Biləsuvarda qadın döyülüb və bıçaq xəsarəti alıb
Biləsuvar rayonunda 20 yaşlı qadın döyülüb və bıçaq xəsarəti alıb. "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 2003-cü il təvəllüdlü qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib. Ona lazımi tibbi yardım göstərilib. Qadının dediyinə görə, onu tanıdığı şəxs döyüb və bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 56
Xəbəri paylaş
Paylaş: