Azərbaycanda şirkət sahibinin qalstukla asılmış meyiti tapıldı -
TƏFƏRRÜAT
Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb. Meyiti tapılan şirkət sahibinin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Globall.az report-a istinadla xəbər verir ki, mərhum 35 yaşlı Məlikov Vüsal Afət oğlu Bakı şəhəri, Xətai rayonunda yaşayırmış.
Hadisə elə onun yaşadığı mənzildə qeydə alınıb. Belə ki, mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V. Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb. Bu zaman V. Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.
Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.