Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 2004-cü il təvəllüdlü Kazımov Əli Vüqar oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 19
Paylaş: