BFB-nin dövriyyəsi 29% azalıb – CƏDVƏL
Bu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 153 925 633 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% azdır.
BFB-dən verilən məlumata görə, hesabat dövründə Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları üzrə yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 41%, korporativ qiymətli kağızlar bazarı üzrə 90%, repo əməliyyatları üzrə 44%, səhmlər üzrə ilkin bazarda isə 100 misli böyümə qeydə alınıb.
Cari ilin avqust ayının son ticarət günü üzrə BFB-nin kapitalizasiyası cari ilin əvvəlinə nəzərən 6% artaraq 2 603 005 079 manata yüksəlib.
BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəliBazarlar / Əməliyyatlar 31.08.2020-ci il tarixinə 31.08.2019-cu il tarixinə Əqdlərin həcmi, AZN Əqdlərin sayı Əqdlərin həcmi, AZN Əqdlərin sayı 1. Dövlət qiymətli kağızları 4 661 155 069 1 010 8 531 919 868 1 421 1.1. İlkin bazar 4 118 908 156 617 7 926 399 306 1 046 Dövlət istiqrazları (Maliyyə Nazirliyi) 607 808 001 219 482 747 696 243 AMB qiymətli kağızları 3 511 100 156 398 7 443 651 609 803 1.2. Təkrar bazar 542 246 912 393 605 520 563 375 Dövlət istiqrazları 333 207 355 362 394 397 269 331 AMB qiymətli kağızları 209 039 557 31 211 123 294 44 2. Korporativ qiymətli kağızlar 1 421 188 503 1 503 746 683 838 1,554 2.1. İlkin bazar 185 433 430 72 95 191 202 40 2.1.1. Səhmlər 30 000 000 53 300 000 2 2.1.2. İstiqrazlar 155 433 431 19 94 891 202 38 – İpoteka istiqrazları 150,533,431 8 80 503 413 12 – Digər istiqrazlar 4 900 000 11 14 387 789 26 2.2. Təkrar bazar 1 235 755 072 1 431 651 492 636 1 514 2.2.1. Səhmlər 8 809 370 1 108 1 413 716 1 135 2.2.2. İstiqrazlar 1 226 945 702 323 650 078 920 379 – İpoteka istiqrazları 1 209 644 837 72 618 992 013 29 – Digər istiqrazlar 17 300 865 251 31 086 907 350 3. Repo əməliyyatları 1 071 582 062 675 744 293 566 363 Dövlət istiqrazları üzrə 1 004 990 958 637 391 750 829 303 AMB qiymətli kağızları üzrə 29 942,673 9 345 569 291 49 Korporativ qiymətli kağızlar üzrə 36 648 431 29 6 973 446 11 Cəmi (1+2+3) 7 153 925 633 3,188 10 022 897 272 3 338 – o cümlədən: ilkin bazar 4 304 341 587 689 8 021 590 508 1 086 – o cümlədən: təkrar bazar 1 778 001 984 1 824 1 257 013 199 1 889