ANAMA işçi axtarır
Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə mexanik (ali təhsilli olmalı), qaynaqçı, avtoelektrik, vulkanizator vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib. Bu barədə "Report"a ANAMA-dan məlumat verilib. Bildirilib ki, çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub. Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir. müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə; şəxsiyyət vəsiqəsinin surəti; təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.); əmək kitabçasının surəti (olduğu halda). Sənəd qəbulu cari ilin 15 iyun tarixinədək həyata keçiriləcək. Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.