Azərbaycandan xarici ölkələrə turist axını 4,2 dəfə azalıb
Bu ilin yanvar-oktyabr aylarında xaricə gedən ölkə vətəndaşlarının sayı ötən eyni dövrü ilə müqayisədə 4,2 dəfə azalaraq 1 106,7 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.Qeyd edilir ki, vətəndaşların 30,3%-i İrana, 27,2%-i Gürcüstana, 19,2%-i Rusiyaya, 14,6%-i Türkiyəyə, 8,7%-i digər ölkələrə səfər edib.
Gedənlərin 70,1%-ni kişilər, 29,9%-ni qadınlar təşkil edib.Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Gürcüstana gedənlərin sayı 4,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 3,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.10 ay ərzində xaricə gedənlərin 75,3%-i dəmir yolu və avtomobil, 22,1%-i hava, 2,6%-i isə dəniz nəqliyyatından istifadə edib.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş: