Azərbaycanın İranla ticarət dövriyyəsi kəskin azalıb –
Dövlət Gömrük Komitəsi
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 60 200,5 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azdır.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk iki ayında Azərbaycandan İrana ixracın həcmi 8 425,8 min dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 1 550,1 min dollar və ya 15,5% azdır. İdxalın həcmi isə 51 774,7 min dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 129 545,9 min dollar və ya 3,5 dəfə azalıb.
Nəticədə, hesabat dövründə 43 348,8 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3,9 dəfə azdır.
Oxunub: 493
Xəbəri paylaş
Paylaş: