Ağdamda PARTLAYIŞ -
Ölən var (YENİLƏNDİ)
Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
xxx
Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub
Ağdam rayon Prokurorluğundan Globall.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.