Rusiya Ukraynada vağzalı raket atəşinə tutdu:
onlarla ölü və yaralı var (YENİLƏNDİ)
Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində dəmir yolu vağzalına endirilən raket zərbələri nəticəsində ölənlərin sayı 50 nəfər çatıb.
Bu barədə vilayət rəhbərliyi məlumat yayıb.
Həlak olanlardan 5-nin uşaq olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.
xxx
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.
Onlardan 4-nün uşaq olduğu bildirilir.
Məlumata görə, Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur.
xxx
Rusiya Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə Tutub.
Gloaball.az xəbər verir ki, hadisə nəticəsində tutması nəticəsində 30 nəfər çox sakin ölüb, 100-dən çox insan yaralanıb.
Bunu “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) ASC-nin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin bildirib.
Raket sakinlər təxliyə olunan zaman düşüb.
Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib ki, vağzala “İsgəndər” atılıb: “Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var”.
O, Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.
Baş nazirin müavini İrina Vereşşuk Xarkov, Luqansk və Donetsk vilayətlərinin sakinlərini təxliyə olunmağa çağırıb.