox. Çünki düz gəlmir də — məclisdə hamı danışır, gülür, zarafat edir, sən isə durub baxırsan, alınmır. Həm də mən Siyavuşdan 17-18 yaş böyüyəm. Mən daha çox yaşlanmışam. Nə mənada? Düşüncə, həyata baxış, davranış tərzi ilə və s. Siyavuş isə hər halda gəncdir. Siyavuşun gənc dostları var, ona onlarla daha yaxşıdır. Zarafat edirlər, lağlağı edirlər. Mənim yaşım ona imkan vermir”.

Səyyad Aran “Çıxışlarınıza çox vaxt əks fikir bildirən həmkarlarınız olur. Bunun səbəbi nədir?” sualını belə cavablandırıb: “Bilirəm. Bir deputat həmkarım adımı çəkmədən bir yazı yazmışdı. Namərd çıxış idi. Sən deputat həmkarına qarşı elə çıxış etməli deyilsən. Özü də onun atası vaxtilə partiya sədri olmuşdu və atasına çox böyük hörmətim, köməyim olub. Onun yazısından sonra mən pərt oldum. Sən axı bilirsən ki, atanla mənim münasibətim necə olub...”

“KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”-
Press-fakt sabiq təhsil naziri, Riyaziyyat və Müxanika İnstitutunun direktoru, professor Misir Mərdanovun Lent.az-a verdiyi müsahibəni təqdim edir.

- Misir müəllim, çox məşğulsunuz. Bu yaşda iş sizi yormur ki?

- Yorsa da, düşünürəm ki, gərək nə qədər imkanım var, cəmiyyətə fayda verəm. Müxtəlif tədbirlərdə iştirak edirəm və bir institut direktoru kimi xeyli işim olur. Doğrudur, axşam evə gedəndə yoruluram, ancaq mənə elə gəlir ki, hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmalıdır. Ölkənin inkişafı tək bir nəfərdən yox, 10 milyon adamdan asılıdır. Hərə öz üzərinə düşən işi görməlidir. Bu gün Riyaziyyat və Mexanika İnstitutunun direktoruyam və buranın inkişafı üçün əlimdən gələni etməliyəm.

- Açığı, sizə ən az ünvanlanan suallardan biri də institutun fəaliyyətidir. Necə gedir? Hansı işlər görülür?

- Bir müddət bundan əvvəl ölkə rəhbərliyi qərar qəbul edib ki, elm və təhsil nazirliyinə tabe olan elmi-tədqiqat institutlarını birləşdirsinlər. Bu birləşmənin necə olacağını gözləyirik. Ancaq eyni zamanda gündəlik işimizi davam etdiririk. Doktorant, dissertantlarla çalışırıq. İnstitutda 4 jurnal var. Onların çap edilməsi ilə məşğul oluruq.

- Qərbi Azərbaycan icması ilə bağlı hansı proseslər gedir?

- İcmada əsasən, Qərbi Azərbaycanla bağlı yazılmış yeni kitabların təqdimatında iştirak edirəm. Bu yaxınlarda yeni bir kitabın da təqdimatında iştirak etdim. Arxiv materialları əsasında Qərbi Azərbaycanda təhsil, mədəniyyət, tarix o kitabda var. Bilmədiklərimiz və bilmək istədiyimiz mövzularla bağlı işlər gedir. Bu mənada icmanın fəaliyyətini yüksək qiymətləndirirəm.

- Bu yaxınlarda Vaşinqtonda sülh müqaviləsi paraflandı. Bu paraflanmadan sonra Qərbi Azərbaycan İcmasının hərəkət istiqamətində, fəaliyyətində bir dəyişiklik oldu?

- Hər halda müəyyən dəyişiklik oldu. Açığını deyək ki, o sənəd paraflanana qədər biz qayıdış konsepsiyasının daha sürətlə həyata keçməsini istəyirdik. O sənədin mahiyyəti ondan ibarətdir ki, müharibə dayandı, daha ərazi iddiaları yoxdur, hərə öz torpağında inkişaf edir. Və Azərbaycanla Ermənistan arasında kommunikasiyalar, əlaqələr yaranmağa başlayır. Əvvəlki dövrlərə uyğun addımlar atılması gözlənilir.

- Bəs qayıdış konsepsiyası barədə vəziyyət necədir?

- Qayıdış konsepsiyası əvvəl hansı istiqamətdə idisə, yenə o cürdür. Əvvəl də sülh yolu, beynəlxalq təşkilatların razılığı ilə, Ermənistanın təminatı əsasında qayıtmaq nəzərdə tutulurdu. Hələ ki, bir dəyişiklik yoxdur, mənə elə gəlir ki, olmayacaq da.

- 2000-ci ildə dədə-baba yurdunuza getmisiz. Necə alındı bu?

- 2000-ci ilin may ayı idi, səhv etmirəmsə. İrəvanın yaxınlığında olan Dərəçiçək şəhərində beynəlxalq konfrans var idi. Konfransı UNICEF təşkilatı keçirirdi. Təhsil naziri kimi dörd nəfərdən ibarət nümayəndə heyəti ilə Tiflisə getdik. Gürcüstan nümayəndəsi ilə həmin konfransa qatıldıq. Bizi çox mehriban, yaxşı qarşıladılar. Sonra bir günlük İrəvana getdik. İrəvanda o dövrkü prezident Robert Köçəryanla, baş nazirlə görüşdüm. O görüş zamanı prezidentdən xahiş etdim ki, imkan yaratsınlar, mən öz kəndimə gedim. Onlar da dərhal şərait yaratdılar, maşın verdilər. Kəndə, öz evimizə getdim. Evimizdə bir qoca qadınla kişi yaşayırdı.

- Evdə necə qarşıladılar sizi?

- Normal qarşıladılar. Qeyri-insani bir şey görmədim. Həyətimizi gəzdim, oradan torpaq və su götürdüm. Yollar pis vəziyyətdə idi. İrəvan-Dilcan-İcevan yolu əvvəlki kimi deyildi, maşınlar çox az idi. Evimizin qarşısındakı sıx meşəlikdən əsər-əlamət qalmamışdı, kəsmişdilər. Evlərdə çox adam yox idi. Hərəsində bir qoca qadın və kişi yaşayırdı. İndi inanmıram onlar həyatda qala.

- Sülh müqaviləsinin paraflanmasından sonra bəzi çıxışlarınız birmənalı qarşılanmadı...

- Bilirəm nəyi nəzərdə tutursunuz. Bilirsiz, mən olmuş şeyləri danışdım. Keçmiş zamanda nəyinki Ermənistanda, hətta Bakıda ermənilərlə dost olan, bir yerdə işləyən adamlar olub. Mən adamları başa düşə bilmirəm. Deməliydim ki, o vaxt da düşmən olmuşuq? Olan şeyləri danışmışam. Gediş-gəlişimiz olub, çörək kəsmişik. Mən Bakıya gələndə oxuduğum universitetdə nə qədər erməni müəllim var idi. Bax, elə bu Mətbuat prospektinin adı Avakyan küçəsi idi. Bakının əsas küçələri ermənilərin adına idi.

- Əslində, bu, Sovet sisteminin diktəsi idi. Yoxsa bir azərbaycanlı küçəsinə erməni adı verməz. Avakyan "26 Bakı komissarlarından" olub...

- İndi belə düşünürsüz. O vaxt belə ayrı-seçkilik yox idi. Bir idarəyə gedirdin, oranın əsas adamı, Bakı Sovetinin müavinlərindən biri hökmən erməni olmalı idi. Pedaqoji institutda erməni dilində fakültə var idi. O dövrdə onu hamı normal hesab edirdi. Mən nə demişəm? Demişəm ki, Paşinyan bizim rayondan idi, onun əmisi bizim rayonda cərrah olub. İndi ona ad qoyurlar ki, Misir Mərdanov ermənilərə belə münasibət göstərir. Hətta mənə erməni deyənlər də var. Mən yalan deyə bilmərəm. Olanı deyirəm, deyəcəm də.

- Misir müəllim, 1990-cı illərdən Azərbaycanda özəl universitetlər açılmağa başladı. Hətta bildiyim qədərilə, nazir postunda olanda özəl universitet açmaqla bağlı sizə müraciətlər də olmuşdu və müəyyən konfliktlər də yaşanmışdı. Nə ilə bağlı idi bu?

- 1998-ci ildə nazir vəzifəsinə təyin olunanda Azərbaycanda 50-yə yaxın özəl ali məktəb var idi. Hətta kəndlərdə, rayon mərkəzlərində özəl ali məktəblər açılmışdı. Ulu Öndər Heydər Əliyev məni bu vəzifəyə təyin edəndə tapşırıq verdi ki, bu məsələylə ciddi məşğul ol. Məndən əvvəl özəl ali məktəblərə icazə verilməsi başqa qurumun əlində idi. Heydər Əliyev dedi, bu səlahiyyəti də Təhsil Nazirliyinə verəcəm. Biz də ciddi məşğul olurduq və çox təzyiqlərlə üzləşdim.

- Necə təsirlər? Kimlər edirdi?

- O məktəblərin arxasında müəyyən adamlar dururdu. Deputatlar, müxtəlif vəzifəli adamlar, imkanlı şəxslər dayanırdı. Mənə zəng edib təzyiq edirdilər ki, bunlara işin olmasın. Bəzi adamlar da deyirdilər ki, Misir Mərdanov istəmir liberallıq, demokratiklik olsun. Deyirdim ki, olsun universitetlər, amma gərək onun binası, müəllimləri, proqramı, dərsliyi olsun.

- Belə çıxır ki, özəl universitetlər sadəcə diplom vermək işinə baxırdılar?

- Demək olar ki, hə. Əsasən diplom məsələsi ilə məşğul olurdular. Biz onlarla ciddi iş apardıq və axırda 8-9 özəl ali məktəb qaldı. İndi onların, demək olar, hamısı fəaliyyətini davam etdirir.

- Amma bu gün rüşvətlə bağlı ən çox o özəl universitetlərin adı hallanır...

- 13 ildir ki, o işdən ayrılmışam. Birbaşa təmasım yoxdur. Ola bilər ki, düz olsun. Sizin dediyinizdə bir həqiqət var ki, dövlət universitetlərinin tarixi 100 ilə yaxındır. Özəl universitetlər isə yeni-yeni formalaşır. Ona görə də, təbiidir ki, orada problemlər də daha çox olacaq.

- Eyni ixtisas həm dövlət universitetində, həm də digər özəl universitetlərdə var. Amma onlar daha az balla qəbul edirlər o ixtisasa.

- Siz belə deyirsiz, amma mənim qarşıma qoyurdular ki, Azərbaycan qonşu və yaxın ölkələrlə müqayisədə əhalinin sayına düşən ali təhsillilərin sayına görə ən aşağıda durur. Buna görə, tələb edirdilər ki, ali məktəblərin və ali məktəblərdə yerlərin sayı çox olsun. Həmişə buna qarşı olmuşam. Sizin fikrinizə gəlincə, bir ixtisasın bir universitetdə olmasının əleyhinəyəm. Bu zaman inhisarlaşma yaranır. Məsələn, iqtisadiyyat ixtisası İqtisadiyyat Universiteti ilə yanaşı başqa bir universitetdə də olsa, yaxşı olar. Bu zaman səviyyəni müqayisə edə bilərik. Amma 2-3-dən çox olsa, bu yaxşı olmaz. Lakin sizin bəyənmədiyiniz Sovet dövründə yeni ixtisas açmaq üçün Moskvadan komissiya gəlib yoxlayırdı ki, universitet bu ixtisasa hazırdırmı? Ondan sonra nazir qərar verirdi, bu ixtisası açmaq olar, ya yox. Təəssüf ki, son dövrdə, lap elə mənim dövrümdə də buna əməl etmədik. Hansısa universitetə bir ixtisası verərkən bilmək lazımdır ki, o universitet buna cavab verə biləcək, ya yox.

- Niyə buna əməl oluna bilmədi?

- Olmadı. Biz o vaxt çalışdıq ki, edək. Bəlkə də, müəyyən uğurlar qazanmışdıq. Son illər bilmirəm, əməl edirlər, ya yox. Əgər əməl edirlərsə, siz dediyiniz hallar olmamalıdır. Bir ixtisasın 4-5 universitetdə olmasının tərəfdarı deyiləm.

- Bəziləri düşünür ki, Azərbaycan təhsilinin ən yaxşı dövrü sizin vaxtınızda olub, amma bəziləri də deyir, Misir Mərdanov Azərbaycan təhsilini daha aşağı səviyyəyə salıb...

- Bunların hamısını bilirəm. İnsanlardır da. Nazir işləyəndə məni tənqid edən o qədər insan var, indi yanıma gəlib deyir ki, səhv etmişəm. İndiki işləri də tənqid edənlər var, amma bilmək olmaz sonra nə deyəcəklər. Təhsil elədir ki, dünyanın hər ölkəsində ən problemli sahədir. Təhsil həmişə millətin gözünün qabağında tənqidə məruz qalan sahə olub. Açıq danışmaq lazımdır, səhvimiz varsa, qoy desinlər. Amma bəzi tənqidlər tam qərəzlidir. Onları heç müzakirə etməyə dəyməz.

- Dediniz ki, təhsil hər ölkədə ən problemli sahədir. Bu baxır hansı müstəvidə olur. Bizdə bu rüşvət səviyyəsində müzakirə edilir.

- Təhsildən xəbəri olmayan adam bilmir ki, o məktəb necə idarə edilir. Kənardan baxıb söz danışırsız. Bilmirsiz ki, məktəbin problemini həll etmək üçün direktorun sərəncamında 1 qəpik belə pul yoxdur. Məktəbin şüşəsi sınsa və ya başqa bir hadisə baş versə, məktəb direktoru onu nəyin hesabına düzəldir? Bunu bilmədən ağızlarına gələni danışırlar. Məsələn, istilik sistemi xarab oldu. Onu düzəltdirmək üçün məktəbin direktoru yazmalıdır rayon təhsil şöbəsinə, rayon təhsil şöbəsi yazmalıdır maliyyə şöbəsinə, maliyyə şöbəsi də xəzinədarlıqdan pul çıxarmalıdır. Ona qədər artıq yaz gəlir. Bəs məktəb direktoru neynəsin? Demirəm ki, məktəb direktoru ucdantutma pul yığsın, amma bəzi şeylər var ki, direktor heç nə edə bilməz.

- Bəs siz nazir olduğunuz dövrdə bu məsələ ilə bağlı nəsə etdiz? Büdcə yaratdız?

- Onu dövlət etməlidir.

- Belə çıxır ki, şagirdlərdən pul yığılmasının bir səbəbi idarəolunmaya gəlib çıxır.

- Bəli, elədir. Dünyada hər bir məktəbin şagirdinin sayına uyğun büdcəsi olur. O büdcəyə direktor rəhbərlik edir. Bizdə isə elə deyil. Məktəbin saxlanmasına, qorunmasına bir qəpik də ayrılmır. Milyonlarla rüşvət alanları demirsiz, bir ətir, gül alan müəllimdən danışırsız. Əgər bir valideyn görürsə ki, müəllim onun uşağına övladı kimi baxır, dərs deyirsə, 8 martda ona bir gül verməyi rüşvət adlandırmaq doğru deyil.

- Misir müəllim, tənqid edilən bir çiçək, ətir deyil, sistemli şəkildə pul yığılmasıdır.

- Sistemli pul yığılmasının mən də əleyhinə olmuşam. Lap məktəbin hansısa ehtiyacı üçün pul yığılmasına da qarşıyam. Yaxşı direktorun iş adamlarının arasında nüfuzu olmalıdır, nəyəsə əli çatmayanda o iş adamıa müraciət etməlidir ki, məktəbin problemini həll etsin. Hər adamı məktəbə direktor qoymaq olmaz.

- Misir müəllim, axı məktəbin problemini həll etmək, dövlətin, Təhsil Nazirliyinin işidir. Burada direktorun nüfuzunu önə çıxarmaq məsələni daha dar çərçivəyə salmaqdır. Ondansa məsələnin kökünə varmaq daha doğru deyil?

- Mən nazir olan vaxtı Dünya Bankı ilə müəyyən proyektlər həyata keçirirdik. Çətinliklə olsa da, hökumətin bir qərarını ala bildim ki, 3 rayonda məktəblərin maliyyələşdirilməsini dediyim formada edək. Yəni dünyada olduğu kimi hər məktəbə şagird sayına uyğun maliyyə ayrılsın və imkan verilsin ki, məktəb bu vəsaiti özü idarə eləsin. Bəlli oldu ki, bu halda dövlətin vəsaitinə xeyli qənaət olunur. Hər il də bununla bağlı iclas keçirir, hökumətə məlumat verirdik. İmzaladığımız sənədə əsasən, 3 ildən sonra bu pilot layihəsinin nəticəsi müzakirə olunmalı və hökumət qərar qəbul etməli idi. Müzakirə edildi, amma qərar qəbul edilmədi.

- Niyə?

- Mənlik deyildi. Hökumət qərar qəbul etmədi. Ancaq indi o məsələni qaldırmaq istəyirlər. Mənə elə gəlir ki, ən optimal yol budur. Bəlkə də, dünyada daha optimal variantlar var.

- 3 illik həmin sistemdə ayırılan puldan yeyintilərin olub-olmamasına necə nəzarət edilirdi? Və ya bundan sonra tətbiq edilsə, necə nəzarət edilə bilər?

- Hər ilin sonunda o pulun hesabatı gəlir.

- Direktor yalandan yaza bilər ki, məsələn, partaya filan qədər, lövhəyə filan məbləğdə pul xərclənib...

- Yazsa da, gəlib yoxlanmalıdır da.

- Misir müəllim, axı yığılan pullara, alınan rüşvətlərə nəzarət edilmirdi. Bu sistemdə ayrılan pulun hara xərclənməsinə bütün məktəblərdə necə nəzarət ediləcək?

- Yığılan pulu şəxslər verirdi, onu yoxlaya bilməzsiz axı. Ancaq dövlətin vəsaitini xərcləyəndə o müəyyən yerlərdən keçməlidir.

- Nazir olduğunuz dövrdə sizə ən çox nələrə görə təzyiqlər olurdu?

- Çox şeyə görə. Məsələn, məktəb tikintisinə görə. Məktəb tikintisi əvvəl bizdə idi, sonra bizdən alıb verdilər İcra Hakimiyyətlərinə.

- Niyə?

- Görünür, bizim işimiz qane etmədi. Sonra yenə qaytardılar. Müəyyən adamlar var idi. Hamı istəyirdi ki, bu tikinti ona verilsin. Biz bu işi qanun-qayda ilə yerinə yetirirdik, tender elan edirdik. Müəyyən adamlar cəhd göstərdilər, istəklərinə nail oldular və məktəblərin tikintisini aldılar bizdən.

- Kimlər aldı?

- Onların adını o zaman da bilmirdim, indi də deyə bilmərəm.

QEYD:

Müsahibənin bu hissəsində Misir müəllim söhbətimizi dayandırdı və açıq şəkildə bildirdi ki, ona təhsil haqqında sual verməyim.

Hörmətli Misir müəllim, sizə Azərbaycana xidmətləri olmuş elm və dövlət xadimi, professor və ziyalı kimi böyük hörmətimiz var. Uzun illər Bakı Dövlət Universitetinin rektoru (1996-1998), təhsil naziri (1998-2013) və hazırda Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi fəaliyyət göstərirsiniz. Həyatınızın ən məhsuldar dövrünü təhsilə, elmə və dövlət işinə sərf etmisiniz.

Belə bir insanla müsahibədə təhsildən danışmamaq, bəlkə də, mümkünsüzdür. Çünki sizin adınız və fəaliyyətiniz bütün tərəfləri ilə elə təhsilin özü ilə assosiasiya olunur. Sual verməməyimi istədiyiniz mövzu, əslində, sizi cəmiyyətin yaddaşında yaşadan sahədir. Ona görə də, bu qeydi əlavə etməyi vacib bildim, oxucu bilsin ki, söhbət burada niyə yarımçıq qaldı.