Dayanacaqda soyunub aləmi bir-birinə qatdı
Sərxoş şəxs insanların gözü qarşısında soyunaraq aləmi bir-birinə qatıb. “HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində metrobus dayanacağında qeydə alınıb.
Həmin şəxsin əcnəbi olduğu vurğulanıb.
Hadisə yerinə çox sayda asayiş keşikçiləri cəlb olunub. Sərxoş adamı çətinliklə də olsa ram etmək mümkün olub. O, polisin müşayiəti ilə təcili yardım maşınında xəstəxanaya çatdırılıb.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: