Dost ölkədə təyyarə qəzası:
107 nəfərdən 2-si sağ qaldı
Təyyarədə 99 sərnişin, 8 ekipaj üzvü olub. Kəraçi şəhər bələdiyyə sədri bildirib ki, qəzadan heç kəs xilas olmayıb. Ancaq sonradan bəlli olub ki, 107 nəfərdən 2 nəfər xilas ola bilib.
Xilas olan Zübair adlı şəxs deyib ki, hadisə zamanı ancaq duman görüb: “Hər yerdən qışqırıq səsləri gəlirdi. Kimsəni görə bilmirdim, amma səsləri eşidirdim”.
Qəzadan xilas olan və ağır yaralanan Pəncab Bankının sədri Zəfər Məsud isə təcili xəstəxanaya çatdırılıb.
Oxunub: 422
Xəbəri paylaş
Paylaş: