“Çox gözləmək lazım gəlməyəcək, Qarabağ münaqişəsi tezliklə həll olunacaq”-
Rusiyalı ekspert
Həmsədrlər Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə telefon danışığı zamanı ilkin şərt qoymadan ciddi danışıqları davam etdirmək və mövqelərini aydınlaşdırmaq üçün nazirləri yaxın həftələrdə şəxsi görüşə dəvət etdilər.
Dərhal bu hadisəyə reaksiya göstərən Qarabağ separatçıları, bir neçə şərt irəli sürərək münaqişənin sülh yolu ilə həll olunmasına hazır olduqlarını bildirdilər.
Dünyada heç bir dövlət tərəfindən tanınmayan qurum danışıqlar prosesində “ərazi bütövlüyü” çərçivəsində iştirakda israrlıdır (separatçıların “konstitusiya”sına, Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayon da daxil edilib).
Sülhdən bəhs edən erməni tərəfi eyni zamanda Azərbaycana əks hücum təşkil etməyə, həmçinin hərbi əməliyyatları ərazilərimizə köçürməyə hazır olduğunu bəyan edir.
Rusiyalı ekspert, Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy Media.az-a müsahibəsində Qarabağ nizamlanması ətrafında yaranmış vəziyyəti dünyada gedən qlobal proseslərlə əlaqələndirdi.
Ermənistanda isə vəziyyət bir o qədər də yaxşı deyil. İqtisadi bir layihə olaraq bu ölkənin çox zəif olduğu ortaya çıxdı. Hakimiyyət dəyişikliyi (2018-ci ildə - Red.) yaxşılaşmağa doğru deyil, əksinə vəziyyətin pisləşməsinə gətirib çıxardı. Müəyyən bir anda onlar nəinki Qarabağ, heç öz ərazilərinə nəzarət edə bilməyəcəklər.