Azərbaycanlı milyonçunun qardaşına 17 il həbs cəzası -
4 milyon da ödəməlidir
Azərbaycanlı milyonçu Telman İsmayılovun qardaşı Rafiq İsmayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, o, iki nəfərin qətlində və qanunsuz silah gəzdirməkdə təqsirli bilinib. Məlumata görə, Rafiq İsmayılov həm də 4 milyon rubl məbləğində cərimələnib.
Məhkəmədə sübut olunub ki, Rafiq İsmayılov Vladimir Savkin və Yuri Brilev adlı biznesmenlərin qətlinin təşkilatçısı olub. 2016-cı ildə baş vermiş qətli isə İsmayılovun adamı Mehman Kərimov törədib.
Oxunub: 512
Xəbəri paylaş
Paylaş: