Dünyanın ən varlı adamının oğlu cinsiyyətini dəyişir və atasından imtina edir...
- Cinsini də dəyişir
“Tesla” şirkətinin təsisçisi İlon Maskın oğlu Ksavyer cinsini və soyadını dəyişir.
Globall.az modern.az-a istinadla xəbər verir ki, Ksavyer bunun üçün məhkəməyə müraciət edib.
O bildirib ki, bioloji atası ilə hər hansı şəkildə əlaqəli olmaq istəmir.
18 yaşlı gənc Kaliforniya ştatının Santa-Monika şəhərinin məhkəməsinə müraciət edib və adını Vivian Cenna Uilson olaraq dəyişdirmək istəyir.
Qeyd edək ki, İlon Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə ailə həyatı qurub. 2002-ci ildə cütlüyün bir oğlu dünyaya gəlsə də, körpə 10 gündən sonra dünyasını dəyişib. Daha sonradan cütlüyün Ksavyer və Qrifin adlı əkizləri, Demian, Kai və Sekson adlı üçəmləri dünyaya gəlib. Mask və Uilson 2008-ci ildə ayrılıb.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: