Pensiyaçılar üçün pulsuz xidmət -
Azərbaycanda
"Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər".
Xəbər verilir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, pensiya hesablarının mövcud oduğu "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur: "Hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilər".
Oxunub: 323
Xəbəri paylaş
Paylaş: