Dekanın cinayət işi məhkəməyə göndərildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Dövlət Universitetinin dekan müavini Yusifov Anar İdris oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakupost-un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclasının davamı isə iyunun 3-ə təyin edilib.
Qeyd edək ki, Gəncə Dövlət Universitetin Pedaqoji fakultəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham verilib.
Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov APA-ya bildirib ki, A. Yusifov barəsində cinayət işi açılandan sonra dekan müavinliyindən azad olunub: “O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”.