Premyer Liqa: “Neftçi” səfərdə “Kəpəz”ə uduzub
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün I turunun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir, “Neftçi” “Kəpəz”in qonağı olub. Gəncə şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb 1:0. Yeganə qolu 44-cü dəqiqədə penaltidən Mate Kvirkviya vurub. Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1 məğlub edib, son çempion “Qarabağ” öz meydanında “Zirə”yə uduzub - 0:1.
Oxunub: 50
Xəbəri paylaş
Paylaş: