İdlib bölgəsində Türkiyənin təsir zonası iki dəfədən çox azaldı...-
Bəs Rusiya və Türkiyə arasındakı razılaşma Dağlıq Qarabağ münaqişəsi üçün nə vəd edir?
Martın 5-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında aşağıdakı məzmunda razılaşma imzalandı.
1. Tərəflər Suriya ordusu ilə yaraqlılar arasındakı təmas xəttinin martın 5-də olan vəziyyətini qəbul edirlər. Bu praktiki olaraq, İdlib bölgəsindəki Türkiyənin təsir zonasının 2 dəfədən çox azalması deməkdir.
2. Tərəflər Dəməşqlə Suriyanın iqtisadi paytaxtı hesab olunan Hələb şəhəri arasında əlaqə yolu olan M5 yolunun eyni zamanda Hələb şəhəri ilə Latakiya şəhərini birləşdirən M4 yolunun dərhal istismara açılmasını qəbul ediblər. Hələb şəhəri dəniz limanları ilə bağlı olduğuna görə bu, Dəməşq üçün xüsusi əhəmiyyət daşıyır. M4 avtomobil yolunun Türkiyənin sərhəd zonası boyunca keçdiyini də nəzərə alsaq, tərəflər avtomobil yolunun şimal və cənub hissələrində 6 km-lik təhlükəsizlik zonasının yaradılması və həmin zonaya rus və türk qüvvələrinin birgə nəzarət etməsinə dair razılıq əldə ediblər.
3. Tərəflər Əsəd ordusunun dayanacağı və irəliləməyəcəyinə dair razılıq əldə ediblər, Türkiyə tərəfi isə yaraqlıların Əsəd ordusuna ehtimal olunan hücumların qarşını almaq üçün nəzarət edəcəyinə vəd verib. Atəşkəs imzalandığı andan qüvvəyə minib, M4 avtomagistralın təhlükəsizlik məsələsi isə 15 mart tarixindən etibarən həyata keçirilməlidir.
Baş verənlərə qısa xülasə il yanaşsaq, o halda Ərdoğanın Moskvada qismən kapitulyasiyaya uğradığını demək olar. Onun məqsədi İdlib vilayətinin Əsəd ordusu tərəfindən tam ələ keçirilməsinin qarşısını almaq olub. Ruslar bu addıma ona görə razı oldular ki, bu məsələdə güzəştə getməyəcəkləri halda rəsmi Ankarada Ərdoğan çətin vəziyyətə düşə bilərdi. Bu isə Moskva üçün arzuolunan deyil.
Rusiya ilə Türkiyə münasibətlərinin kəsişdiyi 4 qovşağa malikdir:
1. İdlib ətrafında rus-türk qovşağı;
2. Suriyada kürd məsələsində rus-türk qovşağı;
3. Liviyada rus-türk qovşağı. Burada Moskva Marşal Həftərin ordusuna dəstək verir, Ankara isə feldmarşal Həftərə qarşı əsas rəqib olan Saranc hakimiyyətinə dəstək verir;
4. Cənubi Qafqaz qovşağı. Burada Türkiyə Azərbaycana dəstək verir, Moskva isə daha çox Ermənistana dəstək verməklə eyni zamanda öz mövqeyini İrəvan və Bakı arasında tarazlaşdırmağa cəhd edir. Hər halda rus-türk qarşılıqlı münasibətləri Ermənistan tərəfindən ciddi təhlükə olaraq dəyərləndirilir.
Variant 1
Qeyd etmək lazımdır ki, təhlükəli vəziyyətlərdən biri Moskva ilə Ankara arasında açıq münaqişə başladığı halda təhlükəli ola bilər. Belə olan halda Azərbaycan-Ermənistan müharibəsi, demək olar ki, qaçılmaz olacaq.
Variant 2
Əgər nəzəri cəhətdən Moskva ilə Ankara arasındakı münasibətlərin həddindən artıq yaxınlaşdığını düşünsək, məsələn hər iki ölkə eyni siyasi, iqtisadi və təhlükəsizlik zonasında göründüyü halda, misal olaraq KTMT-nin üzvü olarsa, bu halda Ermənistan üçün təhlükə ola bilər. Belə bir vəziyyətdə Ermənistan hər hansı bir anda xırdavat roluna düşə bilər.
Variant 3
Əgər Moskva və Ankara arasında qarşılıqlı dostluq münasibətləri etimadı mövcud olarsa, o halda Qarabağ cəbhəsində qeyri-stabillik ehtimalı az olar.
Variant 4
İki ölkə arasında strateji xarakterli razılaşma var. Ancaq taktiki baxımdan eyni zamanda idarəolunmaz soyuq hibrid münaqişəsi gedir. Bu tərəflərin razılaşdırılmış şəkildə fəaliyyət göstərdiyi anlamıma gəlmir. Amma bununla yanaşı yaranmış vəziyyət qlobal toqquşmaya gətirib çıxarmır. Bunun bariz nümunəsini İdlibdə baş verən hadisələr zamanı gördük. Bu Liviyada, Qafqazda və Suriyada münaqişələrin davam edəcəyi deməkdir. Tərəflər rəqiblərinin zəif nöqtələrində üstünlük əldə edəcəklərinə işarə edir.
Bu mənada Qarabağ zəif nöqtədir. Niyə?
Məlumdur ki, Suriyada ruslar sonadək Əsədə dəstək verəcək. Xüsusən də buna görə legitim əsaslar mövcud olduğu halda, ruslar dəstəyini əsirgəməyəcək. Ruslar ölkənin qanuni hakimiyyətinin dəvəti ilə Suriyadadır. Moskvanın bu ölkədə iki hərbi bazası var. Suriya, hərbi də daxil olmaqla Yaxın Şərqdə Moskvanın əhəmiyyətli bir qapısına çevrilib. Bundan əlavə, Suriya Moskvanın hərbi nümayəndəliyinin saxlanıldığı yeganə ərəb ölkəsidir.
Liviyaya gəldikdə, burada da feldmarşal Həftərin ordusu Türkiyənin dəstəklədiyi Sərrac qüvvələrindən dəfələrlə çoxdur. Üstəlik, 15 min nəfərlik Rusiya özəl ordusu tam Əmirliklər tərəfindən maliyyələşdirilir.
Suriyanın kürdlərin məskunlaşdığı bölgələrində Moskva və Türkiyənin mövqeləri çox yaxındır və aralarında demək olar ki, heç bir ziddiyyət yoxdur.
Bölgəmizə gəldikdə, burada “zəif halqa” Ermənistan olur, bu mənada, Ermənistandan fərqli olaraq, Rusiyanın təhlükəsizlik çətiri Qarabağa uzanmır, yəni Ankaranın Moskvaya cavab verə biləcəyi yeganə keçid Qarabağın ərazisidir.
Əlbəttə ki, Türkiyə sadəcə müdaxilə etməyəcək, Azərbaycana geniş miqyasda kömək edəcək.
Artıq məlumdur ki, Ərdoğanın Bakıya səfəri zamanı iki tərəf arasında hərbi-texniki saziş imzalanmışdı, burada Ankaranın, xüsusilə Suriyada uğurla istifadə olunan ən müasir dronlarla təchiz edəcəyi bildirilir. Ekspertlərin fikrincə, cəmi iki gündə Türkiyə dronları 100-dən çox müxtəlif növ hərbi texnikanı sıradan çıxara biliblər. 100-dən çox suriyalı əsgər zərərsizləşdirilib./Ordu.az