Bakının üç rayonunda əməliyyat:
4 nəfər həbs edildi
Bakıda polis narkotik alverçilərinin tutulması, oğurluq hadisələrinin üstünün açılması üçün əməliyyat tədbirləri görülüb.
Globall.az teleqraf.com-a istinadən xəbər verir ki, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Quliyev saxlanılıb.
Şəxsi şəxsi axtarış zamanı və idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış zamanı 310 qramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbə sakini M.Zeynalovun yaşadığı evə baxış zamanı 2 kiloqram 35 qram heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 277 qramdan artıq heroin və 21qramdan artıq metamfetamin aşkar edilib.
Daha bir əməliyyat Xəzər rayonunda keçirilib. 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində Bakı şəhər sakinləri S.Allahverdiyevanın, P.Abbasovun və M.Ağayevin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvələr məhkum olunmuş N.Əliyev saxlanılıb.
Oxşar əməliyyat Yasamalda da keçirilib.
Yasamal rayon Polis İdarəsinin 26-cı polis bömləsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 15-də Yasamal rayonu ərazisindəki evlərin birindən 180 manat pul, 3000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Yoldaşov saxlanılıb.