Gəncədə qətl:
kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı - YENİLƏNİB
Qətli törədən şəxs 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğludur.
İlkin məlumata görə, hadisəyə səbəb M.Quliyevin qardaşı nəvəsinin boşanmasına etiraz etməsi olub.
Bu zaman tərəflər arasında mübahisə yaranıb və M.Quliyev qardaşı arvadını bıçaqlayaraq qətlə yetirib. Qardaşı gəlini və nəvələri isə bıçaq xəsarəti alıblar.
Hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.
Belə ki, kişi ailə münaqişəsi zəminində həyat yoldaşı, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.
Gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, nəvələri - 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır./report