Moskvadakı silahlı atışmanın görüntüsü yayıldı -
Video
Rusiyanın paytaxtı Moskvada baş verən silahlı atışmanın videogörüntüsü yayılıb.
Globall.az yerli KİV-ə istinadla xəbər verir ki, yayılan kadrlarda avtomobil dayanacağında bir neçə silahlı şəxsin qaçdığı görünür.
Onlardan birinin əlində avtomat, digərində isə çox güman ki, tapança var.
Videoda atəş səsləri eşidilir. Olayla bağlı təfərrüatlı məlumat verilmir.
***
Moskva polisi hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
İstintaq Komitəsinin məlumatına görə, silahlı atışma zamanı xəsarət alan var.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 303
Xəbəri paylaş
Paylaş: