Gəncədə qardaşı ilə oynayan yeniyetmə binanın pəncərəsindən yıxıldı
Gəncədə 12 yaşlı oğlan binanın pəncərəsindən yıxılıb. Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhərində baş verib. Belə ki, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ü.Əliyev beş yaşlı qardaşı ilə yaşadığı 5-ci mərtəbədəki mənzildə oynayan zaman pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb. Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Oxunub: 67
Xəbəri paylaş
Paylaş: