Xorvatiyada güclü zəlzələ -
silkələnmədən sonra ilk görüntülər
Xorvatiyanın Zaqreb şəhəri yaxınlığında baş verən zəlzələdən sonra mövcud vəziyyəti özündə əks etdirən foto və videogörüntülər yayımlanıb. “RİA Novosti” xəbər verir ki, zəlzələ nəticəsində binaların fasadlarının çərçivələri insanların istifadə etdiyi səkinin kənarına düşüb.Bir çox daş parçaları avtomobillərin üzərinə düşərək nəqliyyat vasitələrini yararsız hala salıb. Görüntülərdən bəlli olur ki, son 140 il ərzində baş verən güclü zəlzələ şəhərə ciddi ziyan vurub.
Oxunub: 444
Xəbəri paylaş
Paylaş: