Zelenski Təhlükəsizlik Xidmətinin rəislərini işdən çıxardı
Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Kiyev, Lvov və Ternopol vilayətləri üzrə department rəhbərlərini vəzifədən azad edib.
Globall.az xəbər verir ki, müvafiq sərəncamlar dövlət başçısı Aparatının saytında dərc edilib.
İşdən çıxarılanlar Sergey Zayats (Kiyev vilayəti), Yuri Boreyçuk (Ternopol vilayəti) və Artem Bondarenkodur (Lvov vilayəti).
Onlardan yalnız Artem Bondarenko yeni təyinat alıb. Belə ki, o, Təhlükəsizlik Xidmətinin Kiyev regionu üzrə baş idarəsinin rəisi təyin edilib.
Oxunub: 121
Xəbəri paylaş
Paylaş: