AVRO-2024: Türkiyə evdə, İspaniya səfərdə uduzub
AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulub. "Report"un məlumatına görə, üç qrupda ümumilikdə 7 oyun keçirilib. Günün ilk matçında Gürcüstan doğma meydanda Norveçlə heç-heçə edib - 1:1. İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə Xorvatiyanı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. A qrupunda seçmə mərhələyə qələbə ilə başlayan İspaniya ilə Şotlandiya ikincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Şotlandiyalılar rəqibini 2 cavabsız qolla üstələyib. I qrupunun favoriti İsveçrə isə öz meydanında İsraili darmadağın edib - 3:0. AVRO-2024, seçmə mərhələ II tur 28 mart A qrupu 20:00. Gürcüstan - Norveç - 1:1 22:45. Şotlandiya - İspaniya - 2:0 Xal durumu: Şotlandiya - 6. İspaniya - 3, Norveç - 1, Gürcüstan - 1 (1 oyuna), Kipr - 0 (1 oyuna) D qrupu 22:45. Türkiyə - Xorvatiya - 0:2 22:45. Uels - Latviya - 1:0 Xal durumu: Uels - 4, Xorvatiya – 4, Türkiyə - 3, Ermənistan - 0 (1 oyuna), Latviya - 0 (1 oyuna) I qrupu 22:45. İsveçrə - İsrail - 3:0 22:45. Rumıniya – Belarus - 2:1 22:45. Kosovo – Andorra - 1:1 Xal durumu: İsveçrə - 6, Rumıniya – 6. Kosovo – 2, Andorra - 1, İsrail – 1. Belarus - 0.
Qollar: Jorj Mikautadze, 61 - Aleksander Sörlot, 15
Qollar: Skott Maktominey, 7; 51
Qollar: Mateo Kovaçiç, 20; 45+4
Qol: Kiffer Mur, 41
Qollar: Ruben Varqas, 39. Zeki Amduni, 48. Silvan Vidmer, 52
Qollar: Nikolae Stançu, 17. Andrey Burke, 19 - Vladislav Morozov, 86
Qollar: Edon Jeqrova, 59 - Albert Rosas, 61