Lavrovdan Qarabağ AÇIQLAMASI
Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki gərginliyə münasibət bildirib. Globall.az xəbər verir ki, nazirlik regiondakı gərginlikdən narahat olduğunu deyib. “Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - XİN-dən qeyd olunub. XİN-dən bildirilib ki, Rusiyanın ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: