Yaxın Şərq aviaşirkətləri 100 milyon dollar zərərə uğrayıb-
Koronavirusa görə
Yaxın Şərq ölkələrinə məxsus aviaşirkətlər koronavirus ucbatından 100 milyon dollar zərərə uğrayıb.
Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, IATA region ölkələrinin hökumətlərini böhrandan çıxmaq üçün aviaşirkətlərə kömək etməyə çağırır. Belə ki, koronavirus təhlükəsi səbəbindən yaxın həftələrdə bilet satışlarının daha da azalacağı və maliyyə probleminin dərinləşəcəyi gözlənilir.
Assosiasiyanın məlumatına görə, Asiya ölkələrində uçuşların azaldılması və dayandırılması nəticəsində cari ildə aviaşirkətlərin qlobal miqyasda itkiləri 1,5 milyard dollara çata bilər./azərtac
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: