Öldükdən sonra necə diriləcəyik?-
Əbədi həyat haqda ilginc iddialar
“Fiziki bədən, ruhun evidir və bir qabıqdır. Enerji ölümsüzdür. Həyat bu enerjinin inkişafı və təkamülü üçün var. Həyatda ruhi varlığımızın inkişafı əsas götürülüb.
Keçirəcəyi təkamülə görə enerjinin əsasları müəyyən olunur, valideynlər bu inkişafın bir hissəsi olaraq seçilir. Bir həyat ruhun inkişafı üçün kifayət etmir.
Reinkarnasiyada geriyə qayıdış yoxdur, ancaq irəliyə doğru inkişaf var. Yəni insan hər dəfə təkamüllə bir qədər də inkişaf etmiş insan kimi doğulur. Ruh hər dəfə dünyada yeni bir rol oynayır və işi bitəndə bir müddətlik dincəlmək üçün sakitliyə çəkilir.
Reinkarnasiyada sadəcə insan bədəni müzakirə mövzusudur, heyvan kimi doğulmaq yox.
Tövratda isə bu belədir: “Rəbb öldürür və dirildir; ölülər diyarına endirir və çıxarır”.
İsa Məsih bu haqda deyir: “Təkrar doğulmadıqca, göylərin krallığına girə bilməzsiniz”.