Ərdoğan Azərbaycana gəldi
- FOTO (YENİLƏNDİ)
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Globall.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
xxx
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Globall.az xəbər verir ki, Türkiyə lideri Prezident İlham Əliyev ilə Azərbaycanın Müstəqillik Gününü birgə qeyd edəcək.
Ərdoğan səfər çərçivəsində “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi məkana da baş çəkəcək.