Dünyaca məşhur azərbaycanlı Bakıya gəlir
Azərbaycanın Xalq artisti, məşhur pianoçu Əzizə Mustafazadə Azərbaycana gələcək.
Globall.az olay-a istinadən xəbər verir ki, bəstəkar və caz ifaçısının konserti 30 oktyabr tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.
Konsertdə yeni albomun təqdimat mərasimi keçiriləcək, ictimaiyyət tərəfindən sevilən "Laçın", "Qaçma gözəl", "Take Five" və bir çox digər əsərləri səsləndiriləcək.
Qeyd edək ki, Ə. Mustafazadə Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır.
Oxunub: 400
Xəbəri paylaş
Paylaş: