Ortada 5 milyardlıq fərq var –
Asılılıqdan qurtara bilərik, amma hər yerdə deyil
İdxalda ümumi dəyəri 171 milyon 443 min 530 dollar olan meyvə-tərəvəz isə 308 min 411.43 ton təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 11 ayda ixracın ümumi dəyəri 18 milyard 303 milyon 415 min 20 dollar olub. Beləliklə, bu ilin 11 ayında ixrac idxalı 5 milyard dollar üstələyib.
Bəs, idxalın istehsala çevrilməsi üçün nə edilməlidir? Maraqlıdır, kənd təsərrüfatında idxalı istehsala çevirmək necə, mümkündürmü?
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, kənd təsərrüfatında idxalın üstünlük təşkil etdiyi məhsullar sırasında buğda, şəkər çuğundurunun adı var. Son olaraq isə bu siyahıya quş əti də daxil olub: "Son illərdə quş əti idxalında artım qeydə alınıb. Orta hesabla hər il 1.03 milyon ton buğda idxal olunur. Biz məhsuldarlığı indiki səviyyədən müəyyən həddə çatdırmaqla orta istehsalın həddini 700 min tonadək azalda bilərik".Ekspert bildirir ki, şəkər çuğunduru ilə bağlı emal şirkətlərinin strategiyaları formalaşdırılıb: "25 min, yaxud da 30 min hektar sahədə yüksək məhsuldarlıq texnologiyaları ilə məhsul istehsalını həyata keçirtməklə orta müddətli dövrdə idxalımızda əsas yer tutan şəkər xammalı məhsulunun idxal əvəzedilməsi həyata keçiriləcək".
Ekspert quş əti idxalının yerli istehsalla əvəzlənəcəyinə ümidli olduğunu bildirib: "Gözləyirik ki, tezliklə quş əti idxalı yerli istehsal hesabına ödəniləcək. Ümid edirik ki, bu sahədə olan potensialımız ixraca da imkan verəcək. Bilirsiniz ki, öncələr ərzaq yumurtasını da idxal edirdik. Artıq özümüzü ərzaq yumurtası ilə təmin edir, ixracını da həyata keçiririk. Damazlıq yumurtanın isə 35-40 faizi idxal olunur. Çeşidlərin müxtəlifliyinə görə damazlıq yumurtada idxaldan asılılıq var"."Pambıq istehsalı artır. Amma təəssüflər olsun ki, yığılan pambığın böyük əksəriyyəti xammal kimi xaricə satılır. Azərbaycanda isə bunu ipliyə çevirərək parçaları toxumaqda, geyim məhsullarının hazırlanmasında da istifadə etmək olar. Bunun üçün böyük bir investisiyaya ehtiyac yoxdur. Sadəcə olaraq bununla bağlı ciddi bir proqramın qəbuluna ehtiyac var. Yəni həm dövlət, həm də biznes sahələrinin birgə fəaliyyəti ilə buna nail olmaq mümkündür. Bu isə pambığın xammal kimi satılmasından qat-qat artıq gəlir deməkdir. Hesablamalara görə, pambığın xammal kimi satılması ilə ondan məhsulun əldə edilərək satılması arasında 4 dəfəyədək fərq yaranır. Bu da əlavə olaraq yeni iş yerlərinin, qazancların yaranması deməkdir", - deyə N.Cəfərli əlavə edib.
"Dərman istehsal edən zavodlardan biri açılıb, digərinin də açılması planlaşdırılır. Lakin nəzər salsaq, görərik ki, burada istehsal olunan dərman və molekullar ölkəmizin ehtiyacı olan tələbatın az bir hissəsini ödəmək qabiliyyətinə malikdir. Açılan zavodların dünya brendləri ilə birgə müəssisə olaraq yaradılması daha məqsədəuyğun olardı. Çünki Rusiya və İran da bu molekulları xaricdən alır.