Moskva qaydaları dəyişir –
Rusiya vətəndaşı olmaq asanlaşdı
Yeni qaydalara əsasən xarici ölkə vətəndaşları Rusiya vətəndaşı olmaq üçün digər ölkənin vətəndaşlığından imtina etməyə məcbur olmayacaqlar
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqə komitəsinin rəhbəri Leonid Kalaşnikov vurğulayıb ki, hazırda sənəd final mərhələsindədir. Onun fevral ayında Dövlət Dumasına çıxarılması planlaşdırılır.
Bundan əlavə, Rusiya ərazisində 5 il ərzində fasiləsiz qalmaq tələbi də ləğv oluna bilər. Kalaşnikov əlavə edib ki, yaşayış üçün vəsaitlərin qanuniliyinin sübut olunması şərti də ləğv oluna bilər