Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var -
"Karantinin qaldırılması kütləvi yoluxma gətirə bilər"
"Hazırda Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var". Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 20-si reanimasiyadır: "Onlar da əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da müalicə alır. 7 nəfər isə süni nəfəs aparatına qoşulub".
Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, karantin rejiminin tətbiqi ilə ölkədə virusun kütləvi yayılmasının qarşısı alınıb.
O bildirib ki, tədbirlərin yumşaldılması və karantin rejiminin mərhələli ləğvi zərurəti yaranıb:"Bir sıra ölkələr bu rejimdən mərhələli şəkildə çıxmağa hazırlaşır. Karantin tədbirlərinin tam aradan qaldırılması yenidən kütləvi yoluxma dalğası gətirə bilər. Ona görə də karabtin rejimi mərhələli şəkildə ləğv edilməlidir".
R.Bayramlı qeyd edib ki, vaksinasiya probleminin yaxın bir il ərzində həll olunması sual altındadır: "Ona görə vətəndaşlar bu məsələyə ciddi yanaşmalı və arxayınlaşmamalıdırlar".