Avstraliyada meşə yanğınları nəzarətdən çıxdı
Avstraliyanın Yeni Cənubi Uels əyalətində noyabr ayından başlayan və küləyin təsiri ilə ətraf ərazilərə də yayılan meşə yanğınlarını söndürmək hələ də mümkün olmayıb.
Globall.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumillikdə əyalətdə başlamış 111 yanğın davam edir və yanğınlardan 54-nə hələ də nəzarət etmək olmur. Yanğınların söndürülməsinə 2200-dən artıq yanğınsöndürən cəlb edilib.
Böyük parkların ərazisində də yanğınlar baş verir və çıxan duman küləyin təsiri ilə ətarfdakı şəhərlərə yayılır.
Qeyd edək ki, Avstraliyada noyabr ayından başlayan bu yanğınlarda 6 insan ölüb, 400 ev yanıb. Şiddətli yanğının tüstüsü Sidney şəhərindən də yan keçməyib və şəhəri duman basıb.
Oxunub: 410
Xəbəri paylaş
Paylaş: