“Putinlə Trampın görüşünə yox, buna ehtiyacı var”- Peskov
“Rusiya və ABŞ liderləri arasında görüş yox, Ukrayna nizamlanması ilə bağlı gərgin iş lazımdır”.
Press-fakt xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O vurğulayıb ki, hazırda Vladimir Putin və Donald Tramp arasında sammitə ehtiyac yoxdur:
“Nizamlanma məsələsinin təfərrüatları üzərində çox ciddi işə ehtiyac var”.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri oktyabrın 16-da baş tutan söhbətdən sonra Budapeştdə görüşmək barədə razılığa gəlmişdilər. Lakin oktyabrın 23-də Tramp sammitin qeyri-müəyyən müddətə təxirə salındığını elan etdi.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:



















