Lavrov: “ABŞ-la dialoqun bərpası üçün ilkin əlamətlər hələ ki görsənmir”
“ABŞ-la dialoqun bərpası üçün ilkin əlamətlər hələ ki görsənmir”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Moskva ilə dialoqu bərpa etmək üçün dövlətlərarası münasibətlərin sivil prinsiplərinə qayıtmalıdır: “Amma bunun əlamətləri hiss edilmir”. Qeyd edək ki, Lavrov daha əvvəl ABŞ-ın bütün sərhədləri aşdığını söyləmişdi.
Oxunub: 30
Paylaş: