Hacıqabulda toyda qardaşlar bıçaqlandılar
Hacıqabulda toyda 2 qardaş bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb. Toy şənliyində baş verən mübahisə zamanı Hacıqabul şəhər sakinləri, 1989-cu il təvəllüdlü Quliyev Amid Elşad oğlu və 1985-ci il təvəllüdlü Quliyev Elşən Elşad oğluna bir nəfər tərəfindən bıçaq xəsarətləri yetirilib. Hər iki qardaş yaralı vəziyyətdə Şirvan Xəstəxanasına yerləşdirilib. Onlardan biri əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 47
Xəbəri paylaş
Paylaş: