Bir nəfərə görə 40 min insan karantinə götürüldü
Bu barədə “Haber Global” məlumat yayıb.
Almaniya və İtaliyaya səfər etdikdən sonra özünü təcrid etməyən 70 yaşlı din xadiminin öldükdən sonra yeni tip koronavirusdan dünyasını dəyişdiyi müəyyən edilib.
Baldev adlı şəxsin ölümündən qısa zaman əvvəl “Hola Mohalla” adlı festivalda iştirak etdiyi və altı gün davam edən festivalı hər gün təxminən 10 min insanın ziyarət etdiyi üzə çıxıb.
Sözügedən şəxsin ölümündən sonra 19 yaxınının verdiyi testlərin nəticəsinin müsbət olduğu, bu günə qədər birbaşa ünsiyyətdə olduğu 550 nəfərin aşkarlandığı, yaşadığı bölgədə 15 kəndə giriş-çıxışların bağlandığı qeyd olunur.
Bununla yanaşı yaxınlıqdakı daha beş kənd karantinə götürülüb.