İrlandiya millisinin futbolçusuna autizm diaqnozu qoyulub
İrlandiya millisinin futbolçusu Ceyms Makkleynə autizm diaqnozu qoyulub. "Report"un məlumatına görə, bu barədə 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. Təcrübəli oyunçunun qızı Uillou-Ayvi də analoji xəstəlikdən əziyyət çəkir. Makkleyn bildirib ki, uşağa bənzədiyini hiss etməyə başlayandan sonra müayinədən keçib və nəticə müsbət çıxıb. Qeyd edək ki, Ceyms Makkleyn 2021-ci ilin yayından İngiltərənin "Uiqan" klubunda çıxış edir. O, daha əvvəl "Stok Siti", "Vest Bromviç" və "Sanderlend"in şərəfini qoruyub. Yığmada 96 oyun keçirən futbolçu 11 qol vurub.
Oxunub: 41
Paylaş: