Azərbaycanda polis özünü GÜLLƏLƏDİ
Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib.
Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.
Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: